Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Təkgöz seçim: demokratiya budursa, diktatura nədir?

By Vüsal Rafiqoğlu
10.12.2021 4 Min Read

Bu gün ABŞ prezidenti Co Baydeen Vaşinqtonda “Demokratiya sammiti” keçirib. Sammitə 110 ölkənin dövlət və hökumət başçıları, iş adamları, siyasətçilər və s. qatılıb.

Virtual olaraq.

Mister Bayden Ağ Evdəki iş kabinetində rahat oturaraq qarşısındakı böyük monitorda 110 “danışan baş”ı seyr edib.

Sammit virtual olsa da, ABŞ-ın “demokratiya ixracı və müdafiəsi” pərdəsi altında qlobal hegemoniya istəyi realdır.

110 yerə bölünmüş monitorda danışan, yaxud da danışmaq üçün növbə gözləyənlərsə demokratiyaya, yəni Birləşmiş Ştatlara olan sədaqətlərini nümayiş etdirməyə çalışıblar.

Bu mənzərədən riqqətə gəlmiş Co Bayden deyib: “Bu toplantını çoxdan bəri keçirmək istəyimin səbəbi sadədir. Bütün dünyada demokratiyanı və insan haqlarını təhdid, bizi isə narahat edən daimi çağırışlar qarşısında demokratiya onu qoruyacaq insanlara ehtiyac duyur. Bu sammiti qəbul etmək istəyirdim. Çünki burada, ABŞ-da, başqalarından pis bilmirik ki, demokratiyamızın bərpası və demokratik institutların möhkəmləndirilməsinin daimi səylərə zərurəti var. Bütün dünyadakı diktatorları, insan hüquqları pozanları qınayıram. Konsensusa və əməkdaşlığa çağırıram”.

Sammit əsnasında korrupsiya və rüşvətxorluqla mübarizə, demokratiyanın dayanıqlılığının artırılması, insan şaqlarının müdafiəsi, demokratiyanın möhkəmləndirilməsi və avtoritarizmdən qorunması kimi məsələlər müzakirə olunub.

Sabiq Sovetlər Birliyi dönəmlərində ucqar kolxozlardan birindəki “fövqəladə toplantı”nı xatırladan bu sammitin məğzi, mənası və məqsədi nədir?

Üç “M”ə cavab vermək üçün “İşıqlı Demokratiya Uğrunda” kolxozunun toplantısına, orada sədr Co Baydenin “mütərəqqi kolxozçular” qarşısında etdiyi çıxışın kuluar niyyətlərinə nəzər salaq.

“Demokratiya sammiti” Co Baydenin əsas geosiyasi layihəsi olmaqla yanaşı, “demokratik dəyərlər” örtüyü ilə ABŞ-ın dünya miqyasında hegemoniyası ideyasını bərpa etmək məqsədi güdür. Sammitə dəvət almış 110 ölkənin siyahısı isə əslində Vaşinqtonun rəhbərlik etmək niyyətinə düşdüyü yeni Millətlər Liqasında sıralanmaq üçün status vədləri ilə şirniklənən, Birləşmiş Ştatların indiki və gələcək “tərəfdaş”ları sayıla bilər.

Fəqət, “Demokratiya Sammiti”nin bəyan edilmiş hücum səciyyəsinə rəğmən, bu virtual “kolxoz toplantısı”nı keçirməkdə Baydenin əsas məqsədləri qlobal miqyasda ABŞ-ın nüfuzu ilə təsir imkanlarının azalmasının qarşısını almaq, Vaşinqtonun israrla bəyan etdiyi “qlobal liberal layihə”dən çəkinənlərin və uzaq duranların sayını azaltmaqdır.

Videokonfrans rejimində keçirilən ikigünqlük sammitə dünya miqyasında iki real, qüdrətli geosiyasi güc olan ölkələr – Çin və Rusiya – dəvət almayıblar.

Azərbaycan, Türkiyə, habelə ABŞ-ın hegemoniyasını qeyd-şərtsiz qəbul edərək Vaşinqtondan alınan və alınacaq göstərişlərə şəksiz əməl etmək niyyətində olmayan digər dövlətlər də sammitdə “arzuolunmaz” sayılıblar.

Daha konkret olsaq, bu sammitə Vaşinqtonla hər hansı məsələdə cüzi də olsa, mübahisə etməyən dövlətlər dəvət olunublar.

Dəvətlər yayda göndərilməyə başlamışdı.

Az sonra bəlli oldu ki, seçimin şərtləri bu və digər ölkədə demokratiya ilə insan haqlarının vəziyyəti yox, Vaşinqtonun yaratmağa çalışdığı yeni geosiyasi alyansda həmin dövləti hansı obrazda görməsi idi.

Avropa Birliyi ölkələrinin hamısı dəvət alsa da, Macarıstan sammitə çağırılmadı.

Vaşinqtonun “demokratiya və insan haqlarının təminatında nümunə” sayaraq sammitə çağırdığı ölkələr arasında faktiki xaosda və bitmək bilməyən böhranda vurnuxan Konqo Demokratik Respublikası, hətta monarxiya üsul-idarəli və hakimiyyətin insan haqlarına tüpürmək belə, istəmədiyi kiçik Tonqo Krallığı var.

Postsovet məkanı ölkələrindən sammitə Litva, Latviya, Estoniya, Ukrayna, Ermənistan, Gürcüstan və Moldova qatılıbsa, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Azərbaycana dəvət göndərilməmişdi.

Rusiyanın Cənubi Qafqazdakı forpostu, Moskvanın iradəsi və göstərişi olmadan xarici siyasətdə bir qərar qəbul edə bilməyən Ermənistan “demokratik ölkə” sayılıb. O Ermənistan ki, parlamentinə hücum edilir, parlamentin vitse-spikerini kütlə döyür və ən başlıcası, vətəndaşlarının tam əksəriyyəti əsas müttəfiq qismində Rusiyanın görür.

Co Baydenin keçirdiyi sammitin tragikomik və aşkar məzhəkə yönlərini bir kənara qoysaq, iki əsas nüans öndədir:

1. Sammitə qatılan ölkələr Vaşinqtonun “dostu” statusunu arzulayaraq bu minvalla geosiyasi çəkilərini artırmaq istəyirlər

2. Vaşinqton bu sammit vasitəsioə dünyada yeni geosiyasi uçurumlar və sərhədlər yaradaraq potensial münaqişələri çözmək əvəzinə, daha da qızışdırmaq niyyətindədir. Baydenin çıxışının da sətiraltı mənası “Demokratiya düşərgəsi avtoritar rejimlərlə sərt qarşıdurmaya başlamalıdır” çağırışıdır.

Vaşinqtondakı “Atlantik Şurası” Beyin Mərkəzinin baş elmi işçisi, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzanın fikirləri də simptomatikdir.

Onun fikrincə, bu gün ABŞ-ın demokratiyanın lideri olaraq elə də nüfuz sahibi olmadığı üçün demokratiya zirvəsini keçirmələri yersiz görünür: “Hələ də ABŞ-da böyük partiyalardan biri son seçkilərdə Donald Trampın səslərinin guya oğurlandığını iddia edərək gələn dəfə namizədləri qalib gəlməsə, səsləri oğurlamaq daha asan olsun deyə seçki qanunlarını dəyişdirməyə belə hazır olduqlarını bildirirlər”, – sabiq diplomat deyib.

Onun sözlərinə görə, demokratiya uğrunda sammit keçirmək fikri ABŞ üçün elə də uğurlu deyil: “Çünki onun dediyinə əsasən, bunun üçün hökumət hansı ölkələrdə demokratiyanın “yaxşı”, hansılarda “pis” olduğunu ayırd etməlidir. Dəvətlilər siyahısının türkdilli ölkələrə, yaxud hansısa ölkədə müsəlman çoxluğu olub-olmamasına dəxli yoxdur”.

Vaşinqtondakı sammit absurd təsir bağışlayır.

Yuqoslaviyanın bombardmanı və faktiki işğal edilərək parçalanması, İraq savaşı, Liviyanın viran qoyulması, Suriyanın qan gölündə boğulması, Əfqanıstandakı 20 illik “demokratiya sınaqları”ndan sonra oradan qaçış, habelə digər qanlı və faciəli avantüralar – bütün bunlardan sonra Vaşinqtonun hansı ölkənin demokratik, hansı ölkənin avtoritar hakimiyyət tərəfindən idarə olunduğunu müəyyənləndəşdirmyə çalışması, sadəcə, siyasi əxlaqsızlıqdır.

Ümumiyyətlə, nə üçün, hansı səbəbə, nəyə əsasən məhz Vaşinqtonun anlamında, təfsirində və təqdimatındakı demokratiya cəmiyətin ideal forması sayılmalıdır?

“Demokratiya sammiti” ABŞ-ın BMT Nizamnaməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri heçə saymasıdır.

Həmin sənəddə, yəni Nizamnamədə əsas prinsiplərdən biri dövlətlərin suveren bərabərliyidir.

Birləşmiş Ştatların son 30 ildə dünya ölkələrin sırımağa və təlqin etməyə çalışdığı liberal demokratiya idefiksi beynəlxalq səviyyədə, habelə ABŞ-ın özündə fiaskoya uğramış uğursuz layihə sayılır.

Vaşinqton bunu dərk edir, amma dünya jandarmı statusunu əldən verməmək üçün beynəlxalq birliyə təklif etmək üçün başqa heç bir ideyası yoxdur.

“Demokratiya sammiti” demokratiyanın məhz Vaşinqton versiyası baxımından düna ölkələrinin “bizimkilər və yadlar”a bölünməsini leqallaşdırmala yanaşı, ABŞ-ın hakimiyyətinin möhkəmlənməsi ideyasına xidmət edir.

Bu ideyaya görə, ABŞ hakimi-mütləq, yerdə qalan bütün ölkələrsə “banan”, “portağal”, “kokos”, “araxis” və s. demokratiyalardır.

Belə “demokratiya”ları “avtoritar”lardan qorumaq üçünsə yeni, NATO-dan daha böyük və qüdrətli hərbi-siyasi alyans yaradılmalıdır.

ABŞ bacaracaqmı?

Çətin.

Geosiyasi məqsədlərə çatmaq, habelə diqqəti ABŞ daxilindəki ağır, qəliz siyasi problemlərdən yayındırmaq üçün “Demokratiya sammiti” keçirmək ideyası gerçəkdən də, uğursuzdur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ermənistan XİN qarşısında aksiya – saxlanılanlar var

Next

Roza Zərgərli kliniki ölüm keçirdi – VİDEO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv