Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Dağıdıcı müxalifət niyə İran casus şəbəkəsinin ifşa olunmasına qarşı çıxır?

By Vüsal Rafiqoğlu
06.04.2023 3 Min Read

Siyasəti sağlam təməllərdən uzaqlaşdırıb öz çirkli oyunlarına alət edən AXCP sədri Əli Kərimli deyəsən, yeni məkrli “vicdan məhbusu”, “siyasi məhbus” oyunlarına hazırlıq işlərinə başlayıb

Son zamanlar Azərbaycana qarşı öz məkrini, kin-küdurətini bütün dərinliyi ilə açıb göstərən, təcavüzkar Ermənistana hər cür dəstək verən Tehran rejimi ölkəmizdəki daxili sabitliyi pozmaq və konstitusiya quruluşunu dəyişmək üçün ən çirkin vasitələrdən istifadə edir. Heç də sirr deyil ki, Azərbaycanda İranın dəstəyi ilə dini siyasətə alət edən birliklər və siyasi partiyalar formalaşdırılıb, lakin hər biri ilk növbədə cəmiyyətin müqaviməti ilə üzləşib. Bu cür “ictimai-siyasi birliklər”in rəhbərləri Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ifşa olunub və məhkəmə qarşısına çıxarılıb.

Bu gün də İrandan Azərbaycana qarşı təhdidlər davam edir. Mətbuatdan əldə edilən məlumatlara görə Naxçıvan Muxtar Respublikası ilə sərhədlərin yaxınlığına yeni təlimlər üçün tədbirlər görülür. İran hərbi-siyasi rəhbərliyinə daxil olan şəxslər hədlərini aşaraq Azərbaycanın ünvanına təhdid dolu bəyanatlar səsləndirib, habelə dövlət sərhədimizin üzərində bu ölkənin hərbi təyyarəsi manevr edib. İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir.

Tehran hökumətinin Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin bu günlərdə “İranın maraqları və regionda milli təhlükəsizliyinin qırmızı xətləri” ilə bağlı “Tvitter”dəki açıqlaması da Azərbaycanı diplomatik yolla təhdid etməkdir.

Sirr deyil ki, molla rejimi ölkəmizdəki daxili sabitliyi pozmaq və konstitusiya quruluşunu dəyişmək üçün müxtəlif vaxtlarda təxribatçı-terrorçu planlar hazırlayıb. Hazırda ifşa olunan silahlı birləşmənin rəhbərləri arasında özünü “ideoloq” sayan Tohid İbrahimbəyli Azərbaycanda “Kərimə dövləti” qurmaq iddiası ilə çıxış edir və konstitusiya quruluşunun dəyişdirilməsi üçün açıq fəaliyyət göstərir. Rəsmi Bakı bu cür şəxslərin Azərbaycana təhvil verilməsi barədə İran rəsmiləri qarşısında dəfələrlə məsələ qaldırsa da, müraciətlər nəticəsiz qalıb.

Bu günlərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması artıq heç kimdə şübhə doğurmur. Belə ki, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Şübhəsiz, deputat Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması artıq heç kimdə şübhə doğurmur. Bu, son dövrlərdə İranın Tehrandakı səfirliyimizdə törədilmiş hadisədən sonra Azərbaycana qarşı ikinci terror əməlidir. Səfirliyimizə qarşı hücuma görə heç kəsin cəzalandırılmaması bir daha göstərir ki, İran terrorçu mahiyyətə malik dövlətdir və bu ölkədə terror törətmək cinayət sayılmır. Artıq Dövlət Təhlükəsizliyi Xidməti İran xüsusi xidmət orqanları ilə işbirliyində olan dəstəni ifşa edib. Onların ictimailəşdirilən ifadələrində Azərbaycanın dövlət xadimlərinə sui-qəsd hazırlıqları ilə bağlı etirafları yer alıb.

Bütün dünyada terrorçu mahiyyəti ilə tanınan İranın daim qərəzliliyi, qeyri-obyektivliyi və məkrli metodları ilə seçilən mediası cidd-cəhdlə bu terrorun Azərbaycan tərəfindən törədilməsi ilə bağlı saxta xəbərlər yayaraq ictimai rəyi çaşdırmaq üçün min cür hoqqadan çıxır. Çox təəssüf ki, ölkəmizdəki anti-mmilli ünsürlər, dağıdıcı müxalifətin başbilənlərindən olan AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, eləcə də siyasi mühacir adı ilə müxtəlif ölkələrdə məskunlaşan, anti-Azərbaycan dairələrin sifarişlərini icra edən Qənimət Zahid, Tural Sadıqlı, Sevinc Osmanqızı kimi xəyanətkarlar son günlər molla rejiminin tör-töküntüləri, SEPAH-ın mediası ilə səs-səsə verərək Azərbaycan əleyhinə təbliğat aparırlar.

Təbii ki, bütün bunlar Azərbaycanın mənafeyinə uyğun siyasi-ideoloji-mənəvi hədəflərə zidd mövqedə dayanan, ümümmilli məsələlərdə xalqımızla həmrəy ola bilməyənlərin milli mənlik şüurlarının qısırlaşması, tükənməsi və deqradasiyasıdır. Əsas məsələ odur ki, bütün mənəvi-əxlaqi dəyərləri tapdalayan bu marginllaşmış xəyanətkarların əsl simalarına yaxşı bələd olan cəmiyyətimiz, ayrı-ayrı vətəndaşlar onların layiqli cavabını verir. Məsələn, Tehran rejiminin xüsusi xidmət orqanlarının törətdiyi terror aktının qurbanı olan yazıçı-jurnalist Rafiq Tağının qardaşı İlqar Tağı öz “Facebook” səhifəsində bağlı AXCP sədri Ə.Kərimlinin məlum terror aktları ilə əlaqədar hökumətimiz tərəfindən görülən tədbirlərlə bağlı yalan-dolan, cəfəng fikirlərini öz güclü məntiqi ilə alt-üst edib: “Konkret danışın, Əli bəy. – Siz “İranın nüfuz dairəsində” olanlara qarşı tədbir görülməsinin əleyhinəsiniz, ya yox? Tədbir görüldüyü halda, bəyəm bu, dövlət maraqlarıyla ziddiyyət təşkil etmiş olur? Hakimiyyət ölkəni şaqqa-şaqqa etmək istəyənləri sıfırlamaq istəyirsə, bu dövlət marağı sayilmamalıdır, bəyəm? Terror aktları törətməkdən belə çəkinməyən aşkar İran casus şəbəkəsinin ifşa olunması dövlət maraqları sırasında deyil? Olmaya, öz tribunanızı bolüşdüyünüz belələrinin həbsi sizin şəxsi siyasi maraqlarınıza toxunur? – axı İrana casusluq edənlərı siz şəxsən daim “siyasi məhbus” elan edirdiniz, tribunanızı onlarla ürək genişliyi ilə bölüşürdünüz. Bunları etməkdə sizin hansı maraqlarınız olub?..

Olmaya, siz hələ də dövlətçiliklə hakimiyyət anlayışlarını anlamayacaq durumdasınız?

Əks təqdirdə, indiki gərgin durumda siz hakimiyyətin təmizləmə əməliyyatının yanında olmalıydınız, ən azı, bunu təqdir etməliydiniz.

Səlis məntiq bunu deyir”.

Hər kəs yaxşı anlamalıdır ki, bu gün  İranda müstəqil və güclü Azərbaycana qarşı böhtan və təhdid kampaniyası aparanların aqibəti heç də yaxşı olmayacaq. Xarici ölkələrin xüsusi xidmət orqanlarından maliyyələşən antimilli ünsürlərin, radikal müxalifət liderlərinin xəyanətkarlığını isə xalqımız nə bağışlayacaq, nə də unudacaq…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Makron baxar güzgüyə, adın qoyar özgəyə

Next

Bütün hədəflərə çatmaq üçün güclü iqtisadiyyat olmalıdır

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv