Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Kitab bitənə kimi, insan ölənə kimi oxunur

By Vüsal Rafiqoğlu
13.04.2022 4 Min Read

Örtülü olan içərisində sirrlərlə dolu fərqli hekayə, obrazlar və düşüncələrdən ibarət bir kitabdır insan ömrü. Bu dünya və o dünya arasında yaşanan  həyat, burda edilən  səhiflər, günahlar, qazanılan savablardan ibarət bir dastandır. Kitabla insan hekayəsinin fərqi ondadır ki, yazıçı kitab yazan zaman hekayəsini özü xəyal məhsulu olaraq qurur. İnsan yaşadığı hekayənin müəllifliyini isə sonu bilmədən  yazır. Kitabın ağ vərəqləri  kimi ömür də ağ, bəmbəyaz səhifələrdən ibarətdir. Onu necə yazmaq, doldurmaq isə insanın öz əlindədir. Hekayənin  mahiyəti əslində  insanın həyat təcrübəsi, etdiyi əməllər, qazandıqları və itirdikləridir. Məhz elə bunlar kitabın hər səhifəsini doldurur.

O da maraqlıdır ki, insan öz hekayəsini yazan zaman qətiyyətli olsa,  onu özü yazaraq dolduracaq, əks halda  qələmini başqasına təslim edəcəkdir. Hekayəni özü yazan qalibdir. Çünki sonu özü yaza bilməsə də, əvvəldən hər səhifəsini dolduranda dayanıb fikirləşməyə macal tapır. Gedilən uzun yolda sanki dayanacaqlara rast gəlir. Bəzən  həyatını yazarkən nöqtə qoyub yenidən başlayır, bəzən isə vergül qoyub, məsafə  verib yavaş – yavaş yazmağa çalışır. Kənardan müdaxilə olan zaman isə nida qoymağa məcbur olur. Ancaq qələm yazanda birdən sual işarəsi də qoymaq lazım gəlir. Bu zaman isə hər şeyi fikirləşib yenidən cavab yazmalıdır. Ən əsası odur ki, insan hər hansı bir səhv etsə də, özü edir, çünki öz kitabını özü yazır. Vay o gündən ki, insan  yazmaq üçün həyat qələmini başqa insana təslim edə, istədiyi vaxt yazar, istədiyi vaxt yarımçıq qoyub  gedər.  Bəzən isə nidada saxlayar.  Ən əsası isə yazan zaman mühüm məqamların üzərinə çoxlu mürəkkəb dağıdar və “bilmədim” -deyib qurumağını gözləmək üçün geri çəkilər. Elə o gündən kitab səhifələrinin yarısı, insan ömrünün isə hamısı məhv olub gedər.

Siz heç səhifələrinə mürəkkəb  tökülmüş kitab oxuyarsınızmı? Yəqin ki, cavab bir olar. Xeyr!

Sənin həyatın ağ səhifədən  ibarətdir. Yazıçı yazmağa başladığı kitabın səhifələri kimi ağ. Həyatını yazaraq başa vurmağa çalışır insan. Sonunu bilmədən əvvəlini gözəl sözlərlə başlayır. Bir kitabın səhifələri kimi ömrü də bəzən oxunur, bəzən isə üzərindən keçilir. Ya yaxşı yazılmış kitab olur, ya axıra qədər oxunmamış dastan, ya da ki, mürəkkəb  dağılmış, yarımçıq buraxılmış əsər.

Qələmin mürəkkəbinin nə vaxt bitəcəyini bilməyib yola davam edirik. Səhflərimiz  çox olur, ancaq bir qələm verilir insan ömrünü yazmağa. O qələm isə gözəl  yazır, bəzən mürəkkəbi çox tökür qalın olsun deyə. Bəzən isə çox nazik yazır mürəkkəbi qurtarmaması üçün. İnsan da belədir. Dünyanın dərdini çiyinlərinə yığır. Mürəkkəbi qalın olur, içdən dərd aparır. Qələmin mürəkəbi bitir və həyat orda qurtarır. Ancaq elə insanlar var ki, qələmi nazik yazır, həyatda hər şeyi gözardına alan insan kimi. Mürəkkəbi gec bitir,  həyatda ağır addımlarla yeriyir. Və ən təəccüblüsü isə  qara karandaşın yazdığı hekayə olur. İstədiyi zaman səhfini silir, yenidən başlayır. Yazdığı səhfdən iz buraxmır və qələmini tez- tez itiləyir. İnsan istər karandaş istər mürəkkəblə yaddaşda qalan hekayə yazır. Nə olur-olsun hər kəs öz qələmiylə özü yazmalıdır həyatını.

