Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Qələbənin növbəti raundu

By Vüsal Rafiqoğlu
07.12.2021 4 Min Read

Mina xəritələrinin əldə edilməsi çox mühüm əhəmiyyət daşıyır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında noyabrın 26-da Soçidə keçirilmiş görüş zamanı əldə edilmiş razılaşmaların nəticələri özünü çox gözlətmədi və ilk ciddi praktiki addımlar atıldı. Belə ki, dekabrın 4-də Azərbaycan növbəti dəfə humanizm prinsiplərini əsas tutaraq daha 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verdi, paralel olaraq düşmən ölkə nəhayət işğaldan azad olunan digər ərazilərimizin mina xəritələrini də Azərbaycana təqdim etdi. Bununla da bir daha təsdiqləndi ki, məğlub Ermənistanın bölgədə yaranmış yeni reallıqları qəbul etmək, bu reallıqlarla barışmaqdan başqa çıxış yolu qalmayıb və kapitulyasiya aktında boynuna götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Qeyd edək ki, mina xəritələrinin əldə edilməsi, erməni hərbi qulluqçuların geri qaytarılması bir sıra məqamlara görə çox mühüm əhəmiyyət daşıyır:

Birincisi, düşmən tərəfindən ərazilərimizin minalarla kütləvi şəkildə çirkləndirilmiş olması insan faktoru baxımından ciddi təhlükə kimi qalmaqdadır. Vətən müharibəsindəki şanlı Qələbəmizdən sonra başlanan ərazilərin minalardan təmizlənməsi prosesi fasiləsiz olaraq davam etdirilir və bu işdə Azərbaycan hökumətinə qardaş Türkiyə Cümhuriyyəti başda olmaqla, İsrail, Rusiya, Pakistan, ABŞ, Fransa və s. dövlətləri tərəfindən birbaşa və ya bilavasitə kömək göstərilib. Nəticədə qısa vaxt ərzində kifayət qədər ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsinə nail olunub. Ancaq 30 ilə yaxındır ev-eşiyindən didərgin düşmüş keçmiş məcburi köçkünlər doğma yerləri görməyə can atır, nəticədə bəzi hallarda onların qanunsuz olaraq müxtəlif yollarla həmin ərazilərə səfərlər etməsi minaların partlaması nəticəsində faciələrlə nəticələnir. Bundan başqa, minaların mövcudluğu həmin ərazilərdə hərbi qulluqçularımızın, dövlət qurumlarının bərpa-quruculuq işləri həyata keçirən çoxsaylı əməkdaşlarının da normal fəaliyyətinə problemlər yaradır. Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) məlumatına əsasən, işğaldan azad edilən ərazilərdə 2020-ci il noyabrın 10-dan 2021-ci il noyabrın 22-dək minaya düşmələri nəticəsində əksəriyyəti mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə mina xəritələrini qaytarmağa hazır olduğunu bəyan etsə də müxtəlif şərtlər irəli sürməklə beynəlxalq humanizm prinsiplərini kobud şəkildə pozaraq prosesi ləngitməyə çalışıb. Bu vaxta qədər Ermənistan tərəfindən yalnız 2021-ci il iyunun 12-də Gürcüstanın vasitəçiliyi ilə Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələr Azərbaycana təqdim edilib. Sonradan həmin xəritələrin təxminən cəmi 25 faiz dəqiqliyə malik olduğu müəyyənləşsə də bu, yalnız bir rayon üzrə ən azı 25 minə yaxın minanın təmizlənməsi, minlərlə insanın həyatı üçün təhlükənin aradan qaldırılması deməkdir. Bütün xəritələrin əldə edilməsi nəticəsində minalarla və partlamamış döyüş sursatları ilə çirkləndirilmiş ərazilərimizin təmizlənməsi asanlaşacaq.

İkincisi, mina xəritələrinin əldə olunması bərpa-quruculuq işlərinin daha sürətlə aparılmasına şərait yaradacaq. Baxmayaraq ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə xəritələrsiz də görülən işlərlə, həyata keçirilən nəhəng layihələrlə bütün dünyanı heyrətləndirməkdədir. Minalanmış və bütün infrastrukturu tamamilə dağıdılmış yerdə cəmi səkkiz aya müasir standartlara cavab verən Füzuli Beynəlxalq Aeropotunun tikilməsi, “Zəfər yolu”nun çəkilməsi, birinci “ağıllı kənd” layihələrinin yekunlaşmaq üzrə olması və digər faktlar göstərir ki, güclü iqtisadi potensiala malik Azərbaycan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dirçəldilməsi üçün lazım olandan artığını etmək iqtidarındadır. Bu prosesi ləngidən minalanmış ərazilər probleminin aradan qalxması ilə işlər daha geniş vüsət alacaq.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri dövlətimizin prioritet fəaliyyət istiqamətlərindəndir və bu iş üçün gələn ilin dövlət büdcəsində böyük məbləğdə – 2 milyard 200 milyon manat vəsait nəzərdə tutulub. Bundan başqa, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yaradılmaqda olan biznes mühiti özəl sektor üçün də cəlbedicidir. Bu vaxta kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinə 900-dən çox müraciət daxil olub ki, onların  təxminən 1/3-i, yəni 300-ü xarici şirkət və sahibkarlara məxsusdur. Beləliklə, xəritələrin əldə edilməsi ilə ərazilərin minalardan təmizlənməsinin sürətlənməsi bərpa-quruculuq işlərinin yeni mərhələyə keçməsinə səbəb olacaq.

Üçüncüsü, 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verməsi ilə Azərbaycan növbəti dəfə humanizm prinsiplərinə sadiqliyini və regionda dayanıqlı sülhün yaranmasında maraqlı olduğunu bütün dünyaya nümayiş etdirmiş oldu. Qeyd edək ki, təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədimizin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışdı. Bu, Azərbaycan tərəfindən atılmış ilk humanist addım deyil və bir müddət öncə – 26 noyabr 2021-ci il tarixində də erməni əsilli bir mülki şəxsin və bir hərbi qulluqçunun Ermənistana təhvil verilməsi təmin edilib. Ümumilikdə isə 44 günlük Vətən müharibəsi bitdikdən sonra Azərbaycan 130-a yaxın hərbi qulluqçunu və mülki şəxsi Ermənistana qaytarıb. Halbuki Birinci Qarabağ müharibəsi zamanı erməni işğalçıları tərəfindən əsir və girov götürülmüş azərbaycanlıların taleyindən hələ də bir xəbər yoxdur. Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının araşdırmaları nəticəsində məlum olmuşdur ki, ermənilər tərəfindən itkin düşmüş və girov götürülmüş azərbaycanlıların sayı 4354 nəfər təşkil edir. Onlardan 47 nəfəri uşaq, 268 nəfəri qadın, 371 nəfəri yaşlılar olmaqla 841 nəfəri mülki şəxslərdir.

Göründüyü kimi, Azərbaycandan fərqli olaraq birinci və ikinci Qarabağ müharibələri zamanı dəfələrlə hərbi cinayətlər törətmiş Ermənistan dinc dövrdə də beynəlxalq hüququn norma və prinsiplərini pozmaqda davam edir…

Dördüncüsü, mina xəritələrinin təqdim edilməsi və buna səbəb olan son hadisələr Azərbaycanın Rusiya ilə strateji dostluq münasibətlərinin yüksək səviyyəsini göstərmiş oldu. Soçi görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyalı həmkarı Vladimir Putin tərəfindən dostcasına qarşılanması, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiya və demarkasiyasına başlanması və iki ölkə arasında nəqliyyat infrastrukturunun bərpası, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələlərində Azərbaycan və Rusiya dövlət rəhbərlərinin mövqeyinin üst-üstə düşməsi qarşılıqlı münasibətlərin inkişafından xəbər verir. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, mina xəritələrinin əldə olunmasında vasitəçilik missiyasını Rusiya Federasiyasının Müdafiə Nazirliyi həyata keçirib.

Və nəhayət, mina xəritələrinin əldə edilməsi ilə Azərbaycan qalib ölkə olaraq qarşısına qoyduğu məqsədlərə doğru növbəti inamlı addım atmış oldu. Bu, dayanıqlı sülhə aparan sonrakı proseslərin – sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasının, həmçinin Zəngəzur dəhlizinin reallaşmasının çox da uzaq gələcəkdə olmadığını və Ermənistan rəhbərliyinin Azərbaycanın bütün regionun gələcək inkişafını hədəfləyən sülh çağırışlarına qoşulmasının alternativsizliyini göstərdi. Başqa variant yoxdur, çünki qalib Azərbaycan belə istəyir…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əl Hərir”: Zəngəzur – tarixi Azərbaycan torpağı

Next

Ermənistan beynəlxalq hüquq və humanizm prinsiplərinin tələblərinə əməl etməlidir

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv