Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycan fermerinin su problemini necə həll etmək olar? – FOTO

By Vüsal Rafiqoğlu
30.03.2023 3 Min Read

Azərbaycanda fermerlərin su probleminin həlli ilk növbədə müasir (pivot) suvarma sistemlərinin quraşdırılması hesabına mümkün ola bilər.

Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət şöbəsinin müdiri Firidun Tağıyev bildirib.

“İndiyə qədər Azərbaycanda 56 min hektar sahədə pivot suvarma sistemləri quraşdırılıb, bu il daha 23 min hektarda müasir suvarma sisteminin tətbiqi gözlənilir. Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanından irəli gələn məsələlərin həlli ilə bağlı Baş nazirin müvafiq sərəncamı əsasında aidiyyəti qurumların rəhbər şəxslərindən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupda təmsil olunan qurumların mütəxəssisləri monitorinqlər keçirir. Bunun nəticəsində 2023-cü ilin planı üçün 23 min hektarda pivot suvarma sistemlərinin qurulmasını hökumətə təklif etmişik. Həmin sahələr 48 təsərrüfat subyektini əhatə edir. Hazırda hökumət infrastruktur məsələlərinin həlli istiqamətində işlər həyata keçirir. Bu işlər tamamlandıqdan sonra yeni sahələrdə pivot suvarma sistemləri qurulacaq. Fərmanla qarşıya qoyulmuş bəlli hədəflərə çatmaq üçün aidiyyəti qurumlarla sıx əməkdaşlıq edirik”, – deyə o qeyd edib.

Nazirlik rəsmisinin sözlərinə görə, pivot suvarma sistemlərinin statistikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə (“Azərkosmos”) birlikdə müəyyən edilib: “Bizim monitorinqlərimizin nəticəsi ölkədə 56 min hektar sahədə pivot suvarma sisteminin tətbiq edildiyini göstərir. Ümumən ölkə üzrə 1,5 milyon hektar suvarılan sahə olduğunu nəzərə alsaq, 56 min hektar bu sahəyə nisbətdə böyük ərazi deyil. Bu göstəricinin artırılması hədəflənir. Müasir suvarma sistemlərinin genişləndirilməsi gələcəkdə su resurslarından, torpaqdan daha səmərəli istifadəyə, məhsuldarlığın yüksəlməsinə, eləcə də ərzaqlıq buğdanın istehsalında ciddi artıma səbəb olacaq. Sözügedən fərmanın icrası çərçivəsində ərzaqlıq buğda istehsal edən fermerlərimiz müasir suvarma sistemləri qurmaqla istehsal etdikləri ərzaqlıq buğdanın hər tonuna görə əlavə 100 manat məhsul subsidiyası əldə edəcəklər. Massiv sahəsi 50 hektardan yuxarı təsərrüfat sahibləri pivot suvarma sistemlərini qurmaqla ərzaqlıq buğda proqramına qoşula bilərlər. Bu, fermerlərimiz üçün çox yaxşı bir imtiyazdır. Onlar müasir suvarma sistemlərinə yatırdıqları investisiyaları subsidiyalar vasitəsilə qısa müddət ərzində qaytara bilirlər”.

Nazirlik rəsmisi xatırladıb ki, 2020-ci ildən etibarən ölkədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) yaradılıb:

“EKTİS kənd təsərrüfatı sahəsi üzrə geniş əhatəli informasiya bazasının qurulmasına zəmin yaradan vahid bir sistemdir, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi tədbirlərinin bütün mərhələləri ilə bağlı biznes prosesləri əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edən şəffaf və operativ idarəetmə alətidir. Bu informasiya sistemi vasitəsilə bütün dövlət subsidiyaları fermerlərə interaktiv şəkildə təqdim edilir. Bununla yanaşı, Aqrar Subsidiya Şurasının qərarı ilə intensiv bağlara yüksək məbləğdə subsidiyalar verilir. Subsidiyaların verilməsində əsas şərtlərdən biri məhz müasir suvarma sistemlərinin tətbiqidir.

Bundan başqa, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” ölkə prezidentinin müvafiq sərəncamı ilə 2020-ci ilin aprel ayında Su Komissiyası yaradılıb:

“Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi həmin Komissiyanın koordinasiyası ilə həyata keçirilir. Bu komissiyanın tərkibində Kənd Təsərrüfatı Nazirliyi də təmsil olunur”.

F. Tağıyev kiçik ərazisi olan fermerlərin müasir suvarma sistemlərini quraşdırmağa maliyyə imkanlarının olmaması ilə bağlı məsələyə də münasibət bildirib:

“Fermerlərimizə kooperativlərdə birləşməyi tövsiyə edirik. Onlar bu yolla müasir suvarma sistemləri qura bilərlər. Biz kooperativlərdə stimullaşdırmanı həyata keçiririk. Kooperativlərə dəstək olaraq digər fermerlərdən fərqli olaraq kooperativlərdə birləşmiş fermerlərimizə 10% daha çox subsidiya ödəyirik. Burada subsidiya güzəştləri var, ona görə də təşviqlərdən yararlanaraq suya qənaətedici sistemlərin eləcə də innovativ sistemlərin tətbiqində kooperativlər də maraqlı olmalıdır.

Bununla yanaşı, dünya təcrübəsini də öyrənirik. Qardaş Türkiyədə torpaqların konsolidasiyası layihəsi tətbiq edilir. Bu layihənin məqsədi torpaqların xırda parsellərə parçalanma vəziyyətinin aradan qaldırılması, hər torpaq sahəsinin təsərrüfatlararası yol infrastrukturuna, suya və drenaj sisteminə çıxışının olmasıdır. Parçalanmış vəziyyət dedikdə əkin sahələrinin kəndin müxtəlif yerlərində yerləşməsi nəzərdə tutulur. Düşünürəm ki, yaxın gələcəkdə biz bu tip layihənin icrasına başlaya biləcəyik. Bu istiqamətdə Türkiyə və dünya təcrübəsi əsas götürülərək pilot layihələrin icrası üçün təkliflər hazırlanır. Torpaqların konsolidasiyası sisteminin tətbiqi əkin sahələrində müasir suvarma sistemlərinin tətbiqinin genişlənməsinə əsaslı şərait yaradacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İqtisadi Şuranın növbəti iclası keçirilib

Next

MN-dən Heydəriyə cavab: “Ermənistanın iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır”

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv