Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Nə keçmiş peşəsi, nə də şərəfli zabit forması çirkin əməlinə əngəl olmayan DSX mayoru… – VİDEO

By Vüsal Rafiqoğlu
02.12.2021 3 Min Read

Ötən gün bütün Azərbaycanın diqqəti Dövlət Sərhəd Xidmətinin helikopter qəzasında şəhid olan 14 hərbçisinin anım mərasiminə yönəlmişdi. Vətən uğrunda şərəfli xidmət yolu keçən hərbçilərimizin anım mərasimində hər kəsin vəzifəsi onları son mənzilə layiqincə yola salmaq, ehtiram və hörmət göstərmək idi.

Ancaq çox təəssüf ki, bu cür kədərli bir məqamda, xoşagəlməz bir hadisənin yaşanmasına əngəl olmaq mümkün olmadı. Dövlət Sərhəd Xidmətinin şəhid hərbçiləri ilə vida mərasimində şəhid hərbçilərimizlə eyni şərəfli formanı daşıyan Rövşən Cahangirovun vəzifəsinin icrası ilə məşğul olan jurnalistlərə hücum etməsi böyük qalmaqala çevrildi.

Cəmiyyəti maraqlandıran suallara cavab tapmaq istəyən həmkarlarımıza DSX-nın mayoru Rövşən Cahangirovun mane olmaq cəhdi, üstəlik bu cəhd zamanı zor tətbiq etməsi vida mərasimi zamanı ilk növbədə şəhidlərimizin müdəqqəs xatirəsinə böyük hörmətsizlik oldu.

Məsələnin mənəvi tərəfini xatırlatdıqdan sonra keçək qanuni tərəfinə…

Azərbaycan Respublikasının Kütləvi informasiya vasitələri haqqında qanununda qeyd olunur ki, Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Qanunda da qeyd olunur ki, məlumat toplamaq hüququ dövlətimiz tərəfindən təminat altındadır. Yəni, jurnalistin fəaliyyətinə mane olmaq cəhdləri qanunla da qadağan edilir. Belə olan halda mayor Rövşən Cahangirovun hərəkəti qanunun kobud şəkildə pozulması anlamına gəlir.

Azərbaycanda dövlət səviyyəsində KİV-in inkişafına dəstək göstərilir, söz və mətbuat azadlığının qorunması ali hüquq kimi ilk növbədə dövlətin rəhbər şəxslərinin birbaşa nəzarətində saxlanılır.

Təkcə Azərbaycan Prezidenti İlham Əliyevin “jurnalistlər mənim dostumdur” ifadəsi belə ölkəmizdə jurnalist peşəsinə və fəaliyyətinə böyük ehtiram və dəstəyin ifadəsidir. Ümummilli lider Heydər Əliyevin jurnalistlərlə səmimi və mehriban dialoqları isə yəqin ki, hər birimizin xatirində qalmaqdadır…

Belə olan halda, Dövlət Sərhəd Xidmətinin mayor rütbəsinə gəlib çatmış zabiti Rövşən Cahangirovun xidmət başındakı “Baku TV” əməkdaşlarına qarşı etdiyi hərəkətə ad verməkdə çətinlik çəkirik. Ən sadə etik normaları, peşə etikasını ayaqlar altına alan bu hərəkət Rövşən Cahangirovun bütünlükdə ölkə ictimaiyyətinə, dövlətin ali qanunlarına və xidmət etdiyi quruma qarşı böyük hörmətsizlik və saymazlıq kimi qəbul edilməlidir.

Artıq məsələyə Azərbaycanın Mətbuat Şurası da münasibət bildirib:

“Media orqanının nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşaiyət edilən davranışlar yolverilməzdir. Bu, demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesində jurnalistikanın daşıdığı missiyaya önəm verildiyi bir ölkənin prinsiplərinə ziddir. Belə xoşagəlməz halın yaşanması ciddi təəssüf hissi doğurmaqdadır”.

Təbii ki, bu cür hərəkət təəssüf doğurmaya bilməz. Azərbaycan xalqı üçün kədərli bir gündə, Vətənin 14 şəhidi ilə vida günündə üstəlik onlarla eyni şərəfli formanı daşıyan şəxsin bütün bunlara məhəl qoymadan tək qayəsi cəmiyyəti maraqlandıran suallara cavab axtarmaq olan jurnalistlərə qarşı zorakılıq etməsi sadəcə rüsvayçılıqdır. Rövşən Cahangirov bu əməli ilə şəhidlərimizin müqəddəs xatirəsinə hörmətsizlik edib, təmsil etdiyi qurumun adına layiq olmayan davranış nümayiş etdirib, ölkə qanunlarını, dövlətin təminatın altında olan məlumat toplamaq azadlığını özbaşınalıq edərək məhdudlaşdırmağa cəhd göstərib.

Görünür, DSX-nın mayoru təkcə zabit peşəsinə qarşı bu cür etinasız və layiqsiz davranış nümayiş etdirmir. Çünki media ictimaiyyətinə Rövşən Cahangirovun keçmiş fəaliyyəti də yaxşı tanışdır. O, uzun illər bu sahədə fəaliyyət göstərib, ötən gün əl qaldırmağa cürət etdiyi jurnalistlərlə çiyin-çiyinə çalışıb. Lakin nə keçmiş peşəsi, nə də hazırda üzərində daşıdığı Dövlət Sərhəd Xidmətinin zabitinin forması ona bu cür çirkin addım atmağa əngəl ola bilməyib…

Odur ki, sözügedən hadisənin bir daha təkrarlanmaması üçün tədbir görülməsi mütləqdir. Çünki məsələ təkcə “Baku TV” əməkdaşlarına zor tətbiq edilməsi deyil, sözügedən əməl təkcə jurnalistlərə hücum da deyil, ölkənin qanunlarına, dövlətin maraqlarına və cəmiyyətin prinsiplərə qəsddir. Cəmiyyətin bütün təbəqələrinə qarşı olan bu cür səriştəsiz davranış sərt şəkildə cəzalandırılmalı və gələcəkdə bu kimi halların təkrarlanmamasının qarşısı alınmalıdır.

Hər kəs bilməlidir ki, Azərbaycanda hətta dövlət başçısının belə özünə dost seçdiyi jurnalistlərə toxunmaq yolverilməzdir, onlara əl uzatmaq cəmiyyətin azadlığına qəsd anlamına gəlir və ən ağır şəkildə cəzalandırılmalıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Region Saatında Ekaloji problem

Next

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat TAPILDI – VİDEO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv