Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İSLAM

Quranın baharı Ramazan

By Vüsal Rafiqoğlu
06.04.2022 3 Min Read

Quranın baharı RamazanMüqəddəs Qurani-Kərimdə buyurulur: “Ey iman gətirənlər! Sizdən öncəkilərə buyrulduğu kimi, sizlərə də oruc tutmaq buyrulmuşdur ki, təqvalı olasınız” (“Bəqərə”, 183).

İslam Peyğəmbəri Həzrət Məhəmməddən (s) nəql edirlər: “Hər bir şeyin qapısı vardır və ibadətin qapısı orucdur”. “Oruc – cəhənnəm odunun qarşısında bir sipərdir”.

İmam Əlidən (ə) nəql edilir: “Ey insanlar! Sadəcə olaraq, “Ramazan” deməyin! Çünki, Ramazanın həqiqi dəyərini bilmirsiniz. Əgər bir kəs belə desə, gərək sədəqə versin və oruc tutsun. Yaxşısı budur, Allah-Təalanın buyurduğu kimi deyin – “Ramazan ayı”.

Biz artıq mübarək Ramazan ayında yaşayırıq. Həzrət Peyğəmbərin (s) mübarək kəlamını yada salaq: “Ey insanlar! Həqiqətən də, Allahın mübarək ayı özünün rəhməti, bərəkəti və məğfirəti ilə sizə tərəf gəlir”. Özümüzə sual verək: biz buna hazırıqmı? Biz bu gözəl və mübarək ayın fəlsəfəsi ilə tanışıqmı?

Dinimiz bizə öyrədir ki, aylar arasında mübarək Ramazan ayı qədər fəzilətli, onun gündüzləri və gecələri qədər fəzilətli və üstün gündüzlər və gecələr yoxdur.

Bu mübarək ayın fəlsəfəsi nədən ibarətdir? Bəs nə üçün insanlar onun gəlişini belə səbrsizliklə gözləyirlər? Bəlkə, insanın fitrətində olan həqiqət axtarma hissi onu bu, İlahi dəvətə laqeyd olmağa imkan vermir? Allah qonaqlığında iştirak etmək – həqiqətən də çox şərəfli bir işdir.

Həzrət Peyğəmbər (s) buyurmuşdur ki, “Oruc tutan insanın hətta nəfəsi də ibadətdir” və “Oruc tutanın yuxusu da ibadətdir” Bu zaman, vücudi axtarışlarla məşğul olan insanın daxilində müəyyən suallar doğur: “Mümkündürmü ki, mən də İlahi ziyafətə dəvət olunmuş bəxtəvər insanlardan olum?

Nəfəsi və yuxusu da İlahi zikrlərdən hesab edilən kəslərdən olmaq səadəti mənə də nəsib olacaqmı?”

Səninlə dərdləşməli nə qədər mövzum var! Lakin, böyük təəssüf hissi ilə dərk edirəm ki, bu dünya gündən – günə məni daha çox robota çevirir…

Mən barama qurduna bənzər olmaq istəmirəm! Mən öz əllərimlə toxuduğun baramanın əsiri olmaq istəmirəm! Mən bu qul zəncirlərini qırmaq, bu qul psixologiyasını özümdən kənarlaşdırmaq istəyirəm! Mən qorxu hissindən xilas olmaq istəyirəm! Mən azad olmaq istəyirəm! Mən özümü tanımaq istəyirəm! Mən öz Xaliqimlə sirdaşlıq etmək istəyirəm!

Hədislərdə bildirilir ki, mübarək Ramazan ayında edilən tövbə və dualar mütləq qəbul olunur. Allahım! Mən, özümün xilasını Səndən istəyirəm. Mən, mübarək Ramazan ayının fəzilətlərini başa düşmək üçün Səndən müdriklik istəyirəm.

Mən xilas olmaq istəyirəm. Mən bu mübarək ayın bütün nemətlərindən faydalanmaq istəyirəm. İslam Peyğəmbəri (s) bu ayda xilas olmağı və İlahi bağışlanmanı qazanmayanları uğursuzlardan hesab edirdi. Mən uğursuzlardan olmaq istəmirəm!

Ya Rəbbim! Sən nə qədər də mərhəmətlisən! Sən mübarək Ramazan ayının imtahanları və çətinlikləri vasitəsilə məni kamilləşdirir və mənə Qiyamət gününün anlamını bəxş edirsən. O günün ki, mənim əməllərimdən başqa heç bir şey dadıma yetişməz!

Ya Rəbbim! Sən necə də lətifsən! Sən bu ayda mənə, öz qəlbimdə insanlara qarşı məhəbbət hissi daşımağı tövsiyə edirsən. Ehtiyaclılar, yoxsullar barədə düşünməyi, onlara yardım etməyi, qocalara qarşı hörmətli, uşaqlara qarşı mehriban, yetım və kimsəsizlərə qarşı diqqətli olmağı Sən mənə öyrədirsən, ey münəzzəh olan Allah!

Ya Rəbbim! Sən mənə dilimi, gözümü, qulağımı ram etməyi öyrədirsən. Sən məni öz mahiyyətimə, mənim üzərimə qoyduğun şərəfli vəzifəyə qaytarırsan.

Bu mübarək ayda qıldığım namazlarda əllərimi Sənin dərgahına uzadaraq, Sənə dua etmək istəyirəm. Axı Sən öz sonsuz mərhəmətinlə bizlərə buyurmusan: “… Məni dua ilə çağırın! Və Mən sizin dualarınızı qəbul edərəm”.

Allahım! Bu ayda bədənimin mənə əmanət kimi verilməsi yadıma salınır. Və mən də bu əmanətə görə Sənin qarşında cavab verməliyəm.

Məni bəzən çaşqınlıq hissi bürüyür: “Mən öz bədənimi günahlara düçar etmişəmmi?”. Bu mübarək ay ərzində, Sənə etdiyimiz səmimi səcdələrimiz vasitəsilə tövbə etmək və öz taleyimizi yüngülləşdirmək imkanını bizə bəxş edirsən.

Ey rəhimlilərin ən Rəhimlisi! Bu ayda bütün bəşəriyyətə hidayət nəsib et!

Ya Rəbbim! öz bərəketlərindən və nemətlərindən öz bəndələrinə bəxş et! Onları bəlalardan hifz elə! Onların torpaqlarını gülüstana çevir! Onlar maarifləndir!

Allahım! Bütün xəstələrə şəfa ver! Düşmən əsirliyində əziyyət çəkən cəmi əsirləri xilas et!

Allahım! Bütün uşaqları özün qoru, onların aqibətini xeyrə qovuşdur!

Allahım! Qoca və ahıllardan öz köməyini əsirgəmə! Yoxsulları Öz nemetlərindən binəsib etmə!

Allahım! Əzab-əziyyət içində inləyən Vətənimizin başının üstünü alan bəlaları ondan uzaqlaşdır! Millətimizə layiqli aqibət nəsib et! İmam Hüseynin (ə) nahaq tökülmüş qanına xatir, qəddar düşmənlərdən öz torpaqlarımızı azad etmək üçün, bizə ləyaqət və rəşadət nəsib et!

Ey Rəhman və Rəhim Allah! Şəhidlərə Öz rəhmətini nəsib et! Onları Kərbəla şəhidləri ilə məşhur et!

Allahım! Sənə layiq olmayan ibadətlərimizi qəbul et, cəhənnəm atəşini bizdən uzaqlaşdır! Bizi öz rəhmətinə qərq et!

Allahım! Özünün Yer üzərindəki xəlifənin – İmam Mehdi Sahib-əz-Zamanın (ə.f) zühurunu tezləşdir! Onun mübarək zühuru ilə Yer üzərində sülhü, əmin-amanlığı və ədaləti bərqərar et!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Milli Məclis qəbul etdi: Azərbaycanda bunu edənlər 10 il həbsdə yatacaq

Next

“Oruc tutanın mükafatını Mən Özüməm” – Bu qüdsi hədisin mənası nədir?

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv