Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Dövlət Komitəsi: Hələ də uşaq hüquqlarının pozulması halları ilə rastlaşırıq

By Vüsal Rafiqoğlu
14.01.2022 2 Min Read

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsmayıllıda uşaq bağçasında baş vermiş hadisə ilə bağlı müraciət yayıb.

ARANTV.AZ xəbər verir ki, müraciətdə deyilir:

“Ölkədə uşaq hüquqlarının təmin edilməsinə nəzarət dövlət tərəfindən həyata keçirilir. Buna görə də uşaqlarla bağlı istənilən sahədə çalışan hər bir şəxs bu məsuliyyəti anlamalı, öz üzərinə düşən vətəndaşlıq vəzifələrini peşəkarlıqla və layiqincə yerinə yetirməlidir.

Son günlər uşaq bağçasında baş verən və uşaq hüquqlarının pozulması ilə nəticələnən hadisə və buna bənzər hallar bir daha onu göstərir ki, uşaqlarla işləyən mütəxəssisləri işə qəbul edən zaman onların pedaqoji biliklərinin yoxlanılması ilə yanaşı, psixoloji sağlamlığı, mənəvi dəyərləri, peşəkarlıq səviyyəsi ilə bağlı qiymətləndirilməsinə xüsusi diqqət edilməlidir.

Qeyd edilən məqamlar 14 aprel 2017-ci il tarixli “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarında (maddə 17.2.1, 17.2.2) uşaqların həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq, şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma və sağlamlığa zərər vuran hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaqla bağlı hüquqları öz əksini tapıb.

Eyni Qanunun başqa bir maddəsində (maddə 18.2.6., 18.2.7) təhsilverənlərin vəzifələrinin uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq olduğu qeyd edilib.

Məktəbəqədər təhsil vasitəsilə uşaqlarda erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialın, mədəni-estetik zövqün formalaşmasının, sadə əmək vərdişlərinə yiyələnmənin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu yanaşmanın əsası qoyulur. Bu səbəbdən də, vəzifəsindən asılı olmayaraq uşaq müəssisələrində çalışan hər bir kəs uşaqların şərəf və ləyaqətinə hörmət etməli, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, uşaqların təhlükəsizliyinin təmin olunmasında bilavasitə iştirak etməlidirlər.

Bu kimi neqativ halların aradan qaldırılması, cəmiyyət arasında maarifləndirmə işinin təşkili məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq müxtəlif mövzuları əhatə edən təlim və tədbirlər həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 8 may 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tapşırığına müvafiq olaraq Komitə ilə aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlər qrupunun əməkdaşlığı çərçivəsində dövlət və qeyri-dövlət uşaq müəssisələrində dövri və növbədənkənar monitorinqlər təşkil olunur.

Təəssüf ki, həyata keçirilən tədbirlər və maarifləndirmə işinə baxmayaraq, hələ də uşaq hüquqlarının pozulması halları ilə rastlaşırıq.

Dövlət Komitəsi olaraq uşaqların müdafiəsi baxımından vətəndaşlıq mövqeyini ortaya qoyan, belə hallara həssas yanaşaraq mövzunun cəmiyyətdə, o cümlədən sosial media platformalarında aktual problem kimi müzakirəsinə yardım edən media nümayəndələri, eləcə də sosial media istifadəçilərinə təşəkkür edir, eyni zamanda uşaqlarla bağlı məlumatların yayımlanması zamanı onların hüquqlarının pozulmamasına, şəxsi məlumatlarının və fotolarının əks olunmamasına xüsusi diqqətlə yanaşmalarının vacib olduğunu bildiririk.

Bir daha valideynlərə, ailələrə və cəmiyyətimizin hər bir üzvünə müraciət edərək, uşaqlara qarşı daha diqqətli olmağa, onlara qayğı göstərərək, ehtiyacları və istəklərinə həssas yanaşmağa çağırır, mənfi hallarla rastlaşdıqda müvafiq dövlət qurumlarına müraciət etmələrini xahiş edirik”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ağ örpəyə bürünən gözəl Şuşa FOTO

Next

Həmin bağçanın sosial şəbəkə hesabından paylaşımlar silinib

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv