Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

1 aprel gerçəyi: Laçın yolunda post…

By Vüsal Rafiqoğlu
31.03.2023 3 Min Read

Bu, Zaxarovanı aşan məsələdir və yalnız Rusiya prezidenti Putinlə müzakirə mövzusu ola bilər…

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində Silahlı Qüvvələrin bölmələrinin əvəzinə, Sərhəd Qoşunlarının yerləşdirilməsi barədə Bakıya məlumat verdiyini bəyan edib.

“Biz Azərbaycana məlumat vermişdik ki, Kornidzor ( Ermənistan sərhədində kiçik yaşayış məntəqəsidir-N.S)kəndindəki körpdən sonra yol yalnız Ermənistan ərazisindən keçməklə davam edəcək və bu ölkənin Sərhəd Qoşunları bu hissədə sərhədin mühafizəsini təmin edəcək”, -Paşinyan hökumətin bugünkü iclasında belə deyib. Anlaşılan budur ki, Ermənistan yeni yolun ərazisindən keçən hissəsini hazır etmədiyi üçün indiyədək Kornidzor körpüsü ilə Ermənistan ərazisindən, sonra yenidən Azərbaycan ərazisindən, sonra yenidən Ermənistana keçən qarışıq hərəkət marşrutu işləyirmiş. İndi daha yol birbaşa Ermənistan ərazisinə keçəcək. Daha bir nəticə isə budur ki, əgər Laçın koridorunun çıxışında Sərhəd Qoşunu yerləşdirirsə, eyni addımı Azərbaycan da öz ərazisində atmalıdır. Prezident İlham Əliyev Münhendə ABŞ dövlət katibinin vasitəçiliyi ilə keçirilən görüşdə “həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır” təklifini rəsmi olaraq irəli sürmüşdü.

photo_79226_28-02-2023_10-55-08.jpg (90 KB)

İndi Xankəndidən Ermənistana gedən yeganə yol Paşinyanın da dediyi kimi, aprelin 1-dən tam işə düşməlidir. Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr Azərbaycanın nəzarətə keçib ki, bu da gözlənilən idi.

Yeni yol təxmini hesablamalara görə, 8-9 km Laçın rayonunun ərazisinə, qalanı 14 km Şuşa rayonunun ərazinə düşür. Sonra Həkəri çayının üstündən çəkilmiş “sərhəd körpüsü”(Paşinyanın dediyi kənd) gəlir ki, buradan da Ermənistana gedirlər. İki zolaqlı yeni yolun ümumi uzunluğu 32 kilometr təşkil edir ki, onun 10 kilometri Paşinyanın təsdiq etdiyi kimi, Ermənistanın ərazisinə düşür.

Yeni yolda nəzarət məsələsi 2020-ci ilin 10 noyabr sənədində əksini tapıb. Azərbaycan bu yolda təhlükəsizliyinə yenə də təminat verir. Bu marşrutu qorumaq üçün burada yenə də Rusiya sülhməramlı kontingent yerləşdiriləcək. Amma yol hələ hazır olmadan, separatçı ermənilər deyirdi ki, guya ümumiyyətlə, bu yola onların “təhlükəsizlik qüvvələri” nəzarət edəcək. Bu yol isə bəlli ki, ölkənin dövlət şirkəti tikib (AAYDA), bütünlüklə də Azərbaycanın suveren ərazisi və mülkiyyətidir. Bu netdir, nə Ermənistanın, nə Qarabağ ermənilərinin belə bir iddiası ola bilər.

Azərbaycanın həmin sərhəddə post qurmasının Rusiya sülhməramlıları ilə razılaşdırılmalı olduğu indi əsas müzakirə mövzusudur. Azərbaycan öz dövlət sərhədində nəzarət postu qormağı kimsə ilə razılaşdırmamalıdır. Hər iki dəhlizin eyni rejimlə işləməsi Rusiyanın bölgədəki strateji maraqlarına uyğun olmasa da, Bakıya qarşı hər hansı irad bildirə bilməz. Zəngəzur dəhlizi ilə ermənilər heç bir razılaşmaya gəlmirlər, Azərbaycan isə bu vəziyyətə sonadək dözə bilməz. Üstəlik, səhəd postunun qurulması sülhməramlıların işini də xeyli yüngülləşdirəcək, Azərbaycanın “filan qanusuz yükü niyə buraxdınız” kimi suallarla ilə daha üzləşməyəcəklər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiya, Azərbaycan və Ermənistan nümayəndələri arasında Laçın yolunda keçid məntəqəsinin açılmasının müzakirə edilib-edilməməsi ilə bağlı sualı cavablandırıb. Zaxarova “Belə bir müzakirə olmayıb” deyə cavab verib. Post məsələsi Zaxarovanı aşan məsələdir, bu yalnız Rusiya prezidenti Putinlə müzakirə mövzusu ola bilər. Yeni yolun açılması isə artıq yeni situasiyadır…

Artıq bağlanacaq yolun rəsmi adı uzun illər idi ki, Xankəndi-Laçın-Gorus-İrəvan adlanırdı. Bu, Ermənistanla Qarabağ arasında yeganə quru yol idi. İndi yeni yol Xankəndi-Sünik (Qərbi Zəngəzur) yolu adlanacaq. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu da bir neçə gün əvvəl tam nəzarətə götürüldüyü üçün əgər siçan kimi başqa bir dəlik tapmasalar, Azərbaycanın ekofəallarının hazırda da aksiya keçirdiyi “boğaz”dan başqa gediş-gəliş yolu qalmayıb.

WhatsApp Image 2023-03-30 at 14.24.42.jpeg (212 KB)

Qeyd edək ki, ermənilər işğaldan bir müddət sonra Xankəndidən daha bir alternativ yol çəkmişdilər. Bu yol Xankəndi-Kəlbəcər-Basarkeçər-İrəvan yolu idi. Bu yol eyni zamanda, Azərbaycanın işğal altında saxlanan ərazilərindəki təbii resursların (mis, dəmir, digər mədən filizləri, meşə məmulatları və s.) Ermənistana daşınması üçün nəzərdə tutulmuşdu. Xankəndi-Kəlbəcər-İrəvan yolu rəsmi bilgilərə görə, Gəncəsr monastrının arxasından keçərək Xaçınçayla Tərtərçay arasındakı yüksəkliyə qədər uzanırdı. Xankəndi-Kəlbəcər-Basarkeçər-İrəvan yolu eyni zamanda, ermənilərin “Drambon” adlandırdıqları Kəlbəcər rayonunun Heyvalı kəndindən keçirdi. Ermənilər 2001-ci ildə “Drambon filiz-saflaşdırma zavodu” tikərək illərlə Azərbaycanın mis qızıl mədənlərinin qeyri-qanuni mənimsəyiblər. Bu yol Ağdərə Kəlbəcər ərazilərini birləşdirən el arasında “Qamışlı tuneli” adlandırılan yeraltı yoldan keçirdi. Bu yol İstisudan Zod qızıl yataqlarını, oradan Basarkeçər rayonunu, oradan da Göyçə gölünü və İrəvanı birləşdirirdi. İkinci Qarabağ müharibəsi zamanı, yəni 25 noyabr 2020-ci il Kəlbəcərin azad olunmasından sonra bu yol da Azərbaycanın tam nəzarətinə keçdi…

Amma ermənilərinə daha bir yolu da var- Bakının görüş təklifini qəbul edib, reinteqrasiyaya razılaşmaq…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

31 Mart soyqırımını niyə unutmaq olmaz?

Next

Günün ulduz falı: Paxıllıq edənlər sizə badalaq vurmağa çalışacaqlar

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv