Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Axı, sən həmişə belə cığallıq edirsən, Makron!

By Vüsal Rafiqoğlu
19.10.2022 4 Min Read

Makron, sənin adının qarşısında «müsyo» sözünü işlətmək də olardı. Amma sən Azərbaycan xalqının «qara siyahısı»na düşdüyün üçün hörmət əlamətini ifadə edən bu sözü işlətmək «müsyo» kəlamını hörmətdən salmaq olardı. İllərdən bəri ermənilərin vəkili rolunda çıxış edərək Azərbaycana qarşı böhtanlari ilə işğalçıya qol-qanad verən, sərhəd bilməyən yalanlarını həqiqət kimi qələmə verərək dünya ictimaiyyətini də çaşdırmaqda erməniləri belə qabaqlayan Fransanın daşnak ruhlu Prezidenti Emmanuel Makron yenə sərsəmləyib. Böhtanları ilə himayə etdiyi Ermənistanın baş naziri Nikol Paşinyanın yalanlarını kölgədə qoyur. ATƏT-in Minsk qrupunda həmsədr kimi təmsil olunduğu 30 ilə yaxın müddətdə işğalçı Ermənistanın hərbi, ekoloji, mənəvi cinayətlərini, erməni faşizminin törətdiyi terrorları «görməyən», Azərbaycanın uğurlarından hərarəti qalxan Makronun sayıqlamaları nə ilk, nə də son deyildir. İnsanın xasiyyətinin dəyişilməz olduğunu təsdiqləyən ataların «südlə gələn, sümüklə çıxar» müdrik kəlamı Makronun boyuna biçilib. Hərdən ağıla belə bir fikir gəlir ki, bəlkə elə Makronun əsl-nəcabətində erməni genləri vardır.

Bəlkə də Fransanın tarixində Makron qədər ermənipərəst dövlət başçısı olmayıb. Bu şəxsi prezidenti olduğu ölkəsinin problemlərindən daha çox Ermənistanın taleyi düşündürür, desək yanılmarıq. Çünki işğalçı dövlətin adı çəkildiyi məqamlarda Makronun imzasının görünməsi, böhtanlarının eşidilməsi adi haldır. Fransızların üzləşdiyi çətinlikləri meydanlarda təşkil olunan aksiyalardakı etirazları ilə bildirən «sarı jiletlilər»in qaldırdıqları məsələlərin həllini düşünməyən, hayların yalanlarından narahat olaraq yuxusuna haram qatan Makronun yeganə qayğısı Minsk qrupunda həmsədr kimi, qalmaqla dəstək göstərdiyi erməni təcavüzünə haqq qazandırmaqdır. Səmum yeli kimi istiqamətini tez tez dəyişən, «Avropa siyasi birliyi»nin Zirvə Toplantısında Azərbaycan, Ermənistan, Fransa, Avropa İtifaqı arasında keçirilən görüşdə söylədiklərini tez unudaraq yenə də fikrini ermənisayaq bəyanatı ilə ərz edən Fransa Prezidentinin Azərbaycanla bağlı son sayıqlamaları da ağıllı adamın söylədiklərinə bənzəmir. Çünki torpaqlarımız Ermənistanın işğal altında qaldığı 30 ildə işğalçıya siyasi, hərbi dəstək göstərməklə ölkəmizlə bağlı böhtanlar yağdırmaqla kifayətlənməyən, fransalı mütəxəssislərə erməniləri qorumaq üçün istehkamlar tikmək barədə təlimat verən, Xocalı soyqırımından, Başlıbel, Ballıqaya, Qaradağlı və digər insan qanını donduran faciələrdən «xəbərsiz olan» Makron bu günlərdə Xocavəndin Edilli kəndində aşkarlanan və erməni vəhşiliyinin izləri olan azərbaycanlı hərbçilərin guman edildiyi kütləvi məzarlıqlardan da xəcalət çəkmir. Əksinə, ötən illərdə Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin illik ziyafətinə qatılan Makron seçkiqabağı təşviqat kampaniyasında vəd etdiyi kimi, ölkəsinin təqviminə qondarma «erməni soyqırımı» ilə bağlı anım gününü əlavə ediləcəyini vəd etmişdi. Elə buna görədir ki, İkinci Qarabağ müharibəsindən sonra belə can-ciyəri erməniləri silahlandıran, revanşist çağırışları ilə onları müharibəyə təhrik edən, ömrünü başa vurmuş Minsk qrupunun həmsədri kimi, işğaldan azad olunan Azərbaycan torpaqlarında basdırılan minaları «görməyən» Makron raketlərlə vurulan Gəncədə, Tərtərdə, Bərdədə dağıdılan evlərdən, qətlə yetirilən azərbaycanlılardan da «xəbərsizdir.» Elə buna görə də makronsayağı ağ yalan olan guya azərbaycanlıların « dəhşətli müharibə başlaması» barədəki fərziyyələrinə bir özü, bir də ermənilər inanır.

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında ATƏT-in Minsk qrupunun onlara verilmiş mandatlarını doğrultmadıqlarını və nəticəni sıfırla qiymətləndirən Prezident İlham Əliyevin bu «üçlüyün» 28 il sərf etdiyi vaxtı dünya birliyinin gözündən asılan pərdə adlandırır. Əksinə Minsk qrupundan fərqli olaraq Azərbaycan BMT Nizamnaməsinin 51-ci özünümüdafiə maddəsinə uyğun olaraq tarixin arxivinə göndərilən «Dağlıq Qarabağ münaqişəsi»ni özü həll etdi.

Vətən müharibəsindən sonra da işğaldan azad edilmiş Azərbaycan ərazilərinə piyadalar əleyhinə minalar basdırmaqla mülki əhalinin ölümünə səbəb olan ermənilərin sentyabrın 12-13-də ölkəmizlə sərhəddə törətdiyi təxribatlar nəticəsində 72 hərbçimizin şəhid olmasını da təbii hal kimi qəbul etdi. «Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb» sözləri ilə yenə də ermənilərə haqq qazandıran Makronun yalanlarını ifşa edən Prezident İlham Əliyev fransalı həmkarına bu ayın 6-da «Avropa siyasi birliyi»”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının Prezidentinin, Ermənistanın baş nazirinin və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüşü xatırladır. Bir məsələ də diqqətə çatdırılır ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi rəsmi Parisin vasitəçilik missiyasına ehtiyac duyulmadığı halda Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə razılıq verdi. Qeyd olundu ki, Minsk qrupundan fərqli olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı göstərdiyi səylər tərəflər arasındakı sülh sazişinin imzalanmasına yönələn ciddi səydir.

Dövlət başçımız «Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib» sözləri ilə Makronun «Fransa heç vaxt Ermənistanı atmayacaq» sözlərinin ikitərəfli münasibətlərə zərbə vurduğunu da bildirib. Fransa Prezidentinin küçə leksikonundan istifadə etməsinin siyasi nəzakətdən kənar yanaşma olduğunu hesab edən Prezident İlham Əliyev Fransanın xarici işlər nazirinin Azərbaycanın əleyhinə yalan bəyanatlar verməsini, bu ölkənin Senatı və aşağı palata tərəfindən İkinci Qarabağ müharibəsi dövründə qondarma «Dağlıq Qarabağ respublikası»nı tanıyan qətnamələr qəbul etmələrini başqa dövlətin daxili işlərinə qarışmaq kimi dəyərləndiriir. Noyabrın ortalarında Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanması gözlənilir. Görünür beynəlxaq hadisələrdən, hüquq qaydalarından xəbərsiz olan Makron dünya siyasətini Ermənistanın mövqeyi baxımından anlayır və dəyərləndirir.

Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə edilən basqınla bağlı heç bir tədbir görməyən Fransanın bu səssizliyi vandalizmə dəstək idi. Diplomatiya sahəsində beynəlxalq konvensiyaların tələblərinin pozulması kimi, dəyərləndirilən, işğalçı ölkənin quldurlarının bu cür təxribatlarının Fransa ilə razılaşdırıldığı şəksizdir. Xatırladaq ki, Parisdə bir neçə dəfə terror aktı törədən, sonradan Ermənistanın işğalı altında qalan ərazilərimizdə mülki azərbaycanlılara qarşı qətllər törədən, ermənilərdən ibarət quldur dəstələrinə başçılıq edən, Xocavənd rayonunun işğalı zamanı düşmənin ön cəbhə dəstələrindən birinin komandiri olan, Ermənistanın milli qəhrəmanı adı verilən Monte Melkonyan 1993-cü ilin iyununda Ağdam rayonunun Mərzili kəndi yaxınlığında döyüşçülərimiz tərəfindən məhv edilib.

Azərbaycanın xarabalığa çevrilən ərazilərində törədilən dağıntılar da həmin qrupda təmisl olunan fransalı həmsədrlərin gözləri qarşısında baş verib. Ermənistana fransız dəstəyinin nəticəsidir ki. 2020-ci ilin noyabrında imzalanmış Bəyanatında yer alan Zəngəzur dəhlizinin açılması, Qarabağdan erməni silahlı dəstələrinin çıxarılması, sülh sazişinin imzalanması ilə bağlı vacib bəndlərin yerinə yetirməsi ilə bağlı Ermənistan hələ də dəqiq mövqe bildirmir. Prezident İlham Əliyevin «Biz hələ ki səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq» sözləri Ermənistan kimi, Fransanın da rəhbərliyinə xatırlatmadır. Ermənistan və ona vəkillik edən Fransa unutmasınlar ki, səbrin daşması «Qisas» əməliyyatları ilə nəticələnir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sərhədlərimizə “qonan” iranlı hərbçilər – VİDEO

Next

İki qardaş üçün iki il sonra iki bayram!

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv