Dünya İranda kömür mədənində qəza: Ölənlər var By Vüsal Rafiqoğlu 01.11.2022 1 Min Read İranın Kirman əyalətində kömür mədəni çöküb. Qəza nəticəsində iki nəfər həlak olub, üç nəfər isə yaralanıb. Bu barədə Qırmızı Aypara Cəmiyyətinin baş direktoru Rza Fallah xəbər verib. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu vurğulanır. Qəzanın səbəbləri araşdırılır. Mənbə: Mehr