Qələmini təslim etmə kimsə həyatını yazsın və istədiyi yerdə buraxsın. Sənə həyatını özün yazacaq qədər güc verilib. Ən əsası isə belə gözəl şansın var ikən niyə qələmini kimlərəsə təslim  edəsən?! Özün yaza biləcək qədər  qətiyyətli ol! Sona çata bilməsən də təməlini möhkəm qoyacaq qədər iradəli ol! Kitabı yazarkən hər səhifəyə keçən zaman yazdığını bir də oxu!  Əvvəl yazdığını unutmayasan ki, sonra səhf etməyəsən. Yaz! Ancaq başqasının kitabından köçurmə öz hekayəni, yoxsa uduzarsan həyatda. Özün yaz ön sözlə başla  bütün kitablarda olduğu  kimi. Əcəl hekayəni yarımçıq qoyanadək davam et!

Sən ağ həyatını nizamlı hərflərlə düz! Məqsədə qoyduğun hədəfə çalış! Yazdığın kitabın hər səhifəsi  üçün yaddaşlarda qalan iz qoy! Həyatını oxuyan zaman ağılda silinməyən söz qoy! Əzbərləməyə çalışan, ancaq dərin olub qeyd ediləcək qədər güclü yaz həyatını!

Oxucu kitab seçir, maraqlanır və hekayənin sonuna deyil, əvvəlinə baxır. Qoy səni oxuyan vaxtı əvvəlinə baxıb sona çatamaq üçün tələssinlər. Roman ol, oxuduqca  bitməyəsən. Dastan ol, dillərdə gəzəsən, içində nəqarətli şeir ol təkrar oxunsun. Dedektiv ol, maraqlı, həyəcanlı gözünü çəkməyəcək qədər iddialı ol! Bir oxucu oxuyub qurtaran zaman bir də oxumağa həvəs  yaradan kitab ol!

İnsansan səhv et, ancaq hekayəndə düzəlt! Hərf səhvi et, düzəldə bilərsən cümlədə səhf etmə oxumağı buraxarlar- sən həyatında buraxdığın səhvlər kimi. Günəş işığı ilə yazmağa başla və 2 cilddən ibarət ol! Səni oxuyanlar  desinlər ki, onun keşməkeşli həyatı olub. I cildə etdiyin səhvi II cilddə təkrarlama! Artıq kitabın I cildi bağlanır. İkinciyi yazarkən I cildi vərəqlə, tozlanmasın –deyə yazdığına bir də bax! Etdiklərin səhfi bir də etməyəsən. Keçmişini unutma gələcəyini qura biləsən! Kitab bitənə kimi, insan ölənə kimi oxunur.

İnsanlar nəsə məlumat almaq üçün  bəzi kitablari götürüb vərəqləyir  və istədiyini əldə etdikdən sonra yerinə qoyur. İnsanın həyatda qoyub getdiyi hekayə də belədir.

Həyata vida etdikdən sonra kimlərsə keçmiş həyata nəzər salınır.  Yaxşı əməllər xatırlanaraq rəhmət oxunur, pis əməllər yada salınaraq isə lənət. Rəhmətliyin gözəl sözləri illər keçsə də onun əzizlərinin dilindən düşmür, ruhu hər zaman onu sevənlərin qəlbində gəzir.

Bir ömür, bir  kitab və bir qələm… Axıra heç kəs çata bilmir. Elə isə başla yazmağa, səhf edəcəksən əlbət. Ancaq bir səhfə yol vermə! Yazdığına mürəkkəb bulaşdırma, çünki ağ qaradan ayrılmır!

Şəfa Yazar (Səfərova),
Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sözlə əməlin uğurlu vəhdəti

Next

İl ərzində ölkədə adambaşına nə qədər meyvə yemişik? – FOTO

Xəbər lenti

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Son Yazılar

  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv