Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Türkiyə baş diplomatını Çinə göndərir: Portfeldə “Zəngəzur” da var – TƏHLİL

By Vüsal Rafiqoğlu
11.01.2022 2 Min Read

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 12-də Çinin paytaxtı Pekinə səfər edəcək.

Səfər çərçivəsində ikitərəfli görüşlər keçiriləcək, Ankara-Pekin münasibətləri ilə yanaşı regional və beynəlxalq məsələlər də danışıqlar masasında olacaq.

Qərb Türk Dövlətləri Təşkilatını (TDT) Çinə qarşı lövhədə əhəmiyyətli fiqur kimi dəyərləndirir, Çin isə Qərblə gərgin münasibətlərində TDT-ni özünün yanına çəkmək məqsədlərini güdür. Rusiya isə ümumiyyətlə TDT-ni neytrallaşdırmaq niyyətindədir.

TDT-ni çəkişdirmək cəhdlərinin bir səbəbi də Mərkəzi Asiya uğrunda keyfiyyətcə yeni mərhələyə keçid edən savaşdır.

Çinin dünya nizamında Qərbin gücünü neytrallaşdıra bilən mövqelərə yiyələnməsi Türkiyə siyasətçilərinin, eləcə də TDT-nin diqqətini çəkir.

İndi TDT “iki od” arasındadır: Çinmi, Qərbmi?

Mövlud Çavuşoğlunun Pekin səfəri bu suallara aydınlıq gətirilməsi və TDT-nin siyasətində balansı qorumaq kimi çağırışların Çin tərəfinə çatdırılmasına hesablanıb.

Biz niyə Türkiyə baş diplomatının səfərini TDT üzərindən fikir yürüdərək izah etməyə çalışırıq? Nəzərə alaq ki, cənab Çavuşoğlu TDT-nin xarici işlər nazirlərinin Qazaxıstan hadisələrinə görə yanvarın 11-də keçirilən toplantısından sonra Çinə yollanır.

Hesab etmək olar ki, TDT XİN başçılarının görüşündə Çin faktoruna vurğu edilərək Pekinin artan potensialını təşkilatın yararına calamaq cəhdləri müzakirə mövzularından biri olub.

Üstəgəl, Çin Cənubi Qafqazda yaranan yeni reallığın ərsəyə gətirdiyi Zəngəzur dəhlizini özünün beynəlxalq ticarət trafikində “orta dəhliz” kimi dəyərləndirir.

Bu mənada Çavuşoğlunun səfərində “Zəngəzur yolu”na dəhliz statusu verilməsində Çinin dəstəyini artırmaq üçün türk diplomatiyasının dühası ortaya qoyulacaq.

İkitərəfli münasibətlərə gəlincə, tarixə geniş ekskurs etmədən söyləyək ki, Türkiyə-Çin münasibətləri uyğur amilinə görə enişli-yoxuşlu olub, hazırda bu məsələ açıq qalsa da, əlaqələr inkişaf edir.

Çin beynəlxalq münasibətlər sistemində Ankara üçün böyük oyunçudur. Türkiyə iqtisadi boşluqlarını aradan qaldırmaqdan ötrü Çin modelinə müraciət edir, Pekin isə Türkiyənin Avropa ilə Asiya arasında geostrateji mövqeyini qiymətləndirir.

Bunun paralelində Türkiyənin Yaxın Şərqdəki proseslərdə iştirak dərəcəsini artırması, “Bir kəmər, bir yol” təşəbbüsünün yaratdığı ortaq maraqlar Ankara-Pekin münasibətlərinə keyfiyyətcə yeni dinamizm gətirir.

Ankara 2015-ci ildə “Bir kəmər, bir yol”un Qafqaz və Mərkəzi Asiyadan keçən hissəsində özünü “orta dəhliz”in başlanğıcı kimi təqdim etmişdi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də bu planın tərkib hissəsinə çevrildi.

Ankara-Pekin yaxınlaşması hər hansı ideoloji platformaya əsaslanmır, hərarətin normala qayıtmasının kökündə iqtisadi maraqlardan irəli gələn praqmatizm və rasional yanaşma dayanır.

Bununla belə iqtisadi təməllər üzərində təhlükəsizlik və siyasi ölçülərlə cilalanmış “digər binalar” da inşa edilir.

Türkiyəni Çinin orbitinə sıxışdıran amillər sırasında onun NATO üzvü olmasına baxmayaraq, Qərb ölkələri tərəfindən məruz qaldığı ikili standartlardır.

Türkiyə Qərbin təzyiqlərinə baxmayaraq, Çinin 30 faiz paya sahib olduğu Asiya İnfrastruktur İnvestisiya Bankına qoşulub. Ankaranın məqsədi Türkiyədə böyük layihələri həyata keçirmək üçün bu bankdan kreditlər və investisiyalar əldə etmək idi və bunu sərmayəni ala bilir.

Çin Türkiyəyə sərmayələrini sırf kommersiya və iqtisadi səbəblərdən aktiv şəkildə genişləndirməyə çalışır və bu, ona Qərb üzərində siyasi üstünlük üçün alətlər verir.

Çin investisiyaları Türkiyəyə siyasi qərar qəbuletmədə mexanizm rolunu oynayır, bu, əsasən Qərblə münasibətlərdə gərginlik zamanı alternativ kimi ortaya qoyulur.

Çavuşoğlunun səfəri yeni dünya nizamında Türkiyə Çinlə maraqlarını tutuşdurmaq baxımından həm də kəşfiyyat xarakterlidir, bağlı qapılar arxasında əlaqələrin inkişafı, bu inkişafın TDT-yə töhfələr verməsi və əhəmiyyətli gücə çevrilməsi üçün yeni reseptlər ortaya qoyulacaq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hərbçimiz şəhid oldu

Next

Son sutkada 673 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib – FOTO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv