Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Vətən müharibəsi filmlərdə necə əks olunacaq?

By Vüsal Rafiqoğlu
07.11.2021 3 Min Read

Son bir il ərzində Vətən Müharibəsinə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmlərin istehsalına maliyyə dəstəyi göstərilib, 11 filmin çəkilişləri davam edir.

Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə dərc edib.

Zəfərimiz ruhumuzun ən yüksək zirvəsidir. Zəfər zirvəsinə gedən yol 44 günlük Vətən müharibəsindən keçir. Hansı ki, bu zəfəri biz düz 27 il gözlədik. Gözləməyimizə dəydi, bu müharibədən şərəflə, alnıaçıq, üzüağ çıxdıq. Torpağın üzü güldü, vətən övladlarının addımlarını sinəsində hiss etdikcə. Rahatlığına qovuşdu, özünə qayıtdı. Günəş də əvvəlkindən daha parlaq saçdı şölələrini torpağa, çünki o torpaqda daha düşmən yox idi, yurdun öz sahibi gəlib, torpağına dən səpir, sünbülünü tanrıya ucaldır. Bu müharibə gözümüzün önündən, bu söz nə qədər şablon olsa da, doğrudan da, film kimi keçdi. Bəs bu filmi film kimi gerçəkləşdirə bildikmi?

Bədii filmlər çəkilməlidir

Millət vəkili, yazıçı Aqil Abbas düşünür ki, müharibə haqqında sənədli filmlər çəkilməlidir, bu öz yerində, amma ən vacibi bədii filmlərin çəkilməsidir: “Sənədli filmlər sənəd üçün, tarix üçün lazımdır. Amma bədii filmlərin çəkilməyi daha vacibdir. Çünki sənədli filmin o qədər də böyük tamaşaçısı yoxdur. Amma bədii filmin auditoriyası daha genişdir, yükü daha çoxdur. Yəni bədii filmə iki üz milyon və bəlkə də daha çox adam baxır. Yəni o film daha effektlidir. Ona görə də, düşünürəm ki, bədii filmlərin çəkilişinə daha çox önəm verilməlidir”.


Pis film çəkməkdənsə…

Bilirəm ki, rejissor Vaqif Mustafayev “Fəryad-2” filmini çəkir. Vaqif Mustafayev çox gözəl rejissordur, inanıram ki, ortaya qoyduğu film də yüksək səviyyədə olacaq. Hər halda, başqa filmlər də çəkilir və çəkiləcək. Bir film ssenarisi də mən yazmışam. Mən yazan, həqiqətən də, “Dolu-2”-dir. Baxaq görək onu da çəkə biləcəklərmi? Amma istənilən halda, filmlər çəkilməlidir, mütləq çəkilməlidir.  Məsələn, bu yaxınlarda bir film izlədim efirdə. Lazımsız film idi. Məncə, elə filmləri çəkməkdənsə, heç çəkməmək daha yaxşıdır. “Fəryad”, “Biz qayıdacağıq”, “Xoca” kimi filmlər çəkilməlidir. Mən “Dolu”dan danışmaq istəmirəm. Onu izləyicilər desin.  Birinci Qarabağ müharibəsi ilə bağlı yaxşı filmlər var. Danışıram, “Yuxu” filmi yadımda düşür. Film, əslində, komediya janrındadır. Amma filmin sonunda baş qəhrəman hara gedir? Müharibəyə gedir. Yəni sözümün canı odur ki, müxtəlif janrlarda çəkmək olar.

Romandan ekrana yağan “Dolu”

Müəllifi olduğum “Dolu” romanı Azərbaycanda beş min tirajla, Türkiyədə yüz min tirajla çap edilmişdi. Yaxşı da satılmışdı. Filmi çəkildi, mən öz ölkəmizdə demirəm, Türkiyədə ən azı iyirmi dəfə təqdimatı keçirilib, televiziyalarda dəfələrlə yayımlanıb. Ukrayna televiziyaları da yayımlayıb. Mən o əsəri xalqımız üçün yazmışdım. Əmin idim ki, biz qalib gələcəyik. Və filmin çəkilişindən 8 il sonra biz, həqiqətən də, qalib gəldik, bayraqlarımızı sancdıq. Hesab edirəm ki, 44 günlük müharibə, zəfər günü ilə bağlı bədii filmlər çəkiləcək. Amerika dünyanı filmləri ilə idarə edir. Hollivud siyasi bir təşkilatdır. Bizim də gərək öz  Hollivudumuz olsun”.

Kinostudiyanın töhfələri

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov deyir ki, 44 günlük Vətən müharibəsi və Zəfər günü ilə bağlı müxtəlif filmlər çəkilib və digərlərinin də çəkilməsi nəzərdə tutulub: “Biz” sənədli filmində 44 günlük Vətən müharibəsi dövründə rəngli xarakterləri və səsləri ilə 100 fərqli vətəndaşımızın müsahibəsinə yer verilib. Sənədli-salnamə janrında “Görünməyən qəhrəmanlar” adlı film çəkmişik. Müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük Vətən müharibəsi müddətində keçdiyi şərəfli və müzəffər döyüş yolundan bəhs edən bu salnaməyə “27 Sentyabr”, “Hərbi Hava Qüvvələri”, “Hərbi Dəniz Qüvvələri”, “Artilleriya”, “DSX” filmləri daxildir. İkinci Qarabağ savaşı zamanı müharibənin acı həqiqətlərini dünyaya çatdıran, “CNN Türk” televiziyasının hərbi müxbiri Fulya Öztürk və kameramanı Halil Kahramanın yaşadıqlarından bəhs edən “Fulya” filmi də Türkiyənin “Dada Yapım” şirkəti ilə birgə istehsal olunub. Bunlardan başqa, “Həyat, deyəsən, gözəldir – Fəryad 2”, “Müharibə uşaqları”, “Köşk” kimi filmlər çəkilib və çəkilir.

2022-ci ildə izləyəcəyimiz filmlər

Mədəniyyət Nazirliyi son bir il ərzində Vətən Müharibəsinə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmlərin istehsalına maliyyə dəstəyi göstərib. Bu filmlərin istehsalı həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən aparılıb. Bu mövzuda “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi elan olunmuşdu. Müsabiqənin qalibi olan 11 filmin çəkilişi davam edir. “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” adlı silsilə sənədli filmlər istehsal olunur. Bu il ərzində bu səpkidə 10-a yaxın film çəkilib. “Biz”, “Şuşa, sən azadsan!”, “Fulya”, “Görünməyən qəhrəmanlar” (sənədli filmlər silsiləsi) kimi filmlər artıq hazırdır.

“Həyat, deyəsən, gözəldir”, “Doğma torpaq”, “Müharibənin uşaqları”, “Çin olan gizlinlər”, “Evimin səsi”, “Tanrının nəbzi”, “İkinci planetin qırmızı rəngi”, “Arxa cəbhə”, “İki gün”, “Hasar”, “Qarabağ nağılı”, “Tarix” filmlərinin nümayişi 2022-ci il üçün nəzərdə tutulub.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Şuşa” sənədli filminin təqdimatı keçirilib – FOTO

Next

Şimali Karolinadakı Əziz Sancar adına Türk Mədəniyyət Mərkəzində Zəfər Günü qeyd edilib – FOTO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv