Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Xalqımız Ulu Öndərin əziz xatirəsini əbədi yaşadacaq! – Qafarov

By Vüsal Rafiqoğlu
11.12.2022 4 Min Read

Sovet imperiyasının Cənubi Qafqaz regionunda yetmiş il davam edən hegemonluğuna ötən əsrin axırlarında son qoyulduqdan sonra bu platformada dünya gücləri arasında əsl nüfuz savaşı başladı. Bir tərəfdən ölkəmizin enerji resurslarına sahiblənməyə can atan qüvvələr, digər tərəfdən Azərbaycanın tarixi əraziləri hesabına mifik “böyük Ermənistan” dövlətini yaratmağa çalışan Ermənistanın işğalçı planları, üçüncü tərəfdən isə qonşuluğunda güclü müstəqil Azərbaycan dövlətinin mövcudluğunu istəməyən İran gənc respublikamızın varlığını ciddi təhdid altına almışdılar. 1991-1992-ci illərdə gedən proseslər bütün bu düşmən qüvvələrin ortaq məqsədlərinə, Azərbaycanın parçalanaraq xırda xanlıqlara bölünməsinə hesablanmış məkrli planların reallaşmasına real zəmin yaratmışdı. Ölkə rəhbərliyinin səriştəsizliyi və zəifliyi birbaşa xaricdən dəstək alan separatçı qüvvələrin güclənməsinə yol açmış, xüsusilə respublikanın şimal və cənub bölgələrində artıq yeni marionet dövlətlərin yaradılmasına bütün hazırlıqlar görülmüşdü. Bu arada Ermənistanın silahlı qüvvələri də ölkəmizdə hökm sürən hərc-mərclikdən maksimum yararlanaraq Qarabağı və qərb rayonlarımızı güclü müqavimətlə rastlaşmadan işğal edirdilər. Artıq 1993-cü ilin yayında Azərbaycan faktiki olaraq vətəndaş müharibəsinin bir addımlığında idi.”

Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov Publika.az-a verdiyi açıqlamasında ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış vəziyyəti şərh edərkən deyib.

Deputat ölkənin taleyi üçün həlledici olan həmin dövrdə Azərbaycan xalqının öz iradəsini ortaya qoyaraq Heydər Əliyevi hakimiyyətə gətirməklə yeganə mövcud xilas yolunu dəqiq müəyyən etdiyini vurğulayıb:

“1993-cü ildə ölkədə yaranmış vəziyyət bütün kənar müşahidəçilərdə belə bir əminlik yaratmışdı ki, artıq Azərbaycanı heç nə və heç kəs xilas edə bilməz. Lakin xalq nə bu fikirlə barışmaq, nə də onun üçün düşmən qüvvələr tərəfindən hazırlanmış aqibəti yaşamaq niyyətində deyildi. Çünki Azərbaycan xalqı onu bu bəlalardan qurtara biləcək gücün, iradənin və bacarığın kimdə olduğunu yaxşı bilirdi. Buna görə də həmin dövrdə xalq üzünü öz böyük oğluna- Ulu öndər Heydər Əliyevə tutaraq, bu dahi şəxsiyyətin hakimiyyətə qayıtması tələbini təkidlə irəli sürdü. Heydər Əliyev dühasının bütün məkrli planları pozmaq, dövlətçiliyimizi xilas etmək və müstəqil, güclü Azərbaycan dövləti qurmaq iqtidarında olduğunu bilən təkcə xalqımız deyildi. Bunu düşmənlərimiz də yaxşı bilirdilər. Çünki Ulu öndər, sözün əsl mənasında, dünya miqyaslı siyasi və dövlət xadimi idi. 1982-ci ildən dünyanın iki ən güclü superdövlətindən biri olan SSRİ kimi nəhəng ölkənin idarə olunmasında birbaşa iştirak edən Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Bu vəzifələrdə olduğu müddətdə dünyanın siyasi elitası Azərbaycan xalqının ümummilli liderini kifayət qədər tanımış və Heydər Əliyev dühasının istənilən bir ölkəni tam müstəqil şəkildə idarə etmək iqtidarında olduğuna əmin olmuşdu. Məhz buna görə də düşmən qüvvələr 90-cı illərin əvvəllərində Ulu öndərin Azərbaycanda hakimiyyətə gəlməməsi üçün bütün mövcud imkanlarından istifadə etmişdilər. Lakin nə sui-qəsd və terror aktları cəhdləri, nə də daha sonra – artıq ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu zaman baş vermiış dövlət çevrilişi cəhdləri Ulu öndərimizin qarşısını ala bilmədi. Dahi lider artıq öz üzərinə götürdüyü xilaskarlıq missiyasını əzmlə yerinə yetirməyə başlamışdı. Qısa müddət ərzində H.Əliyev ölkəni xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, milli barışığa nail oldu və bununla da Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, bütün sahələrdə dinamik inkişafın əsasını qoydu. Bundan sonra Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci tarixi dövrün, 1993-2003-cü illəri əhatə edən mərhələnin ən başlıca nailiyyəti də məhz bu oldu ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanıldı, daha da möhkəmləndirildi və inkişaf etdirildi. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm addımlar atıldı. Ulu öndərin müəyyən etdiyi qüsursuz daxili və xarici siyasət kursu müasir müstəqil və güclü Azərbaycanın dayanıqlı əsaslarını yaratdı. Növbəti illər ərzində Azərbaycan sürətlə nüfuzlu beynəlxalq təşkilatlara inteqrasiya olunmağa başladı”.

Millət vəkili qeyd edib ki, Ulu öndərin müəllifi olduğu uğurlu neft strategiyası isə bir tərəfdən ölkə iqtisadiyyatının sürətli inkişaf yoluna qədəm qoymasına, digər tərəfdən də Azərbaycanın illər sonra yenidən formalaşan dünya düzənində Avropanın enerji təhlükəsizliyində aparıcı rollardan birinə sahib olmaqla beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü zəmin yaratdı.

“12 dekabr- Ulu öndər Heydər Əliyevin anım günüdür. Dünyanın bir çox ölkələrində ürəyi Azərbaycanla döyünən milyonlarla soydaşımız bu günü böyük ehtiram və hörmətlə qeyd edir.Bu gün Azərbaycan ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurla inkişaf etdirdiyi Heydər Əliyev kursu ilə öz yoluna davam edir. Bu yolda əldə olunan parlaq qələbələr və əlbəttə ki, ilk növbədə ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi bir daha sübut etdi ki, xalqımız Ulu Öndərin misilsiz fədakarlığına, siyasi irsinə və bizlər üçün qoyduğu ən böyük mirası olan müstəqil Azərbaycan dövlətinə layiq xalqdır. Azərbaycan bundan sonra da möhtərəm Prezidentimizin rəhbərliyi ilə inkişaf edəcək, güclənəcək və heç bir qüvvə ölkəmizin getdikcə daha zəngin və çiçəklənən bir dövlətə çevrilməsi prosesinin qarşısını ala bilməyəcək. Azərbaycan xalqı Ulu Öndərin əziz xatirəsini əbədi yaşadacaqdır!”, – K.Qafarov yekunda bildirib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Moskva aeroportlarında güclü qar səbəbindən onlarla aviareys gecikir

Next

İranda zəlzələ baş verdi

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv