Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

İlkin Nərmini niyə öldürdü?

By Vüsal Rafiqoğlu
12.06.2022 3 Min Read

QATİLLƏ QURBAN ARASINDA 

Yazı silsiləsində ibtidai istintaq materialları, məhkəmə protokolları, şahid ifadələri və müşahidələr əsasında 11 yaşlı Nərminin qətlinin gizlinləri araşdırılır.

I yazı 

2019-cu ilin 21 noyabrında itkin düşən Tovuz rayon Dondar Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Nərmin Quliyevanın meyiti 47 gün sonra- 2020-ci ilin 6 yanvarında aşkarlanmışdır.

10 yanvar 2020-ci ildə İlkin Süleymanov şübhəli şəxs qismində tutularaq haqqında həbs qətimkan tədbiri seçilmişdir. Hazırda İlkin Süleymanovun məhkəməsi davam edir.

İstintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri Mehman Hümmətovun hazırladığı ittiham aktını Baş Prokurorun müavini Elçin Məmmədov təsdiq etmişdir.

İttiham aktı ibtidai istintaqın yekun aktı kimi nəticələrini özündə əks etdirir. Yəni, istintaq müttəhim haqqında ifadələri sübutları toplayır, ittiham aktını hazırlayaraq məhkəməyə göndərir. Bu sənəd heç də son söz deyildir. Son sözü məhkəmə deyir. Məhkəmə ittiham aktını rədd edib müttəhimi ittihamdan azad da edə bilər. İttiham aktından çıxarışları bu biliyin işığında dəyərləndirmək gərəkdir.

Və biz bu yazıda bir suala cavab verəcəyik: İlkin Süleymanov hansı dəlillərlə ittiham edilir?

Motiv məsələsi

Şübhəli İlkin Süleymanovun cinayət motivini ittiham aktı bu cür izah edir: 

“Aparılmış ibtidai istintaqla müəyyən edilmişdir ki, Süleymanov İlkin fərdi yaşayış evinin qarşısında olarkən kifayət qədər yaşı olmasına baxmayaraq səhhətində olan problemlərlə bağlı evlənmədiyi və övlad sahibi ola bilməyəcəyini düşünərək, bu baxımdan həmyaşıdlarından geri qalmasına, o cümlədən həmkəndlisi və eyni zamanda sinif yoldaşı olan Quliyev Şərif Qəşəm oğlunun evli və bir neçə övlad sahibi olmasına qarşı əvvəlcədən qısqanclıq və qibtə hisslərinin vəhdəti halında özündə yaranmış alçaq niyyətlə…”

İlkin Süleymanov istintaqa verdiyi ilk ifadəni işgəncə altında verildiyini əsas gətirərək onlardan imtina etmişdi. Ancaq həmin ifadədə də “qısqanclıq və qibtə hisslərinin vəhdəti halında özündə yaranmış alçaq niyyət”-indən bəhs etmir. Sual olunur: İbtidai istintaq bu nəticəyə necə gəlmişdir? Məgər uşaq sahibi olmayan şəxsin başqasının uşağını oğurlayıb öldürməsi məntiqlidirmi? Məhkəmə bu suallara aydınlıq gətirəcəkdir.

Nərminin itməsi…

Nərminin atası Şərifin istintaqa verdiyi ifadə ittiham aktında bu cür təsvir edilmişdir:  

“Nərmin günorta yeməyini yedikdən sonra qardaşı Arifin onda olan gödəkçəsini sonuncuya qaytarılması və özünün kənddə yaşayan qardaşı Lətifin evində olan gödəkçəsini  götürməsi üçün Nərmini qardaşı Arifin evinə getməsini  tapşırmışdır. Belə ki, 20 noyabr 2019-cu il tarixdə qardaşı Arifin qızı Günayın toyuna getmək üçün onun daha təmiz və səliqəli olan gödəkçəsini istəmiş və Arif həmin gödəkçəni ona vermişdir. Arifin evi kəndin aşağısında, onun yaşadığı evdən təxminən 1000 metr məsafədə yerləşir. Adətən uşaqlar və özü bu yolu, 20 dəqiqəyə qət edirdilər. Evdən çıxan qızı Nərminin dalınca baxan müddət ərzində onun kiminləsə əlaqədə olduğunu, söhbət etdiyini görməmişdir. Təxminən 1 saat müddətində Nərminin qayıtmamasını görərək böyük qızı Şəbnəmi onun dalınca göndərmiş, təxminən bir saatdan  sonra Şəbnəm evə qayıdaraq Nərminin Arif əmisinin evinə getməsini, ona verilən gödəkçəni Arifə verdiyini, daha sonra isə qardaşı Lətifin evinə keçərək atasının gödəkçəsini götürüb evdən çıxdığını bildirmişdir. O və Şəbnəm öz aralarında söhbət edərək Nərminin ana nənəsinin kənddə olan evinə getməsini fikirləşmişlər”.

Amma istintaq bir məsələni araşdırmamışdır. Onun nə olduğunu tapmaq üçün bir abzası da oxuyaq. 

“Bundan sonra Şərif qardaşı Arifin evinə getmiş, saat 19-00 radələrində təxminən 12 nəfər, qardaşları Yusif, Lətif və Arifin qonşuları 4 maşına minərək Arifin yeni qudasının rayonun Aşağı Quşçu kəndində olan evinə «ciyar axşamı» adlanan qonaqlığa getmişlər. Orada olarkən o, üç nəfərə bir 0,5 litr  butulka araq içmiş təxminən saat 21-30 radələrində evə qayıtmışdır”.

Burda zəruri iki sual ortaya çıxır: 

  • Şərif Nərminin qayıtmamağına görə şübhələnirdisə Şəbnəmi niyə qardaşı Arifgilə göndərmişdi? Və Nərminin nənəsigilə getməsini niyə onda “fikirləşməmişdi”? Şəbnəmin Nərmini tapmamağından sonra Şərif niyə narahat olmamışdır?
  • Nərminin 21.30-a qədər evə qayıtmaması anası və bacılarını niyə şübhələndirməmişdi?
  • Əsas sual: Şərifin kurtkasını Nərmin gətirməmişdisə Şərif hansı kurtkanı geyinib ciyər axşamına getmişdi?

Ciyər axşamından sonra nələr baş verdi? “Atası «ciyər axşamı» tədbirindən evə gəlib Nərmini soruşduqda gəlmədiyini bildirdikdən sonra atası ilə birlikdə Minayə nənəsigilə  getmiş, lakin Nərminin orada olmadığı və ümumiyyətlə onlara gəlməməsini bilmişlər”.

Ancaq 22.39-da Şərif “102” xidmətinə zəng vuraraq Nərminin itdiyi barədə məlumat vermişdi…

İttiham aktında bu ziddiyyətlər təhlil edilməmişdir. Ancaq Şərif “Səni axtarıram” verilişində aparıcının mövzu ilə bağlı sualına “Səhv etmişəm” cavabını vermişdir. Bu cavabın qaneedici olmadığını bilmək üçün prokuror olmağa ehtiyac yoxdur.

Davamı olacaq… 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ərini yataqda kişi ilə tutan qadının dəhşətli hekayəsi…

Next

Məktəblilərin qəzaya düşdüyü avtobusun görüntüləri – VİDEO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv