Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Kənddən Şəhərə” Novruz yarmarkası: Alan razıdır, yoxsa satan?

By Vüsal Rafiqoğlu
14.03.2022 6 Min Read

Bayram bazarlığı üçün yarmarkaya üz tutmağa, əlimizi cibimizə salmağa dəyər, yoxsa?..

Novruz bayramına çox az zaman qalıb. Elə bu səbəbdən bayram  süfrələrini bir-birindən ləzzətli, dadlı, rəngarəng  nemətlərlə, təamlarla bəzəmək üçün üz tutduğumuz ünvanlardan biri də bayram yarmarkalarıdır. Bayramla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 12-19 mart tarixlərini əhatə edəcək “Kənddən Şəhərə” Novruz yarmarkaları təşkil olunub.

Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçirilən yarmarkanın təşkilində əsas məqsəd bayram ərəfəsində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq və yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı təşkil etməkdir.

“İki sahil” olaraq  yarmarkanın Nərimanov rayonunda yerləşən  (“Gənclik” metro stansiyasının çıxışında) filialındakı  vəziyyətlə tanış olduq:

“Gənclik” stansiyasının yanında açılan yarmarkada respublikanın müxtəlif bölgələrindən gəlmiş fermerlər və sahibkarların yetişdirdikləri kənd təsərrüfatı məhsulları satılır. Yarmarkanın piştaxtalarını bir-birindən fərqli və rəngarəng məhsullar, Novruz atributları bəzəyir.

“Gəl, ay müştəri” deyərək piştaxta arxasından boylanan kim, məhsullarını səliqə ilə düzüb, qiymətlərini nizamlayıb, alıcılarının yolunu gözləyən kim, müştəri məmnun etmək üçün çalışan kim…

50-yə yaxın regiondan 100-dən artıq fermer 50-yə yaxın çeşiddə məhsul təklif edir

Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndəsi Qalib Bəhrəmov “İki sahil”ə açıqlamasında bildirdi ki, Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda  “Kənddən Şəhərə” Novruz yarmarkası  Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı), Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A)  ünvanlarında vətəndaşların xidmətində olacaq: “Kənddən Şəhərə” Novruz yarmarkalarında satışa çıxarılan məhsullar müxtəlif regionlarda fəaliyyət göstərən və iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunur. “Kənddən Şəhərə” Novruz yarmarkalarında 50-ə yaxın regiondan 100-dən artıq fermer 50-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.”

Q.Bəhrəmov vurğuladı ki, fermərlərlə söhbət zamanı belə bir fakt ortaya çıxıb ki, fermerlərin məhsulu var, amma Bakıya  gətirmək üçün nəqliyyat problemi ilə üzləşirlər. Bunu nəzərə alaraq kənd təsərrüfatı məhsullarının yarmarkaya daşınmasında çətinlik yaşayan fermerlərə  təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstərilib. Fermerlərimiz lazımi ləvazimatlar, piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da pulsuz təmin olunublar. Bu da bilavasitə fermerlərin təyin etmiş olduğu qiymətlərə öz müsbət təsirini göstərib. Bununla da paytaxt sakinlərinə münasib qiymətə daha  keyfiyyətli məhsul almaq üçün fürsət yaradılıb.

Müşahidələrimiz göstərdi ki, bayram yarmarkası karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutur.  “Aqrar İnkişaf Könüllüləri” vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına, tibbi maskadan düzgün istifadə olunmasına, sanitar-gigiyena qaydalarına əməl olunmasına xüsusi nəzarət edir. Həmçinin, mütəmadi olaraq fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçülür, onlar zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunurlar. Qeyd edək ki, yarmarkanın keçiriləcəyi müddətdə təşkilatçı qurum tərəfindən yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzarət olunacaq.

Görəsən, satışda olan məhsulların keyfiyyəti, çeşidi və ən əsası da qiyməti necədir? Bayram bazarlığı üçün yarmarkalara üz tutmağa, əlimizi cibimizə salmağa dəyərmi? Fermerlər alıcılıq qabiliyyətdən, müştərilər də qiymətlərdən razıdırlarmı?

Bu və ya digər suallara cavab tapmaq üçün  həm satıcılar, həm də alıcılarla həmsöhbət olduq:

Cökə balı 30 manatdır, endirimlə 25 manata da veririk

Lənkərandan olan fermer Natiq İbrahimov müştərilərə bal təklif edir. Məhsulu da boldur. Qiymətlər haqqında isə özü məlumat verdi: “Cökə, meşə, dağ balı və limon gətirmişəm. Cökə balı 30 manatdır, endirim edərək 25 manata da veririk. Dağ balı  30 manata,  meşə balının qiyməti adi vaxt 50 manat olsa da, burada alıcılarımıza 10-15 manat endirim edə bilirik. Alıcılar endirim istəyəndə qiymətləri bir az da olsa aşağı salırıq. Yarmarkanın ilk günləridir, hələlik alıcılıq səviyyəsi qaneedicidir. Yəqin ki, bayrama 1-2 gün qalmış müştəri sıxlığı müşahidə edərik. Hər birinizin qarşıdan  gələn bayramı mübarək olsun.”

Kişmişlər xaricdən gəldiyinə görə bahadır

Qubadan olan fermer Tural Mustafayev isə bayram süfrələrinin əsas nemətlərindən olandan müxtəlif çərəz çeşidləri ilə müştərilərinin yolunu gözləyir: “Qoz ləpəsinin qiyməti 10-16 manat, fındıq ləpəsi 12-15 manat arasında dəyişir, püstə 21 manat, araxis 5-6 manat, badam 14-18 manat,  qabıqlı qozlar 3- 7 manat, qabıqlı fındıq 4- 6 manatdır. Kişmişlər xaricdən gəldiyinə görə bir az bahadır.  Qiyməti 10-15 manat arasında dəyişir. Ərik keçən ilə nisbətən bahalaşıb. Alça qurusunun qiyməti 5-10 manat arasında dəyişir.  Müştərilərin marağı əsasən qoz-fındığadır. Öz məhsulumuz olduğuna görə alıcılar endirim istəyəndə edə bilirik ki, onlar da razı qalsınlar.”

Gələn çoxdur, amma alıcılıq səviyyəsi hələlik aşağıdır

Fermer Cavad Ağaməmmədov bol-çeşidli meyvələrlə kənddən şəhərə gəlib: “Nar 70 qəpikdən başlayır, 1 manat 50 qəpiyə qədər,  almanın da qiyməti 70 qəpik-1 manat, 1 manat 30 qəpik arasında dəyişir, xurma 50 -70 qəpik, heyva 70 qəpikdən-1 manat 50 qəpiyə qədərdir. Yarmarkaya gələn çoxdur, amma alıcılıq səviyyəsi hələlik aşağıdır.

12 manata nehrə yağı

Ağartı  məhsullarını alıcılar üçün Daşkəsəndən Bakıya gətirən fermer Südabə Hüseynova bildirdi ki, məhsullarının qiyməti münasibdir: “Pendir 6-8 manat,  süzmə 3 manat, nehrə yağı 12 manat, kəsmik 4 manatadır. Alıcılar endirim istəyəndə edirik. Müştərilər daha  çox süzmə alırlar.

Fermerlərə “ yorulmayasınız, bazar olsun” deyib, bayram bazarlığı üçün yarmarkaya gələn müştərilərə üz tutduq.

Məhsul boldur, amma qiymətlər nisbətən bahadır

Zülfiyyə Əhmədova “İki sahil”ə açıqlamasında bildirdi ki, demək olar ki, hər dəfə bayram yarmarkalarında iştirak edir: “Məhsulların keyfiyyəti, çeşidi yaxşıdır, amma qiymətlər  nisbətən bahadır.  İstərdim ki, bayram yarmarkalarında qiymətlər aşağı olsun ki, vətəndaşlar  da təbii məhsulları daha münasib qiymətlə əldə edərlər.”

Belə yarmarkaların təşkili vətəndaşlara köməkdir

Nailə Şərifova isə yarmarkadakı həm bol məhsuldan, həm qiymətlərdən  razılıq etdi: “Mən buralara yaxın ünvanda yaşayıram. Yarmarkalar açılan kimi gəlib bazarlıq edirəm. Məhsulların  keyfiyyəti yaxşıdır. Belə əlverişli və rahat satış bazarı yaradılması vətəndaşlar üçün çox böyük köməkdir. Çünki burada təbii məhsullar gətirib satırlar. Həm də qiymətlər bazarla müqayisədə yaxşıdır.”

Elə məhsul var ki, bazarla  qiyməti eynidir, eləsi var aşağıdır, eləsi də var yuxarıdır

Əli Əliyev isə qeyd etdi ki, yarmarkadan xurma, ərik, qoz ləpəsi alıb. Yarmarkadan əli dolu qayıdan müştəri vurğuladı ki, elə məhsul var ki, bazarla  qiyməti eynidir, eləsi var aşağıdır, eləsi də var ki, yuxarıdır. Məhsulların keyfiyyəti və çeşidi normaldır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

635 kiloqram? Bu ki inanılmazdır!

Next

Hər evdə olmalı təcili yardım çantası – Nələr daxildir?

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv