Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Erkən nikah acı sonluqdur…

By Vüsal Rafiqoğlu
06.04.2023 3 Min Read

Günümüzdə hələ də aktuallığını qoruyan məsələlərdən biri də erkən nikahlardır. Erkən nikah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olaraq qalmaqdadır. Qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atır, boşanma hallarını artırır.

Maarifləndirmə və təbliğat işləri hələ tam effektiv deyil

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva sözügedən məsələ ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, erkən nikah ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Bu tip nikahlar əksər hallarda, xüsusən də, yaşadığımız regionda valideynlərin təkidi ilə formalaşır. Təbii ki, burada təkcə valideynin deyil, eyni zamanda qohumların, dostların, bir sözlə, sosial çevrənin də rolu böyükdür. Erkən nikah faciədir, acı sonluqdur. Bu nikahlardan dünyaya gələn uşaqların hansı travmaları yaşamaları məsələnin ciddi sual doğuran başqa bir tərəfidir. Yəni, ailə həyatına həm maddi, həm də mənəvi-psixoloji hazırlıq olmadan uğurlu nikahdan danışmaq doğru olmaz. Müşahidələr və gündəlik təcrübələr deməyimizə əsas verir ki, aparılan maarifləndirmə və təbliğat işləri, müxtlif tədbirlər hələ tam effektiv deyil. Bunun da nəticəsi kimi hələ də yetərincə erkən nikahlarla bağlı xəbərləri eşitmək məcburiyyətində qalırıq. Erkən nikaha meyilliliyin olmasının səbəbləri müxtəlifdir və bu prosesdə iştirak edən yeniyetmə qızlar, ailələri və yaxınları bu izdivaca müxtəlif yollarla haqq qazandırmağa çalışırlar.

Erkən nikaha meyilliliyin səbəbi nədir?

Psixoloq qeyd etdi ki, erkən nikaha insanların meyil etməsində bir sıra amillərin təsiri var. Burada sosial-iqtisadi məsələlər, ailənin təhsil səviyyəsi, dünyagörüşü, dəyərləri, yaşadığı mühit kimi amillərlə yanaşı, qız uşaqlarına olan baxış da rol oynayır. Qız uşağını böyütməyin çətin olması, gələcəkdə ailə qurub evi tərk edəcəyinə görə ona kapital qoymağın faydasız olması düşüncəsi nəticədə onların erkən nikahına gətirir. Bununla da bəzi valideynlər  məsuliyyətdən xilas olduqlarını düşünürlər. Övladlarını erkən nikaha məcbur edən bir çox valideynlərin digər əsaslandırması qıza qarşı baş verə biləcək hər hansı neqativ  hallardan onu qorumaqdır. Digər tərəfdən, qız ailədə valideynlərindən diqqət və qayğı görmürsə o zaman erkən nikaha daha çox həvəslənə bilər. Çünki o, bir müddət diqqətdə olur, ona hər hansı hədiyyələr alınır və qayğısına qalınır. Yeniyetmə qız isə bunun həmişə olacağını düşünüb bu aldadıcı situasiyanın təsirinə düşür. Digər bir məsələ isə uşağa nümunə gətirilən hallardır. Ona erkən nikaha cəlb edilən başqa qızları nümunə gətirərək bu hadisənin yaxşı bir hal olması fikrini təlqin edirlər. Və təəssüf ki, erkən nikaha cəlb edilən qız zamanla hər şeyin xəyallarında düşündüyü kimi real olmadığını dərk edir.

Oğlan uşaqlarına ailə tərəfindən göstərilən xüsusi diqqət qız uşaqlarında mənfi emosiyalara səbəb olur

Mütəxəssisin sözlərinə görə, bu məsələdə əsas öhdəliklərdən biri də məhz valideynlərin üzərinə düşür: “Evlilik, birgə yaşayış, ailə anlayışları ciddi məsələdir və buna son dərəcə məsuliyyətlə yanaşılmalıdır. Hər şeydən öncə ata-analar bəlli bir yaşdan sonra övladlarını gələcək ailə həyatına hazırlamalıdırlar. Gənclərin ailə qurmağa təməl hazırlığı ilk növbədə doğulub böyüdükləri ailədən başlanır. Yəni, öz ailələrinin nümunəsində. İlk örnək ata-ananın qarşılıqlı münasibətidir. Ailədə uşaqlar arasında cinsi ayrı-seçkilik yolverilməzdir. Oğlan uşaqlarına ailə tərəfindən göstərilən xüsusi diqqət qız uşaqlarında mənfi emosiyalara səbəb olur. Yeniyetməlik dövrü ailələrin övladları üçün xüsusi diqqət etməli bir zamandır. Valideynlər bu dövrdə övladlarının daim yanında olduğunu hiss etdirməli, övladları arasında ayrı-seçkilik etməməli, onların fikirlərinə hörmətlə yanaşmalı, təhsil almağına şərait yaratmalı, onları aşağılayacaq fikirlərdən, tənqid, təhqirlərdən istifadə etməməli, şiddət göstərməməli, müəyyən müddət keçdikdən sonra mərhələli şəkildə həyatın növbəti dövrlərinə hazırlamalıdır.

Təranə Paşayeva əlavə etdi ki, son illərdə erkən nikahlarla mübarizədə aidiyyəti qurumların, o cümlədən hüquq-mühafizə orqanlarının və digər təşkilatların fəaliyyətini xüsusilə qeyd etməliyəm. Əvvəlki dövrlərlə müqayisədə neqativ hallarla qarşılaşdıqda daha qlsa zamanda operativ tədbirlər görülür. Mütəmadi  olaraq paytaxt və bölgələrdə erkən nikahların qarşısının alınması, onun fəsadları barədə layihələr həyata keçirilir, görüşlər təşkil olunur. Təbii ki, bütün bunlarla kifayətlənmək olmaz. Cəmiyyətin üzvləri kimi hər birimiz bu məsələdə diqqətli olmalıyıq. Yaxınımızda olan insanları maarifləndirməli, xoşagəlməz hallarla qarşılaşdıqda biganə yanaşmamalıyıq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Salyanda şagird intihar etdi

Next

Yeni Azərbaycan Partiyası “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında fərdi yazı müsabiqəsi elan edir

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv