Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

İnsanlıq əleyhinə cinayətlər cəzasız qalmayacaq

By Vüsal Rafiqoğlu
12.10.2022 3 Min Read

Təcavüzkar Ermənistanın 2020-ci il 4-17 oktyabr tarixləri arasında Gəncəyə raket hücumları nəticəsində 26 mülki şəxs həlak olmuş, 175 nəfər yaralanmışdır

Son iki yüz ildə öz havadarlarının köməyi ilə Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti həyata keçirən terrorçu, barbar Ermənistan hələ də faşist ideologiyasından əl çəkmir. Terrorçu Ermənistanın bu mənfur siyasətinin təməlində azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə qəbilə-mağara təfəkkürlü erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “böyük Ermənistan” dövləti yaratmaq dayanıb.

Özlərini tarixən “əzabkeş”, “soyqırımı qurbanı” kimi təqdim etməyə çalışan erməni millətçiləri 1918-ci ilin mart-aprel aylarında Bakıda azərbaycanlılara qarşı kütləvi qırğın – soyqırımı həyata keçirmişlər. Həmin il martın 30-31-də Stepan Şaumyanın başçılıq etdiyi erməni-daşnak birləşmələri Bakıda dinc əhaliyə qarşı qətliamlara başlamış, 12 min kişi, qadın və uşağı milli-etnik zəmində qətlə yetirmişlər. Şəhəri qarət edən erməni vandalları evləri, tarixi mədəniyyət abidələrini dağıtmış, eyni zamanda, insanlığa zidd bu əməllərini Qarabağ, İrəvan, Zəngəzur, Quba, Şamaxı və digər bölgələrdə də davam etdirmişlər.

“Şər imperiyası”- SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Azərbaycana məxsus “Mİ-8” vertolyotunun vurulması bunun əyani təsdiqidir. O terror əməli nəticəsində vertolyotun bütün heyəti və sərnişinləri həlak oldular. Həmçinin 1992-ci il yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa şəhəri yaxınlığında Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin vertolyotu vuruldu. 3 heyət üzvü, 41 nəfər sərnişin, əsasən qadın və uşaqlar həlak oldular. Beynəlxalq terrorizmin ən qaniçən dəstələrindən olan erməni terrorçuları 1992-ci ildə Xocalı soyqırımını törətdilər.

Ötən əsrin 90-cı illərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

2020-ci il sentyabrın 27-dən başlayan qırx dörd günlük müharibədə Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində mülki əhaliyə qarşı sülh və insanlıq əleyhinə cinayətlər törədilmişdir. O cümlədən  oktyabr ayında dəfələrlə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, eləcə də Ağdam Ağcabədi, Mingəçevir, Goranboy, Bərdə, Tərtər rayonları raket zərbələrinə məruz qalmışdır. Həmin günlərdə düşmən Azərbaycanın münaqişə və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini, yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçərək müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə onları atəşə tutaraq müharibə cinayətləri törətmişdir. Ümumiyyətlə, cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhərinin 2020-ci il 4-17 oktyabr tarixləri arasında raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6 azyaşlı olmaqla 26 nəfər şəxs həlak olmuş, 57 qadın, 32 azyaşlı olmaqla 175 nəfər yaralanmışdır. Təxminən 3875 yaşayış evi və ya mənzil və 33 qeyri-yaşayış obyektinin (o cümlədən 4 və 29 saylı 2 tam orta məktəb, 4 saylı 1 uşaq poliklinikası, 10 və 52 saylı 2 körpələr evi-uşaq bağçası, 1 musiqi kolleci) dağıdılması və zədələnməsi nəticəsində ümumilikdə milyonlarla manat dəyərində məbləğdə maddi ziyan dəyib.

Hazırda Gəncə şəhərinə atılan raket hücumları ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunda 3 cinayət işi başlanaraq istintaq davam etdirilir. Təqsirli şəxslərin Azərbaycan qanunları qarşısında cavab vermələri üçün bütün zəruri tədbirlər görülür.

Bəli, terror, günahsız insanlara qarşı ağlasığmaz qəddarlıq törətmək ermənilərin əsl xislətidir. Qırx dörd günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu işğal altında olan Qarabağda və Şərqi Zəngəzurda erməni faşistlərini diz çökdürdülər. Bütün dünya bir daha gördü ki, terror, soyqırımları və zorla özgə torpaqlarına yiyələnməyə çalışan erməni faşistlərinə tarixi dərs verməyin  yeganə ədalətli yolu budur.

Nəhayət, bir daha əmin olmaq istərdik ki, aidiyyəti beynəlxalq təşkilatlar Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək, 1949-cu il tarixli Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq, eləcə də oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq,  dinc insanların qətli ilə nəticələnən müharibə cinayətləri törətmiş təcavüzkar Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirləri görəcəklər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Teymurun məzarı, 18 metrlik qəbri olan peyğəmbər, arzuların 36 pilləkəni – Səmərqəddən REPORTAJ + FOTO

Next

Postmünaqişə dövrünün reallığı: Dünya gücləri siyasətlərində dəyişiklik etdilər

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv