Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan Avropanı xilas edir

By Vüsal Rafiqoğlu
13.12.2022 3 Min Read

Müasir dünyada yaşanan geosiyasi proseslər, enerji tədarükündə baş verən qırılmalar bu sahəni daha da vacib müstəviyə qaldırıb. Bu xüsusda Azərbaycana maraq böyükdür. Hazırkı şəraitdə enerji təhlükəsizliyini milli təhlükəsizliyin əsas elementlərindən hesab edən Azərbaycan Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyində öz fəal rolu ilə seçilir. Rəsmi Bakıya qaz tədarükünün artırılması ilə bağlı çox saylı müraciətlər daxil olur. Bu baxımdan Azərbaycan və Aİ arasında enerji təminatı sahəsində strateji əməkdaşlığın yeni mərhələsi yaranıb. Azərbaycan da öz növbəsində enerji resurslarının nəqlindəki həcmin artırılmasında maraqlıdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi artıq tanınır və qiymətləndirilir: “Bizim qaz ehtiyatlarımız çox zəngindir və hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfəyə genişləndirilməsi məsələsi müzakirə olunur. Cənub Qaz Dəhlizi layihəsi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Bu, onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi artıq tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük”.

Məlumdur ki, Azərbaycan üç böyük qaz kəməri layihəsinin müəllifidir. Bunlardan biri Cənub-Qaz Dəhlizi adlanan üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir. Digəri Cənubi Qafqaz Boru Kəməridir. Digəri isə Trans-Anadolu və Trans Qafqaz boru kəmərləridir. Bu kəmərlər də məhz İtaliyaya qədər uzanır. Bunlar təqribən 3500 km uzunluğunda olan mürəkkəb texniki infrastrukturdadır. Azərbaycanın qaz ehtiyatları təqribən 2.6 trilyon kubmetr həcmindədir. Bu da Azərbaycanın gələcəkdə –  növbəti onillikdə Avropanın qaz təchizatında və təhlükəsizliyində yaxından iştirak etməsinə imkan verəcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin son seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsində əsas geosiyasi aktorlardan biri də İtaliyadır. Həmçinin Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyində oynadığı rol da ciddi əhəmiyyətə malikdir. Hazırda Avropada yaşanan enerji böhranı çərçivəsində Azərbaycan qazının İtaliyaya nəqli və bu ölkənin illik tələbatının təxminən 10 faizini təmin etməsi rəsmi Roma tərəfindən yüksək qiymətləndirilir. 31 dekabr 2020-ci il tarixindən – kommersiya istismarına başlanandan bu günə qədər TAP ilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyanın payına düşüb. Azərbaycanın energetika naziri Pərviz Şahbazov 2022-ci ilin sonunadək İtaliyaya qısa və uzunmüddətli müqavilələr üzrə qaz ixracının 9,5 milyard kubmetr proqnozlaşdırıldığını, TAP-ın ötürücülük gücünün artırılması hesabına isə təkcə İtaliyanın deyil, Avropanın digər ölkələrinin də daha çox təbii qazla təchizatının mümkün ola biləcəyini bildirib.

Serbiya da Azərbaycandan qaz tədarükündə maraqlı olan ölkələr sırasında yer alır. Cənub Qaz Dəhlizinə inteqrasiya Serbiyanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəməri, eləcə də Serbiya- Rumıniya və digər interkonnektorlar bu ölkə ilə yanaşı, digər dövlətlərin də Azərbaycandan uzanan alternativ marşruta inteqrasiyasını təmin edəcək.

İndiki reallıqlar fonunda Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan “mavi yanacaq” tədarükünü artırmaq istəyən Avropa ölkələrindən biri də Bolqarıstandır. Bu ölkə Rusiyadan ildə təxminən 3 milyard kubmetr “mavi yanacaq” idxal edirdi. Məlum gərginliklərdən sonra Bolqarıstan alternativ mənbə kimi Azərbaycana üz tutub. Bu ölkə Azərbaycan qazını daha böyük həcmdə Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə almağı planlaşdırır. Bolqarıstan hökumətinin rəsmilərinin bildirdiklərinə görə, Azərbaycandan “mavi yanacaq” idxalı aşağı qiymətlər və daha çox enerji müstəqilliyi deməkdir.

Xatırladaq ki, Bolqarıstan Azərbaycanla ildə bir milyard kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb. Eyni zamanda, Bolqarıstan respublikamızdan əlavə qaz həcmləri almaq niyyətini də bildirib. Cənub Qaz Dəhlizinin qollarından biri kimi Bolqarıstana “mavi yanacaq” daşıyacaq IGB -nin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Hazırda IGB-nin tikintisində işlər son mərhələdədir, layihənin 90-95 faizi icra olunub. Gələcəkdə isə onun ötürücülük gücünü 5 milyard kubmetrə çatdırmaq mümkündür. Bolqarıstanın baş naziri Kiril Petkov Azərbaycan qazının ölkəsinə nəqlini nəzərdə tutan və TAP boru kəmərinə qoşulacaq Yunanıstan-Bolqarıstan İnterkonnektoru layihəsinin icrası barədə danışaraq boru kəmərinin kommersiya istismarına hazır olması üçün lazımi addımların atıldığını bildirib.

Bütövlükdə, Azərbaycandan qaz tədarükündə maraqlı olan ölkələrin sayı kifayət qədər çoxdur və bu siyahı artmaqdadır. Almaniya, Niderland, Moldova, İsveçrə və Avstriya kimi ölkələr də respublikamızdan “mavi yanacaq” idxalı ilə bağlı niyyətlərini ifadə ediblər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanlılar sülhməramlıların qarşısında “Sarı Gəlin”i oxudular – VİDEO

Next

Bu ada dəniz quldurlarına məxsusdur…

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv