Gündəm Azərbaycanlı sahibkar Türkmənistandan 1,3 milyon dollarlıq xammal aldı By Vüsal Rafiqoğlu 05.01.2023 1 Min Read Azərbaycandan olan sahibkar Türkmənistanın Dövlət Xammal və Əmtəə Birjasında ümumilikdə 1,3 milyon ABŞ dolları dəyərində 506,8 min kq pambıq iplik almaq üçün əqd bağlayıb. Məlumata görə, sövdələşmə yanvarın 4-də baş tutub. Azərbaycandan olan sahibkarın adı açıqlanmır. Mənbə: İnterfaks Azərbaycan