Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Mədəniyyətimizin incisi Şuşa” – FOTOLAR

By Vüsal Rafiqoğlu
14.01.2022 4 Min Read

YAP Xətai rayon təşkilatının və 2 nömrəli  Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə bu adda rəsm sərgisi keçirilib

Bu il Qarabağ xanı Pənahəli xanın Şuşanın təməlini qoymasından 270 il ötür. Ölkə başçısı İlham Əliyev bu şanlı tarix münasibətilə, eləcə də Şuşanın bərpasını sürətləndirmək məqsədilə cari ili “Şuşa İli” elan etdi. Təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın incisi, tacı olan, mədəniyyət paytaxtımız adlandırılan bu qala-şəhər hər birimiz üçün müqəddəs və doğma məkan kimi sevilir. 2022-ci ilin   “Şuşa İli” elan edilməsi ölkə ictimaiyyəti tərəfindən böyük sevinc və razılıqla qarşılanıb.

Yanvarın 13-də  Xətai  Sənət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və  2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  birgə təşkilatçılığı ilə “Mədəniyyətimizin incisi Şuşa” adlı rəsm sərgisi keçirilib.

“Gənc tərtibatçı rəssamlar” dərnəyi üzvlərinin Vətən müharibəsi dövründə  təşkil olunmuş  sərgi və müsabiqələrdə  fəal iştirak edərək  müxtəlif nailiyyətlər əldə edən  şagirdlərinin çəkdikləri  rəsmlərə baxış  keçirildikdən sonra 2 nömərəli  Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, YAP Xətai rayon təşkilatının Xudu Məmmədov 37 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Əminə Musayeva dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  “Şuşa İli” elan edilən  2022-ci il çərçivəsində keçiriləcək tədbirlərin, rəsm sərgilərinin Qarabağın tacının təqdimatına  böyük töhfə olacağını bildirib. Diqqətə çatdırılıb ki,  “gənc tərtibatçı rəssamlar” dərnəyi üzvlərinin rənglərin  dili ilə Şuşanın gözəlliyini tərənnüm etmələri qürurvericidir. Ə.Musayeva “gənc tərtibatçı rəssamlar”a və onların valideynlərinə təşəkkürlərini ifadə edib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə sərgidə yaradıcılıq nümunələri nümayiş etdirən  gənc rəssamları təbrik edib, onların müəllimlərinə və valideynlərinə minnətdarlığını çatdırıb.  Bildirib ki, bugünkü tədbir mənəvi dünyamızı daha da zənginləşdirdi və bu dünyamıza  yeni çalarlar əlavə etdi: “Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi olduqca qürurvericidir.  28 il işğal altında olan, amma hər daşı, qayası ilə tariximizi, milli kimliyimizi, mənliyimizi qoruyub yaşadan Qarabağın tacı bir ildən artıqdır ki, azaddır. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşamızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.  Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. “Şuşa İli” ilə bağlı imzalanan Sərəncamda da qeyd olunduğu kimi, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə parlaq səhifələr yazmışdır. Tarixi Zəfərimizdən, Şuşa qalibyyətindən sonra  şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına da başlanıldı. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni- mənəvi dəyəri nəzərə alınaraq  2022-ci ilin “Şuşa İli” elan edilməsi harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır.”

Vüqar Rəhimzadə qeyd edib ki, il çərçivəsində keçiriləcək rəngarəng  tədbirlər bir daha  Şuşanın tarixinin, tarixən Azərbaycan xalqına məxsusluğunun dünyaya təqdimatında əhəmiyyətli rol oynayacaq. YAP Xətai rayon təşkilatının sədri  belə tədbirlərin  əhəmiyyətindən də geniş bəhs edərək bildirib ki, gənc rəssamların yaratdıqları  əsərlərin hər bir Şuşanın gözəlliyinin təqdimatıdır.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Xudu Məmmədov 37 ünvanında  yerləşən  ərazi partiya təşkilatının sədri, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musayevaya “Mədəniyyətimizin incisi Şuşa” rəsm müsabiqəsinin təşklində fəal iştirakına görə  rayon təşkilatının Fəxri fərmanını təqdim edib.

“Təbəssüm” rəqs qrupu “Qarabağım” və “Sarı gəlin” rəqslərini, Vokal qrupu isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısını ifa ediblər.

Sonda “gənc tərtibatçı rəssamlar” dərnəyinin üzvləri Vətən müharibəsi dövründə təşkil olunmuş sərgi və müsabiqələrdə fəal iştirak etdiklərinə görə diplom və “Təşəkkürnamə”lərlə mükafatlandırılıblar.

Yeganə Əliyeva,

Günel Eyyubova,

Vüsal Cahanov (Foto), “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Türkiyə XİN Azərbaycanla diplomatik münasibətlərin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb

Next

“Ən son söyüşləri söymək istəyirəm ki…” – Zaur uşağı vuran “tərbiyəçi”dən danışdı

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv