Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

Qadın onu öldürmək istəyən keçmiş ərinin ayaqlarını sındırdı – Gədəbəydə ŞOK OLAY

By Vüsal Rafiqoğlu
31.03.2023 3 Min Read

Gədəbəy rayonunda 1987-ci il təvəllüdlü Rəqsanə ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Nemətə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il dekabrın 2-də Gədəbəy rayonunun kəndlərindən birində baş verib.

Rəqsanə atasına məxsus fərdi yaşayış evinin qarşısında kürədə çörək bişirən zaman keçmiş əri həmin ünvana gəlib. Nemət qızını özü ilə yaşadığı evə aparmaq və yenidən Rəqsanə ilə barışmaq, bir ailə kimi yaşamaq istədiyini bildirib.

Onların arasında buna görə mübahisə yaranıb. Rəqsanə odun parçası ilə Nemətin bədəninin müxtəlif nahiyələrinə vurub və ona çoxsaylı bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Rəqsanənin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəqsanə ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nemətlə 2004-cü ildə rəsmi qaydada evləniblər: “Lakin aramızda tez-tez narazılıq yarandığı üçün Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada boşandıq. Mən hazırda atam, anam, qızımla birgə yaşayıram. Nemətlə boşanmağıma səbəb onun mütəmadi olaraq spirtli içki içməsi və məni döyməsi olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2010-cu ildə rəsmən boşanıblar: “Lakin iki il sonra yaxın qohumlarımızın təkidi ilə onunla yenidən evləndik. Buna baxmayaraq, yenə də aramızda tez-tez narazılıqlar oldu. Nəhayət, 2020-ci ilin aprelində Nemətdən ayrıldım və atamın evinə getdim. Daha sonra məhkəməyə müraciət etdim. Məhkəmənin qərarı ilə qızım mənim himayəmə, oğlum isə Nemətin himayəsinə verildi”.

Rəqsanənin sözlərinə görə, boşandıqdan sonra Nemət dəfələrlə atasının evinə gəlib və onu döyüb: “İkinci dəfə boşandıqdan sonra da Nemət məni tez-tez narahat edirdi. Məni öldürməklə və üzümə kislota tökməklə hədələyirdi. Hətta qardaşımı da söyüb təhqir eləmişdi. Kənd sakinləri arasında ünvanıma nalayiq ifadələr işlədirdi”.

Təqsirləndirilən şəxs bildirib ki, 18 oktyabr 2021-ci ildə Nemət kəndin mərkəzində atasının avtomobilini daşla vuraraq ona ziyan yetirib və şikayət əsasında cərimələnib: “Evimizin qarşısında çörəkbişirmə külfəsi var. Nemət oranı da yandıracağını bildirdi. Mən çörək bişirib satmaqla dolanmışam. Hətta Nemət mağaza sahiblərini də çörəyimi satmaması üçün hədələyib. Nemətin bu hərəkətləri məni təngə gətirdi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə evlərinin qarşısında yerləşən külfədə çörək bişirirmiş: “Bu zaman səs eşitdim. Sonra ayaq səsləri eşitdiyim üçün bayıra çıxdım. Nemətin əlində bıçaq üzərimə gəldiyini gördüm. Bunu görəndə qızım Nemətin qarşısına keçdi. Məni vurmasına imkan vermədi. Mən isə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq məlumat verdim.

Qızım da atasına yalvararaq məni vurmamasını dedi, qapını bağladı. Nemət bundan sonra oradan getdi. Hadisə barədə məlumat verdiyim üçün polis əməkdaşları yaşadığımız ünvana gəldi və hadisə ilə bağlı izahat aldılar”.

Rəqsanənin ifadəsinə görə, həmin gün saat 21 radələrində qızı ilə çörək bişirirmiş: “Külfəni qalamaqdan ötrü odun gətirmək üçün bayıra çıxdım. Bu zaman Nemətin bir əlində butulkada benzin, digər əlində isə bıçaqla oraya gəldiyini gördüm. Danışığından və hərəkətlərindən sərxoş vəziyyətdə olduğunu gördüm. Külfəni qalamaq üçün istifadə etdiyim təxminən bir metr uzunluğunda odunlardan götürərək içəriyə keçmək istədim.

Nemət “səni yandıracağam, öldürəcəyəm” deyərək söyüşlər söydü, üzərimə cumdu. Bu zaman əlimdəki odun parçası ilə Nemətin başından bir zərbə vurdum. Nemət ona dəyən zərbənin təsirindən və sərxoş olduğu üçün müvazinətini itirərək yerə yıxıldı. Bundan sonra Nemətin ayağa qalxaraq məni öldürəcəyindən qorxdum. Ayağından və digər yerlərindən dəfələrlə vurdum. Bu zaman atam səs-küy eşitdi, oraya gəldi. Əlimdəki odun parçasını alaraq kənara atdı.

Daha sonra Neməti yerdən qaldırmaq istədik. Onun ayaqlarının sındığını gördük. Bundan təxminən on dəqiqə sonra anam və dayım oğlu da ora gəldilər. Birlikdə Nemətin əl-üzünü yuduq. Təcili tibbi yardım avtomobili ilə onu Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yola saldıq”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə Rəqsanənin barəsində Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü (şərti məhkum etmə) maddəsini tətbiq edib.

Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şuşaya qar yağıb – VİDEO

Next

Rusiya şəhərində fövqəladə vəziyyət elan edildi

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv