Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İSLAM

Qiyamət belə başlayacaq

By Vüsal Rafiqoğlu
25.06.2022 3 Min Read

Qəbrin savab və əzabı o zamana qədər davam edər ki, böyük Qiyamət bərpa olar. Yer üzündə qəribə bir hadisə baş verəcəkdir. Yer və göy titrəməyə başlayacaqdır. Bütün canlılar məhv olacaq, varlıq aləminin nizamı dəyişəcəkdir.

Bir müddətdən sonra isə, Qiyamət bərpa olmamışdan əvvəl bu inqilabdan da qəribə bir inqilab baş verəcəkdir. Bütün canlılar Allah dərgahında hazır olacaqlar.

Bu iki böyük hadisə Allahın yaxın mələklərindən olan İsrafil (ə) tərəfindən icra ediləcəkdir. Birinci hadisə zamanı dünya məhv olacaqdır. Ancaq ikinci hadisə zamanı isə insanlar qəbirlərindən çıxacaqlar. Bu barədə gələn ayələrə nəzər salaq:

“Biz Qiyamət günündən qabaq hər bir (azğın) cəmiyyəti (öz cari qayda-qanunlarımıza uyğun olaraq, ümumi bir ölümlə) həlak edəcək və ya şiddətli bir əzaba (qıtlığa, vəbaya və digər xəstəliklərə) düçar edəcəyik. [Və ya: Qiyamət günündən qabaq müqəddimə olaraq hər bir cəmiyyətin yaxşılarını adi ölümlə və pislərini şiddətli bir əzabla həlak edəcəyik ki, yer üzündə heç kəs qalmasın.] (Bizim) bu (üsulumuz əzəli elmə əsasən Lövhi-Məhfuz) kitab(ın)da yazılmışdır”. (“İsra” 58).

“Bunun (yerin) üzərində (insan və cinlərdən) olan hər bir kəs fənaya məhkumdur. Yalnız əzəmət, böyüklük, üstünlük, kərəm, camal və mərhəmət sahibi olan Rəbbinin zatı qalacaqdır”. (“Rəhman” 26-27).

“Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim Bərzəx aləmimizə, Bizim Qiyamət səhnəmizə, Bizim Cənnətimizə və Cəhənnəmimizə) qaytarılacaqsınız!” (“Ənkəbut” 57).

“(Yada sal) o günü ki, (ilk dəfə) Sur çalınar. Allahın istədiklərindən başqa (məsələn ilk dəfə ölümü dadan ruhlar kimi) göylərdə və yerdə olanların (canlıların) hamısı vəhşətə düşər (və ölərlər). Və Surun (ikinci dəfə) çalınacağı gün Allahın (məhşər dəhşətindən amanda qalmalarını) istədiyi kəslərdən savayı göylərdə və yerdə olanların hamısı (dirilərək) vəhşətə düşər. Dirilənlərin hamısı (Surun üçüncü dəfə çalınması ilə) müti və zəlil bir vəziyyətdə (hesab-kitab üçün) Ona (tərəf) gələrlər.” (“Nəml” 87).

“Siz ondan (dünyaya gəlib yaşadıqdan) sonra mütləq öləcəksiniz.Daha sonra siz şübhəsiz, Qiyamət günü (özünüzün torpaqdan başlayıb belləri, bətnləri, dünyanı və Bərzəx aləmini keçmiş hərəkətinizi kamala çatdırmaq üçün qəbirlərdən) qaldırılacaqsınız”. (“Muminun” 15-16).

“Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs (birinci ölümü dadan və Bərzəx aləmində olanlar) istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq (və bu sur ilə ölənlər də ora gedəcəklər). Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb baxacaqlar (və həmin günün sahibinin əmrini gözləyəcəklər)”. (“Zumər” 68).

“Bir-birlərilə (öz dünya işləri barədə) çəkişdikləri halda onları yaxalayacaq yalnız (səmavi) bir bağırtının (hamının ölümü ilə nəticələnəcək surun birinci dəfə üfürülməsinin) intizarındadırlar.(Bu zaman) nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də öz adamlarının yanına qayıda bilərlər. (Bir anda yer üzündə olan hər bir insan və ümumiyyətlə hər bir canlı yerindəcə ölər). Sura (ikinci dəfə) üfürülər, onda onların hamısı dərhal qəbirlərindən öz Rəbbinə doğru tələsərlər”. (“Yasin” 49-51).

“O gün o titrədən (surun birinci dəfə üfürülməsi bütün kainatı) şiddətlə titrədəcək (sükunət halında olan cisimlərin hamısı titrəyəcək və bütün canlılar öləcəklər). Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir)”. (“Naziat” 6-7).

Qiyamət gələn zaman bərzəx həyatı sona çatacaqdır. Birinci Qiyamət ilə ikinci Qiyamət arasındakı fasilənin bəziləri 40 il, bəziləri 400 il çəkəcəyini ehtimal edirlər. Bu fasilədə həm bərzəxdə və həm də dünyada olan insanların hamısı öləcəkdir. Hər yerdə sükut hakim olacaqdır. Hətta Allahın ən yaxın mələkləri olan: Cəbaril (ə), Mikayil (ə), İsrafil (ə) və Əzrayil (ə) də tədricən öləcəklər.

İmam Sadiq (ə) bu haqda buyurur: “O zaman ki, Allah dünya əhlini öldürəcəkdir, onun ardınca səma əhli də tədricən öləcəkdir. Sonra növbə İlahi mələklər olan: Mikayilə (ə), Cəbrayilə (ə), İsrafil (ə) və Əzrayilə (ə) çatacaqdır. O zaman ki, Allah bütün məxluqlarını öldürəcək, o zaman buyurar: Zalımlar haradadır? Müşriklər haradadır? Təkəbbürlülər haradadır? (Məni inkar edirdilər)”.

Əllamə Təbatəbai bu haqda buyurur: “Şeypurun hekayəsi, o şeypurun hekayəsidir ki, orduda döyüş üçün istifadə edilərdi. Birinci dəfədə hamı sakit olar, hərəkət üçün hazırlaşarlar. Sonra isə ikinci dəfə şeypur çalan zaman hamı qalxar”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu il bir istehlakçı orta hesabla ayda 432,6 manat vəsait xərcləyib

Next

Sıxıntıda olduqda Allah yolunda xərcləmək

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv