Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Aprel şəhidinin qardaşı: “Onun ən böyük arzusu şəhidlik idi” – MÜSAHİBƏ + FOTO

By Vüsal Rafiqoğlu
03.04.2023 4 Min Read

Aprel döyüşlərindən 7 il ötür. Azərbaycan Ordusu 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərək sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb. Aprel döyüşləri nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunub. Torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canından keçən igidlərimizdən biri də Emin Bağırovdur.

 

Emin İmran oğlu Bağırov 1996-cı il iyulun 15-də Bakı şəhərində anadan olub. Emin Bağırov idmanın 7 növü ilə (kikboks, cüdo, sambo, sərbəst və klassik güləş, uşu-sando, boks) məşğul olub, nailiyyətlər əldə edib. Diplomlarla mükafalandırılıb. “Zenit” İdman Klubunda, “Gilan” İdman Klubunda, Binəqədidə uşu-sando üzrə mükafatlar alıb. 2014-cü ildə Emin Bağırov uşu-sando idman növü üzrə Azərbaycan birinciliyini qazanıb.

O, 2014-cü ildə Bakıdakı 182 nömrəli məktəbi bitirib və həmin ilin oktyabrın 8-də hərbi xidmətə yola düşüb. İlk olaraq Lənkəran şəhərində xidmət edib. Daha sonra xidmətini Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən uğurla keçən Bağırov xidmətini burada davam etdirib.

Əsgər Emin Bağırov, 2016-cı ilin 2–5 apreldə baş verən Aprel döyüşləri zamanı aprelin 4-də şəhid olub. Aprelin 6-da isə doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda dəfn edilib.

Şəhid Emin İmran oğlu Bağırov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Oxu.Az-ın əməkdaşı şəhidin qardaşı Yaqub Bağırovla danışıb.

– Yaqub bəy, qardaşınızla bağlı xatirələrinizdən danışmağınızı istərdim.

–  Emin uşaqlıqdan qeyri-adi idi. İdmanla məşğul olurdu. Uşaq yaşlarından hərbiyə marağı var idi. Hər zaman birinci olmağa can atırdı. Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına balı çatmadığından əsgərliyə getməli oldu. İdmanla çox məşğul olduğundan dərslərə yaxşı hazırlaşa bilmədi. Əsgərlikdə olan zaman bir dəfə evə gəldi, boks əlcəklərini özü ilə apardı ki, orda əsgər yoldaşlarına da öyrətsin. Əsgər yoldaşları deyirdilər ki, Emin 5, 10 il hərbidə olan əsgərlər kimi döyüşürdü. Halbuki, Emin orta məktəbi bitirib, xidmətə yollanmışdı. Xidmətdə olan zaman hərbiyə marağı daha da artdı. Məktəbdə də yaxşı oxuyub. Müəllimlər onu danlayırdılar ki, hər dəfə əlini sən qaldırma dərsə, qoy, başqa uşaqlar da danışsınlar. Uşaqlıqdan üzünə bayraq şəkli çəkirdi, hislə qaraldırdı. Deyirdi, “mən Xocalının qisasını düşməndən alaram”. Xocalı hadisəsi baş verəndə, o, heç anadan olmamışdı.

– Eminin hərbçi olmaq istəməsindən necə xəbər tutdunuz?

– Emin bir gün atama zəng vurub dedi ki, “ata, mənə halallıq ver, hərbçi olmaq istəyirəm”. Atam onun bu istəyinə etiraz etdi. Çünki düşünürdü ki, on doqquz yaşında birinin xüsusi təyinatlılarla birgə döyüşə girməsi asan məsələ deyil. Lakin qardaşım istəyinə nail oldu. O, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Döyüşlərə könüllü qatılıb. Onun komandiri gəlmişdi bizə, deyirdi ki, Eminin atdığı güllənin heç biri boşa getmədi. Öz qisasını özü alırdı.

– Qardaşınızla mütəmadi olaraq əlaqə saxlaya bilirdinizmi?

– XTQ-də olduğu üçün görüşə bilməsək də, mütəmadi olaraq əlaqə saxlamağa çalışırdı. Sonuncu dəfə Emin 2016-cı il aprel ayının 2-də evə zəng vurdu. Atamla danışanda deyib ki, “ata, narahat olmayın, uğur bizim tərəfdədir. Düşməni darmadağın etmişik”. Ondan sonra Eminin səsi gəlməyib. Həmin gündən sonra qardaşımla əlaqə yaratmaq mümkün olmadı. Həmin danışıq elə son oldu.

Aprel ayın 4-də Emin səhər saatlarında Talış kəndində şəhadətə qovuşub. Deyilənə görə, yaxın dostu Təbrizin həlak olduğunu görən Emin onu götürmək üçün özünü qabağa atıb. Elə bu vaxt atılan digər mərmi Eminin həyatına son qoyub.

Biz aprelin 5-də axşam xəbər tutduq. Lakin kənd camaatı bizdən bir neçə saat öncə xəbərdar imiş. Qardaşımı aprelin 6-da dəfn etdik. Biz ailədə üç qardaşıq. Ən kiçiyimiz Emin idi. Ən balacamızı çiynimizdə apardıq. O, aprel ayının 1-də xidmətini başa vurub öz ayaqları ilə evə gələcəkdi. Lakin qismət olmadı.

– Emin sonuncu dəfə evə nə vaxt gəlmişdi?

– Mart ayının əvvəli idi. Sətəlcəm olmuşdu. Evə gəldi, bircə gün müalicə olundu. Ertəsi günü getdi. Biz onu müalicəsi üçün saxlamaq istəyirdik. Lakin razı olmadı. O sonuncu görüşümüz imiş.

– Qardaşınızın ən böyük arzusu nə idi?

– Düşünürəm ki, qardaşım ən böyük arzusuna çatdı. Onun ən böyük arzusu Vətən uğrunda şəhid olmaq idi. Bununla bağlı bir neçə ay öncə şəxsi sosial şəbəkə hesabında paylaşım da etmişdi. Ən böyük istəyinə nail oldu.

– 2020-ci il 10 noyabr torpaqlarımızın düşmən tapdağından azad olunması xəbərini necə qarşıladınız?

– Həm sevinc, həm də kədər hissi ilə qarşıladıq. Sevinc o idi ki, torpaqlarımız azad olundu. Kədər isə əvəz olunmaz oğullarımızın şəhid olmasına görə idi. Şükür ki, torpaq uğrunda canından keçən qardaşlarımızın qisası alındı.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

Next

Havada dəm qazının miqdarı normadan iki dəfəyə qədər artıqdır

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv