Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bakıda memarlıq abidəsi olan yaşayış binası dağıdılıb: Sakindən redaksiyaya ŞİKAYƏT – FOTO

By Vüsal Rafiqoğlu
24.06.2022 3 Min Read

“Bizim tarixi evimizi barbarcasına dağıtdılar və hələ də buna görə maddi kompensasiya ödənilməyib”.

Bu şikayətlə Media.az redaksiyasına Bakı sakini, Dilarə Əliyeva küçəsi, 141 ünvanındakı mənzildə yaşayan Bikə Həsənova müraciət edib.

Qadının sözlərinə görə, 2017-ci ilin oktyabr ayında “FF” mənzil-tikinti kooperativi tərəfindən çoxmənzilli binanın bünövrəsinin qəsdən sarsıdılması nəticəsində onun künc tərəfi uçub.

“Evin 100 ildən çox yaşı var, amma çox davamlıdır. Binada 18 ailə yaşayırdı, amma həyasızcasına aparılan qazıntıdan sonra cəmi 15-i qalıb. Məsələn, ulu babası tarixi binanın inşaatçılarından olan 89 yaşlı nənənin mənzili dağıdılıb. İndi qadın qohumlarının evində yaşayır. Divarlarımız çatladı, amma biz qaldıq”, – deyə qadın bildirib.

B.Həsənova iddia edir ki, ev sakinləri “FF” mənzil-tikinti kooperativini, daha doğrusu, onun sahibi Tamilla İbrahimovanı məhkəməyə veriblər:

“Rayon, Ali və Apellyasiya Məhkəmələri bizim xeyrimizə qərar çıxarıb. Biz bu işi qazandıq. Məhkəmə qərar verdi ki, T.İbrahimova bizə maddi təzminat ödəməlidir. Ancaq o, hələ də bunu etməyib və etməyəcəyini də açıq şəkildə bəyan edir”, – deyə Bikə Həsənova qeyd edib.

Qeyd edək ki, bu hal mediada geniş şəkildə işıqlandırılıb. T.İbrahimova D.Əliyeva küçəsi, 141 ünvanında yerləşən tarixi yaşayış binasının sökülməsinə və yerində çoxmərtəbəli binaların tikintisinə Bakı Şəhər İcra Hakimiyyətindən icazə aldığını bildirib.

Nəticədə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının keçmiş rəhbəri Rasim Quliyev Azərbaycan Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 314-2.3-cü (torpaq sahələrinin ayrılması və ya qanunla müəyyən edilmiş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazənin verilməsi) maddələri ilə ittiham olunub. O, üç il müddətinə azadlıqdan məhrum edilib, lakin bu il azadlığa çıxıb.

“Günahsız bir insanı dəmir barmaqlıqlar arxasına saldılar. Tikintiyə icazəni keçmiş icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov verib. Məhkəmə zalında Tamilla İbrahimova müvafiq sənədləri əldə etmək üçün ona külli miqdarda rüşvət verdiyini bildirib. Yalnız biz elan edəndə ki, evimiz yerli əhəmiyyətli mədəniyyət abidəsi olduğundan dövlət himayəsindədir, problemimizə diqqət yetirdilər”.

Fəaliyyəti “dondurulmuş” “FF” şirkətinin sahibindən təzminat ödənilməsi ilə bağlı artıq məhkəmə qərarı olsa da, prokurorluqda istintaq hələ də davam edir”, – deyə Bikə Həsənova davam edir.

Bu işin araşdırılması ilə prokurorluğun müstəntiqi İlqar Səfərov məşğul olurdu. Qadının sözlərinə görə, o, evlərinin bərpa olunacağına söz verib, lakin bir müddət sonra telefonlara cavab verməməyə başlayıb.

Media.Az İlqar Səfərovla əlaqə saxlayıb. Həmin şəxs bu işin artıq onun səlahiyyətlərinə aid olmadığını bildirib və şərh almaq üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, məhkəmə istintaqı yekunlaşıb və qərar çıxarılıbsa, deməli, istintaq çoxdan başa çatıb. Məsələ ondadır ki, istintaq məhkəmənin yekun qərarına qədər davam edir.

Lakin mətbuat xidmətindən hazırda bu problemlə bağlı kimin məsuliyyətli olduğunu və təzminat ödəməyən “FF” MTK sahibinə qarşı niyə tədbir görülmədiyini açıqlamayıblar.

“Məhkəmə qərarı icra olunmazsa, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciət edə bilərsiniz”, – deyə mətbuat xidmətindən bildirilib.

Media.Az-ın Tamilla İbrahimova ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

Buna baxmayaraq, redaksiya ona və bu işə cavabdeh olan müvafiq dövlət qurumlarının nümayəndələrinə sözlərini demək imkanı verməyə hazırdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda 33 dərəcə isti olacaq, bəzi rayonlara yağış yağacaq – Şənbə gününün HAVASI

Next

Nazir: “Xarici ticarət dövriyyəsi 74 faizdən çox artıb” – FOTO

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv