Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

Sərnişin avtobusunda qətl: “Əlini cibimdə tutdum, pərt oldu” – TƏFƏRRÜAT + FOTO

By Vüsal Rafiqoğlu
30.03.2023 3 Min Read

Sumqayıt şəhərində qətl törətməkdə təqsirli bilinən Elşən Cabarovun cinayət işi üzrə detallar məlum olub.

Ölkə.Az xəbər verir ki, Sumqayıt şəhərində 25 saylı xətt avtobusunda sərnişinlər – şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Cabbarov münaqişə zəminində həmyerlisi Elşad Muradovu bıçaqla qətlə yetirib. Bu zaman onları ayırmaq istəyən şəhər sakini Mikayıl İsmayılov da əlindən bıçaq xəsarəti alıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elşən Cabbarov saxlanılıb.

İstintaqa ifadə verən Elşən Cabbarov bildirib ki, 1995-ci ildə Sumqayıt şəhərində münaqişə zəminində yeznəsi Sənanı bir nəfər onun yanında vurduğuna görə həmin şəxsə bıçaqla xəsarət yetirib və Rusiyaya qaçıb.

2003-cü ildə axtarışda olduğu üçün həbs edilib və Azərbaycana ekstradisiya olunmaqla məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının 4 il 9 ayını çəkib 2007-ci ildə azadlığa çıxıb.

2010-cu ilin noyabr ayında ikinci dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşından anadan olan oğlu Rüfət onlarla yaşayıb. Ev təmiri ilə məşğul olaraq ailəsini dolandırıb.

Hadisə baş verən günü həyat yoldaşı ilə birlikdə atasının yaşadığı evə getmək üçün 25 saylı avtobusa miniblər. Arvadı sürücünün arxasındakı oturacaqda əyləşib. O, isə həyat yoldaşının başının üstündə tutacaqdan tutub dayanıb. Sürücü arxada boş yer olduğunu söyləməklə orada əyləşməyi təklif edib. Bu səbəbdən o, arvadının oturduğu sıranın arxasında yaşlı kişinin yanında əyləşib.

Elşən Cabbarov bildirib ki, avtobus bazarın yanına çatanda gödəkcəsinin sağ cibinə kiminsə əlinin girdiyini hiss etdiyi üçün arxaya çevrilərək cəld onu tutub saxlayıb. Cibinə onun sağ tərəfində tək sırada əyləşən əvvəllər tanımadığı istintaq zamanı adını bildiyi Elşad Muradov girib. Sonuncu pərt olub, Elşənə telefonun düşür deyib. Cavab olaraq Cabbarov telefonu düşəcəyi halda özü götürəcəyini dedikdə, Muradov kobud şəkildə ümumiyyətlə, onun kim olmasını və nə demək istədiyini soruşub. Elşən onunla hər hansı bir söhbət eləmək istəmədiyini və ailəsi ilə yol getdiyini bildirəndə, Elşad ondan telefon nömrəsini istəyib. Cabbarov ona nə səbəbə görə nömrə verməli olduğunu deyəndə, Muradov qarşısında əyləşən, sonradan adını bildiyi Ceyhun Məmmədova “qoy ailəsini ötürsün, biz onun arxasınca gedib söhbətimizi edərik” söyləyib. Amma həmin oğlan buna etirazını bildirib.

“Hiss elədim ki, cibimə kimsə girdi. Elə bil ki, dostuna nəsə deyə-deyə, əlini atır mənim cibimə. Cibimdə əlini tutdum. Gördüm pərt oldu. Mənə dedi ki, telefonun yerə düşür. Dedim, düşər özüm götürərəm, sən narahat olma. Əlin atdı çiynimə, başladı sən kimsən, nə demək istəyirsən. Dedim, əlini çək söhbəti uzatma. Məndən nömrəmi istədi. Dedim, vermirəm sənə nömrəmi. Mən ailəmlə gedirəm. Dedi, onda mən səninlə gedirəm, sən ailəni yola sal, söhbətimizi davam eləyək”.

Bundan sonra Elşad söyüş səyərək ayağa qalxıb və sağ əlini gödəkçəsinin cibindən çıxarıb. Elşən onun əlində bıçağın tiyəsini görüb. Muradov başı ilə onun alın nahiyəsindən bir zərbə vurub. Ardınca bıçaq olan əli ilə onun sol üz nahiyəsinə yumruq atıb. Cabbarov onun əllərindən tutduqda, sürücü avtobusu qəflətən saxlayıb. Bu səbəbdən hər ikisi müvazinətlərini itirərək orta oturacaqların birinə dəyiblər. Daha sonra sürücü aralarına girərək onları ayırmağa çalışıb. Gözlənilmədən Elşad Muradov onun üstünə sonra isə yerə yıxılıb. Döşəmədə qan ləkələri görən Elşən yerə düşən bıçağı götürüb və yoldaşına avtobusdan düşməsini bildirib.
Elşən Cabbarov ifadəsinin davamında bildirib ki, əvvəl özü sonra isə arvadı avtobusdan düşəndən sonra Gənclik parkına tərəf gediblər. Arxadan onu kimsə çağırıb, səsləyən şəxsin Elşad Muradovla olan digər şəxslər ola biləcəyindən qorxaraq park istiqamətində qaçıb. Amma ayağı dəmir çərçivəyə ilişdiyindən yerə yıxılıb və arxasınca gələn polis əməkdaşları onu tutublar.

Əlindəki bıçağı parkın ərazisində tullayıb.

Məhkəmə prosesində Elşən Cabbarov ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmə prosesində şahid və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri dinlənilib.

Sonda məhkəmənin hökmü ilə Elşən Cabbarov 13 il müddətinə azadlıqdan məhrum olunub.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri ilə görüşüb – YENİLƏNİB + FOTO

Next

Köhnə avtomobillərə qoyulan idxal qadağasının təsirini necə yumşaltmaq olar? – ŞƏRH + FOTO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv