Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

ABŞ Dövlət Departamentindən Qarabağ müharibəsilə bağlı HESABAT

By Vüsal Rafiqoğlu
14.04.2022 3 Min Read

ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Ermənistan ilə bağlı hissəsində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn və Cenevrə Konvensiyasının pozulması faktları öz əksini tapıb.

Bu barədə “Report” dərc olunmuş hesabata istinadən xəbər verir.

Hesabatda qeyd olunub ki, 2020-ci ildəki İkinci Qarabağ Müharibəsi zamanı beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulması ilə bağlı “İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq” (IPHR) və “Truth Hounds” qeyri-hökumət təşkilatları tərəfindən may ayında dərc olunmuş birgə hesabata əsasən, Ermənistan silahlı qüvvələri üzvlərinin yaralı halda əsir götürdükləri iki Azərbaycan əsgərini edam etməsinə dair təkzibedilməz dəlillər mövcuddur. Sübut iki videodan ibarət olub.

“Əgər bu qətllər sonrakı araşdırmalar zamanı təsdiqlənərsə, bu, beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının açıq şəkildə pozulmasıdır. Yaralı Azərbaycan əsgərlərinin öldürülməsi həm də Ermənistanın Cinayət Məcəlləsini pozur və Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq yaşamaq hüququnun kobud şəkildə pozulmasını özündə əks etdirir”, – hesabatda deyilir.

QHT hesabatında bildirilir ki, keçmiş azərbaycanlı məhbuslarla müsahibələrə və əsirlərdən biri ilə qəddar rəftarın əks olunduğu videoya əsasən, ən azı yeddi azərbaycanlı hərbi əsir Ermənistan silahlı qüvvələri tərəfindən işgəncələrə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalıb.

Bundan əlavə, IPHR və “Truth Hounds” videoya çəkilmiş daha üç qəddar rəftar halı ilə bağlı əlavə araşdırmalara ehtiyac olduğunu bildirib.

“Şahidlər tərəfindən təsvir edilən və ya videoya çəkilmiş sistematik döyülmələr, qeyri-insani saxlama şəraiti, tibbi yardımdan və digər əsas ehtiyaclardan imtina, qəddarlıq və ləyaqəti alçaldan rəftar Ermənistan silahlı qruplaşmaları tərəfindən Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması və Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq işgəncə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsinin pozulması anlamına gəlir”, – hesabatda deyilir.

Sənəddə Ermənistan silahlı qüvvələri tərəfindən ölənlərin cəsədləri üzərində insanlığa yaraşmayan çoxsaylı addımlar atmasının təkzibedilməz sübutu olan videogörüntülər təsvir edilir. “Cəsədlər üzərində qeyri-insani hərəkətlərə dair əsaslı iddiaların hamısı əlavə araşdırma tələb edir”, – sənəddə qeyd olunub.

Hesabata əsasən, beynəlxalq fotojurnalist Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda onlarla azərbaycanlı qəbiristanlığının dağıdılmasını “sənədləşdirib”. Qəbirlər dağıdılmış halda aşkar edilib, hətta bəzi hallarda qəbirlərdən qarət olmasına dair sübutlar var. Digər yerlərdə isə ağır tikinti texnikası ilə dağıntı və meyit qalıqlarının eksqumasiyası izləri aşkar edilib.

“Ağdamda Şəhidlər Xiyabanını ziyarət edən xarici müşahidəçilər vaxtilə cəsədlərin basdırıldığı çuxurların fotolarını çəkiblər; qəbiristanlıqda yalnız bir dağılmış qəbir daşı qalır. Qəbiristanlıqlardakı vandalizm həmçinin qəbir daşlarının üzərindəki mərhumların şəkillərinin çəkic və ya buna bənzər əşyalarla tanınmayacaq dərəcədə dağıdılmasında da əks olunub. Bundan əlavə, qəbirdən çıxarılan cəsəd qalıqlarından qızıl dişlər çıxarılıb, kəllə sümükləri və digər sümüklər qəbiristanlıqlara səpələnib. Fotojurnalistin sözlərinə görə, erməni məzarları faktiki olaraq toxunulmaz qalıb”, – hesabatda vurğulanır.

Qeyd olunur ki, 2021-ci il aprelin 24-də Azərbaycan Baş Prokurorluğu Kəlbəcər rayonunun əvvəllər işğal altında olan Başlıbel kəndində 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən öldürüldüyü güman edilən azərbaycanlıların məzarlarının axtarışı ilə bağlı araşdırmalara başlayıb: “Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 12 dinc sakinin meyiti tapılıb. İyun ayında daha üç cəsəd, avqustun 30-da isə çoxlu insan qalıqların olduğu başqa bir dəfn yeri tapılıb”.

Hesabatda göstərilir ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 2020-ci ilin noyabrında atəşkəs əldə olunduğu andan ilin sonunadək əvvəllər Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərində mina partlayışları nəticəsində Azərbaycanın 7 hərbi qulluqçusu və 29 mülki şəxs həlak olub; daha 109 hərbçi və 44 mülki şəxs yaralanıb.

“Ermənistan hökumətinin məlumatına görə, 2020-ci ilin dekabrında hökumət həmin ilin payızında baş vermiş münaqişə zamanı Ermənistan hərbi qulluqçuları tərəfindən silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması ittihamı ilə altı cinayət işi başladıb. Altı işdən dördü güman edilən qətllər, işgəncə və qeyri-insani rəftarla, biri güman edilən qətllər və işgəncələrlə, biri isə güman edilən qətllə bağlı olub. 2021-ci il iyunun 22-də hökumət altı işin hamısını bir cinayət prosesində birləşdirib. 2021-ci ilin sonunda istintaq davam edirdi”, – ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun hesabatında bildirilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Bütün nailiyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub”

Next

Azərbaycana yeməli həşəratlar gətirilir

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv