Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

Tanışını öldürüb məktəbdə yandıran dayı-bacıoğlu ilə bağlı qərar verildi

By Vüsal Rafiqoğlu
23.02.2023 2 Min Read

Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Yusif Rəhimov və onun dayısı, 1991-ci ildə anadan olmuş Tehran Rəşidovun barələrindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın məlumatına görə, hakim Elman Əhmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərlə bağlı qərar qəbul olunub.

Qərara əsasən, onların apellyasiya şikayəti təmin edilməyib

Qeyd edək ki, hadisə 2020-ci il dekabrın 18-də Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, ev alqı-satqısı xidməti (makler) göstərmiş və itkin düşmüş şəxs kimi axtarılan 1979-cu il təvəllüdlü Əmirov Xanəli Əlişan oğlu tanışları – 1997-ci il təvəllüdlü Yusif Rəhimov və onun dayısı, 1991-ci ildə anadan olmuş Tehran Rəşidov tərəfindən qətlə yetirilib.

Araşdırmalar zamanı məlum olub ki, H.Z.Tağıyev qəsəbəsində “Əvəz” adı ilə məşhurlaşan Xanəli Əmirov qəsəbədə makler kimi tanınıb. Mərhum onu qətlə yetirən şəxslərlə əvvəldən normal münasibətdə olub. Belə ki, daha əvvəl X.Əmirovun vasitəçiliyi ilə Yusif Rəhimovun atasına məxsus olan ev satılıb. Yusifin dayısının isə Xanəliyə 1100 manat borcu olub. Tehran borclu olduğu şəxsdən canını qurtarmaq üçün narkotik aludəçiliyindən əziyyət çəkən bacısı oğluna Xanəlini öldürməsini təklif edib və birgə plan qurublar.

Plana əsasən, Yusif Xanəli ilə yeyib-içmək məclisi təşkil edib, daha sonra onlara Tehran da qoşulub. Məclisdən sonra Yusif maklerdən ona kirayə ev verməsini xahiş edib. Onlar birlikdə qəsəbədəki evə baxmaq üçün gediblər. Burada Yusif arxadan sərxoş halda olan Xanəliyə hücum edərək ona çoxsaylı zərbə endirib. Dayısı isə meyiti xalçaya bükərək evdən çıxarmaqda, həmçinin divarın qana bulanmış hissəsini yumaqda kömək edib.

Dayı və bacısı oğlu xalçaya bükülmüş meyiti Tehrana məxsus “Opel” markalı avtomobilə qoyaraq qəsəbənin Q.Qarayev küçəsində yerləşən 19 saylı orta məktəbin arxa tərəfinə gətiriblər və buradan məktəbin həyətinə keçirərək orta məktəb binasının zirzəmisinə atıblar. Daha sonra onlar benzin gətirərək məktəbin zirzəmisində X.Əmirovun meyitini yandıraraq izi itirməyə çalışıblar.

X.Əmirovun itkin düşməsindən sonra təxminən 2 ay müddətində axtarışlar aparılıb və onun qətlə yetirilməsi müəyyən edilib. Martın 15-də Y.Rəhimov və dayısı saxlanıldıqdan sonra onlar törətdikləri əməli etiraf ediblər və meyitin qalıqlarını gizlətdikləri yeri deyiblər. Sumqayıt şəhəri, 19 saylı məktəbin zirzəmisinə baxış keçirilərkən X.Əmirovun meyitinin qalıqları aşkar edilib.

Y.Rəhimov ifadəsində bildirib ki, həmin məktəbdə təhsil aldığı üçün orada istifadəsiz qazanxananın olduğunu bilib və bu səbəbdən qətlə yetirdiyi şəxsin meyitinin orada gizlədilməsini təklif edib.

Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, tamah məqsədi və ya sifarişlə adam öldürmə) maddələri ilə ittiham edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dayıya 19 il, onun bacısı oğlu Yusif Rəhimova isə 18 il 6 ay müddətinə həbs cəzası verilib. Bu hökmdən məhkumlar narazı qalıblar və apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyət və tələblərin siyahısı təsdiqlənib

Next

Baydenin səfərlərinə əsəbi reaksiya: Putin 2012-ci il tarixli sənədi qüvvədən saldı – TƏHLİL

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv