Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi – YENİLƏNİB + FOTO

By Vüsal Rafiqoğlu
13.01.2022 2 Min Read

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

“Cənab nazir, bir daha xoş gəlmisiniz. Mən həqiqətən çox məmnunam ki, siz gəlib bizim ölkəmiz, tərəfdaşlığımız, qardaşlıq münasibətlərimiz üçün mühüm olan bu tədbirdə iştirak etməyə vaxt tapmısınız. Bir daha sizdən Əlahəzrət Krala və Əlahəzrət vəliəhd şahzadəyə ən xoş salamlarımı çatdırmağı xahiş etmək istərdim.

Mən sizin ölkənin rəhbərləri ilə görüşlərimi və qardaş Səudiyyə Ərəbistanına çoxsaylı səfərlərim zamanı mənə göstərilən böyük qonaqpərvərliyi xatırlayıram. Çıxışımda qeyd etdiyim kimi, işğal illərində Səudiyyə Ərəbistanının Azərbaycana göstərdiyi davamlı dəstəyə görə minnətdarlığımı bildirmək istərdim. Biz bunu həqiqətən də yüksək qiymətləndiririk və əsl qardaşlıq, həmrəylik göstəricisi və həqiqi dəstək göstəricisi hesab edirik. Əlbəttə ki, bizim beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında torpaqlarımızın işğalı ilə bağlı ədalətin bərpasına yönəlmiş birgə səylərimiz Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Torpaqlarımızın işğaldan azad olunması indi ölkə üçün yeni imkan, regionda nəhəng geosiyasi dəyişiklikdir. Bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz regional əməkdaşlıq, o cümlədən elektrik enerjisi istehsalı, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Mən artıq planlarımız, potensial barədə danışdım. Hesab edirəm ki, biz artıq bu mühüm infrastruktur layihəsinin icrası zamanı gələcəyə baxaraq, nəhəng potensialımızdan istifadə edərək maksimal dərəcədə səylərimizin necə əlaqələndirilməsini nəzərdən keçirə bilərik. Çox şadam ki, bizim nazirlə sizin yaxın münasibətləriniz var. O, mənə OPEC+ formatında və ikitərəfli əlaqələr sahəsində sizin təmaslarınız haqqında müntəzəm olaraq məlumat verir.

Mən investorları cəlb etmək məqsədimizə nail olduğumuzu yüksək qiymətləndirirəm və bu investorun bu sahədə dünyada ən aparıcı şirkətlərdən biri və qardaş ölkədən olması məni şəxsən sevindirir. Bu, bizim üçün və gələcək əməkdaşlığımız üçün çox önəmlidir. Əminəm ki, sizin bizi ziyarət etmək üçün daha çox vaxtınız olacaq. Qeyd etdiyiniz kimi bu, sizin Azərbaycana ilk səfərinizdir. Ümidvaram ki, biz sizi daha da çox görəcəyik. Bir daha xoş gəlmisiniz”.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ölkəmizə səfərindən məmnunluq hissi keçirdiyini deyib. Qonaq özünün və rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıda fəal çalışdıqlarını vurğulayaraq qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyini bildirib. Əbdül Əziz bin Salman Əl-Səud yaxın vaxtlarda daha geniş əlaqələri əks etdirən əməkdaşlıq müqaviləsi layihəsinin təqdim olunacağına ümidvarlığını ifadə edib.

Səudiyyə Ərəbistanı Krallığının energetika naziri əlaqalərimizin uğurla inkişaf etdiyini bildirərək “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasiminin əhəmiyyətini vurğulayıb, səmərəlilik, bərpa olunan enerji mənbələri və digər aspektlər üzrə baxışlarımızın üst-üstə düşdüyünü məmnunluqla bildirib.

12:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xızı sakinindən narkotik vasitələr aşkarlandı – FOTO

Next

Bakıda məşhur klinikada ÖLÜM

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv