Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Delimitasiya prosesi sərhəddə təxribatlara son qoyacaqmı – politoloqdan rəy

By Vüsal Rafiqoğlu
14.12.2021 2 Min Read

“Bu, uzun və bir qədər çətin prosesdir, lakin təcrübələr göstərir ki…”

Sərhəddə gərginliyin qarşısının alınmasının yeganə yolu delimitasiya prosesidir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. “Dövlət sərhədlərində gərginliyin yaşanmamasının ən düzgün və yeganə yolu delimitasiya prosesinə başlamaqdır”, – Bayramov bildirib.

Bəs delimitasiya, demarkasiya prosesləri başa çatdıqdan sonra Ermənistanın sakit qalacağı, öhdəliklərə əməl edəcəyi qarantiyalıdırmı? Son 13 ayda Ermənistan üzərinə götürdüyü öhdəliklərə, imzaladığı sazişlərə əməl etmirsə, delimitasiyadan sonra edəcəkmi? Bunun hansı formada məcburetmə mexanizmi olacaqmı?

İlyas Hüseynov: Paşinyanın deyə bilmədiyini Tatoyanın söyləməsi digər  qüvvələrin istəyi kimi sezilir FOTO - "İki sahil"

İlyas Hüseynov 

Politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik artıq uzun müddətdir davam edir və noyabr ayının 16-da Ermənistan tərəfindən genişmiqyaslı təxribat da məhz sərhəddə baş verib. Delimitasiya və demarkasiya prosesi ölkələrin bir-birinin sərhədlərini, ərazi bütövlüyünü tanımaqla yekunlaşmalıdır. Delimitasiya prosesi uzun və bir qədər çətin prosesdir. Lakin Azərbaycan tərəfi Rusiya ilə Gürcüstanla da bu prosesi icra edib: “Yəni müsbət təcrübələr var. Delimitasiyadan sonra demarkasiya işləri icra olunur. Noyabrın 26-da Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin keçirilən görüşündə imzalanmış bəyanatda da bu məsələ vurğulanıb və Rusiya tərəfi bu prosesdə məsləhətçi qismində iştirak edəcək. Hətta belə iddialar da var idi ki, Rusiya Müdafiə Nazirliyinin baş qərargahında olan sovet dövrünə aid xəritələri müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin ilk komandanı general Rüstəm Muradov İrəvana aparıb və bu məsləhətləşmələr prosesində Rusiya tərəfindən məhz Rüstəm Muradov iştirak edəcək. Çünki Muradov regionu yaxşı tanıyır və sair. Lakin delimitasiya ilə bağlı yekun və qəti qərar ifadə olunmayıb. Ermənistan bu prosesdən sanki yayınmağa çalışır. Təbii ki, delimitasiya prosesinə başlanılması və sərhədlərin düzgün şəkildə nişanlanması və daha sonra dövlət sərhədinin müəyyənləşdirilməsi gərginliyin aşağı salınması üçün əhəmiyyətli ola bilər. Ancaq bu, Ermənistan tərəfindən edilən hərbi təxribatların tam şəkildə qarşısını alacağının təminatı hesab oluna bilməz. Çünki Ermənistanın təxribatçı, işğalçı xislətli bir ölkə olduğu bəllidir. Ermənistan sərhəd xətti mövcud olan Türkiyəyə belə, ərazi iddiaları ilə çıxış edən bir ölkədir. Ermənistan əlinə düşən hər bir fürsətdə təxribatlar törətməklə regionda təhlükəsizlik mühitinə zərbə vurur”.

Ekspert qeyd etdi ki, 10 noyabr üçtərəfli bəyanatından 13 ay keçməsinə baxmayaraq Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Belə bir ölkənin delimitasiya prosesi zamanı, hətta demarkasiya zamanı sakit dayanacağını, heç bir təxribata əl atmayacağını gözləmək özümüzü aldatmaq olardı: “Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirməsi üçün ona qarşı ciddi şəkildə təzyiqlər olmalıdır. Bu təzyiqlərin olmasından sonra Ermənistan sülhə məcbur edilə bilər. Ermənistan böyük sülh sazişinə imza atıb Azərbaycanın ərazi bütövlüyünü tanımayınca istənilən an təxribatlara əl atması gözləniləndir. Sülhə məcbur etmə mexanizmləri isə daha çox Rusiyanın əlindədir. Rusiyanın Ermənistana iqtisadi, siyasi təsirləri var. Çoxsaylı təsir mexanizmləri var ki, onlardan bir neçə ciddisi işə salınarsa Ermənistan tab gətirməyib üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda Yeni il yolkalarının qurulmasına başlanılıb

Next

SON DƏQİQƏ! COVID pasportu ilə bağlı yenilik edildi – VİDEO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv