Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

İlham Əliyev: Ünsiyyətdə olduğum qərb KİV-lərinin demək olar ki, hamısı Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə idilər

By Vüsal Rafiqoğlu
24.02.2022 2 Min Read

Mənim ünsiyyətdə olduğum qərb KİV-lərinin demək olar ki, hamısı Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə idilər və onların suallarında nə isə öyrənmək arzusundan daha çox ittihamlar səslənirdi.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

“Biz müstəqilliyin lap ilk dövründən müəyyən informasiya boşluğu ilə üzləşmişik. Üstəlik, əgər bu, sadəcə, vakuum olsaydı dərd yarı idi, biz öz fəaliyyətimizin düzgün interpretasiya edilməməsi ilə üzləşdik. Yeri gəlmişkən, biz indiyə qədər bunu hiss edirik, təkcə qərb ölkələrində deyil, həm də başqa ölkələrdə. Bəzən bilməmək səbəbindən, bəzən də qərəzli şəkildə bizim ölkə daxilində və beynəlxalq arenada nə etdiyimizi düzgün interpretasiya etmirlər. Buna görə son vaxtlara qədər bizim üçün əsas problemlərdən biri məhz Qarabağ münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması idi. Məhz ictimaiyyətə, çünki siyasi strukturlar hər şeyi çox gözəl bilirdilər. Lakin bu, sadəcə, onları qane edirdi – nə müharibə, nə sülh, faydasız danışıqlar, 30 ildir ki, Minsk qrupu gəlir, gedir. Yeri gəlmişkən, bu il onlar 1992-ci ildən bəri fəaliyyətlərinin yubileyini qeyd edəcəklər. Buna görə biz Qarabağda baş verənlər barədə həqiqəti geniş ictimaiyyətə, ekspert cəmiyyətlərindəkilərə, ictimai əhval-ruhiyyəni formalaşdıranlara çatdırmalı idik. Məhz həqiqəti, təəssüf ki, illər boyu təqdim edilənləri yox, müharibə dövründə bunu edə bildik. Bacardıq. Çoxları deyir ki, biz informasiya müharibəsini uduzmuşuq. Lakin biz elə müharibə aparmamışıq. Biz, sadəcə, imkan qazandıq, dünyanın diqqəti bu müharibəyə yönəldiyinə görə biz, sadəcə, həqiqəti demək imkanı qazandıq. Erməni tərəfindən fərqli olaraq biz öz xalqımıza da, ictimaiyyətə də həqiqəti deyirdik. Buna görə mən həm sizə, həm də bu imkanı yaradan digər Rusiya KİV-lərinə təşəkkür edirəm. Dmitri Konstantinoviçə xüsusi təşəkkürümü bildirirəm ki, o, efirdə Paşinyan ilə olmağa və necə deyərlər, öz mövqeyimizi Rusiya və bir sıra qərb televiziya tamaşaçılarına çatdırmaq imkanı verdi. Hərçənd deməliyəm ki, mənim ünsiyyətdə olduğum qərb KİV-lərinin demək olar ki, hamısı Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə idilər və onların suallarında nə isə öyrənmək arzusundan daha çox ittihamlar səslənirdi. Bununla belə bu, hər halda həmin məkana daxil olmağımıza imkan verdi. Fikrimcə, dünyada bütövlükdə kifayət qədər tezliklə yeni reallıqları qəbul etdilər, o cümlədən ona görə ki, kimin haqlı olması, kimin işğala məruz qalması, kimin öz torpağında vuruşması, kimin işğalçı olması aydın idi. Bax, buna görə Sizə və sizin həmkarlarınıza təşəkkür edirəm. Onu da deməliyəm ki, Rusiya media məkanı bütövlükdə neytral olub. Əlbəttə, bəzi şəxsi məqamlar istisna olmaqla bütövlükdə neytrallıq tamamilə qorunub saxlanıb. Buna görə də təşəkkür edirəm, çünki heç də həmişə belə olmayıb”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident: Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də bizim münasibətlərimiz inkişaf edir

Next

Birinci vitse-prezident Mehriban Əliyeva: Dünyada birinci vaksinasiya 2020-ci ilin dekabrında Birləşmiş Ştatlarda həyata keçirilib, bizdə vaksinasiya 2021-ci il yanvarın 18-də başlandı

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv