Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Ermənistanın Azərbaycana hazırladığı TERROR – Ölənlər artır

By Vüsal Rafiqoğlu
10.12.2021 3 Min Read

Ermənistanın terror dövləti olduğunu bilmək üçün hər hansı bir ciddi araşdırma aparmağa ehtiyac yoxdur. Son 1 il ərzində baş verən hadisələrə nəzər saldıqda Ermənistan siyasətinin hansı tələblər üzərində qurulduğunu, dövlət idarəçiliyinin ana xəttini nəyin təşkil etdiyini görmək mümkündür.

44 günlük Vətən müharibəsi zamanı Ermənistan hərbi-siyasi rəhbərliyinin məhz döyüşlərin getdiyi ətraf rayonlardan xeyli geridə yerləşən şəhər və digər yaşayış məkanlarını hədəf göstərərək, ordusunda istifadəsi beynəlxalq hüquqla qadağan edilmiş silahlarla – ballistik raketlər, kaset silahlarla vurulması nəticəsində xeyli sayda dinc əhalinin öldürülməsi əmri bu dövlətin başında kimin olmasından asılı olmayaraq hakimiyyətə gələn hər kəsin cinayətkar şərtlərə əsaslanan bir yol seçdiyini aydın görə bilərik. Lakin İkinci Qarabağ savaşının bitməsi ilə Ermənistanın daha dəhşətli cinayətlərinin üstü açıldı…

Məlum oldu ki, ermənilər 30 il işğalda saxladıqları ərazilərimizin hər qarışını minalayıblar. Nəzərə alsaq ki, Vətən müharibəsinədək Azərbaycan tərəfindən minaya düşənlərin sayı 3000-ə yaxındır, bu rəqəmlərin savaşdan sonrakı dövrdə daha da artacağı istisna edilmirdi.

Səbəb isə aydındır: Piyadalar əleyhinə minalar ucuz silah sayılır ki, Ermənistanda sovet dövründən bu minaları istehsal edən zavod qalıb. Onlar hər gün istehsal etdikləri yüzlərlə, minlərlə minaları tarixi Azərbaycan torpaqlarına yerləşdiriblər. Son olaraq Daşaltıda tikinti işində çalışan 2 nəfərin ölümü ilə nəticələnmiş hadisə “erməni mina terroru”nun nəticəsidir. Mina quraşdırılması ilə, – altdan tank əleyhinə, üzərindən isə piyada əleyhinə mina, – bağlı mütəxəssislərin dedikləri düşmənin terrorçu xislətini bir daha ortaya qoyur. Bununla da qarşı tərəf minaya düşən şəxsin sağ qalmaq ehtimalını sıfra endirmiş olur. Bu kombinasiya həm də daha çox insan öldürmək üçün partlayışın dalğasını maksimum böyütmək məqsədi daşıyır. Adətən bu tip “sürpriz-minalar”dan diversiya, terror aktları zamanı istifadə olunur.

Düşmən yaxşı anlayır ki, Azərbaycan nə qədər işğaldan azad edilən ərazilərini minalardan tez təmizləsə, o qədər də yurd-yuvasından illərdir didərgin düşən vətəndaşlarının daha sürətli şəkildə öz el-obalarına qayıdışını təmin etmiş olacaq. Bu məqsədlə də Ermənistan hərbi-siyasi rəhbərliyi vaxt qazanmaq məqsədilə Azərbaycana qarşı növbəti hiyləsini işə salaraq yenidən həm daha çox insan tələfatına yol verəcəyini düşünür, həm də azərbaycanlıların öz evinə dönüşü tarixini bir az da təxirə salmağı bacaracaq. Bu, Azərbaycana təqdim edilən mina xəritələrindəki qeyri-dəqiqliklə bağlıdır. Ümumilikdə, bu günədək Ermənistan tərəfindən təqdim olunmuş minalanmış ərazilərin xəritələri qeyri-dəqiqdir. Bu o deməkdir ki, Ermənistan məqsədli şəkildə Azərbaycanın daha çox dinc sakinini öldürməyə cəhd göstərir. Ağdam, Füzuli və Zəngilan rayonları üzrə öncə verilmiş mina sahələri üzrə məlumatlarının dəqiqliyi 25% təşkil edir, bu günlərdə təqdim edilmiş digər ərazilərdəki mina sahələrinin formulyarları da etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratı yaradır.

Su xəttlərinin içərisinə belə xırda ölçüdə hazırlanmış minaların yerləşdirilməsi faktının ortaya şıxması bir daha ermənilərin nə qədər vəhşi, barbar, terrorist xislət sahibi olduqlarından xəbər verir. Heç şübhəsiz ki, Ermənistan bizə saxta xəritələr təqdim etməklə beynəlxaq təşkilatların bu məsələdə təzyiqindən qurtulmağa və özünü “sülhpərvər” göstərməyə çalışır. Prezident İlham Əliyev də bir neçə dəfə vurğulayıb ki, Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələri saxtadır (Prezident İlham Əliyev avqustun 14-də CNN Türk-ə müsahibəsi zamanı açıq şəkildə bəyan etmişdi ki, Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin böyük əksəriyyəti həqiqəti əks etdirmir – red). Dövlət başçısının Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun da təqdim edilən xəritələrin dəqiqliyinə tam əmin olmaq təhlükəliyi ilə bağlı dedikləri bir daha bir zərurəti ortaya çıxarır…

Proseslər deməyə əsas verir ki, “Diversantların azad olunması əvəzinə mina xəritələri” prinsipindən əl çəkmək zamanıdır. Azərbaycana terror törətmək üçün göndərilən hərbçilərini geri alan Ermənistan, əvəzində rəsmi Bakını aldatmaqla məşğuldur. Diversantların təhvil verilməsini Azərbaycan başqa, daha real tələblərlə əvəz edə bilər. İstənilən halda Ermənistan hərbi-siyasi rəhbərliyi bir şeyi anlamalıdır ki, Azərbaycana qarşı elan etdiyi mina terroru bizi yolumuzdan döndərə bilməz.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Gürcüstanda koronavirusa yoluxanların sayı 882 mini ötüb

Next

“Media haqqında” yeni qanun layihəsi çox mükəmməl hazırlanıb – Əli Hüseynli

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv