Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Özəlləşdirilən, amma fəaliyyətsiz qalan müəssisələr – investor cəlbi üçün nə etməli…

By Vüsal Rafiqoğlu
13.04.2023 3 Min Read

Azərbaycanda özəlləşdirmə siyasəti bu prosesə başlanıldığı 90-cı illərin ortalarından tənqid edilib. Əksər hallarda burada subyektiv meyarlar rol oynayıb, korrupsiyaya yol verilib və s.

Uzun zaman keçsə də, təcrübələr qazanılsa da, son illərdə bu məsələdə vəziyyət qənaətbəxş deyil.

Hesablama Palatasının açıqladığı son təhlil də bunu təsdiqləyir.

Palata bəyan edib ki, Əmlak Məsələləri Dövlət Xidməti 2020-2021-ci illərdə özəlləşdirməni düzgün aparmadığı üçün dövlət müəssisələri fəaliyyətsiz qalıb. Məlumata görə, xidmətin sərəncamında olan 78 dövlət müəssisəsindən 65-i fəaliyyətsiz, 3-ü qismən fəaliyyətli, 6-sı isə hazırda fəaliyyətini davam etdirir. Bir müəssisə icarədə, 1 müəssisənin əmlakı olmadığı, 2 müəssisənin isə ləğv prosesində olduğu bildirilib. (APA)

Palata sözügedən 78 müəssisədən 64-nün özəlləşmə perspektivinin olduğunu qeyd edib: “İnvestisiya müsabiqələri vasitəsilə satışı nəzərdə tutulmuş dövlət müəssisələrindən 17-si üzrə əvvəlki dövrlərdə elanlar verilib, lakin iddiaçı olmadığından müsabiqə baş tutmayıb. Özəlləşdirmə prosesinin düzgün təşkil edilməməsi nəticəsində fəaliyyətsiz qalan müəssisələrin özəlləşdirmə perspektivinin azalmasına, eyni zamanda müəssisələrdə əsas vəsaitlərin dəyərinin itirilməsinə və müəssisələrin maliyyə vəziyyətinin, istehsal prosesinin bərpası üçün əlavə vəsaitin cəlb edilməsinə ehtiyac yaranıb”.

Palata bildirib ki, xidmətin sərəncamında olan müəssisələrin xeyli miqdarda, bəzi hallarda nizamnamə kapitalından çox kreditor borcu yaranıb: “Müəssisələrin əksəriyyəti hazırda fəaliyyət göstərmir ki, bu da növbəti illərdə əmlak və torpaq vergisi üzrə dövlət büdcəsinə borcun daha da artacağı qənaətinə gəlməyə əsas verir. Nəticə etibarı ilə borcların ilbəil artmasının gələcək dövrdə dövlət əmlakının özəlləşdirilməsi zamanı yığılmış borcun satış qiyməti ilə əvəzləşdirilməsinə və dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxarması ehtimalını yaradıb. Bu da öz növbəsində dövlət büdcəsinin gəlirlərini təmin edən müvafiq orqanlar tərəfindən büdcə proqnozu verilərkən müvafiq istiqamət üzrə büdcə gəlirlərinin bəzi növləri üzrə proqnoz göstəricilərinin əsaslı olmamasına gətirib çıxarır”.

HP həmçinin qeyd edib ki, özəlləşdirməyə açılmış müəssisələrin restrukturizasiyası, həmçinin inventarizasiyasının aparılmaması dövlət əmlakının nominal və real balans dəyərinin fərqlənməsi riskini yaradıb. Belə ki, təqdim edilən məlumatların təhlilinə əsasən, bir sıra müəssisələrin balans dəyərinin kifayət qədər yüksək olmasına baxmayaraq, əmlakının olmaması və yaxud da uzun müddətdir fəaliyyətsiz olması müşahidə edilib.

“Bu da öz növbəsində “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”ı ilə əhatə olunan dövlət əmlakının real dəyərinin təyin edilməməsi riski ilə yanaşı, özəlləşdirilməsindən daxil olan vəsaitin büdcə kəsirinin örtülməsi üçün istifadə edildiyini nəzərə alaraq, orta və uzunmüddətli dövrdə büdcə proqnozlaşdırılmasının əsaslılığı üzrə risk ehtimalını yaradır”.

Özəlləşdirmə prosesindəki bu yanlışları aradan qaldırmaq mümkündürmü? Elə siyasət aparmaq mümkündürmü ki, özəlləşdirilən müəssisələrin fəaliyyətinin səmərəliliyi, davamlılığı üçün bura xarici investorları cəlb etmək mümkün olsun?

Elə insanlar var ki, 300 manatla dolanır” - Vahid Əhmədov

Vahid Əhmədov: “Aşkarlanmış nöqsanları aradan qaldırmayan qurum və təşkilatların adları açıqlanmalıdır”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib ki, Hesablama Palatasının audit zamanı aşkarladığı nöqsanların aradan qaldırılmamasının əsas səbəblərindən biri Palatanın hökumətlə münasibətlərinin normal olmamasıdır: “Hesab edirəm ki, nöqsanlarla bağlı heç olmasa ildə bir dəfə hökumətlə müzakirələr aparılmalıdır. Burada ötən il aşkarlanmış nöqsanları aradan qaldırmayan qurum və təşkilatların adları açıqlanmalıdır. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə audit daha sərt olmalı və genişləndirilməlidir. Ora nəzarətdən uzaq bir yerdir. Bu istiqamətdə auditi daha da genişləndirmək lazımdır”.

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib  layihələr reallaşdırılacaq - AZƏRTAC

Eyyub Kərimli: “Özəlləşdirməyə baxmayaraq öz fəaliyyətini həyata keçirməyən kifayət qədər müəssisə var”

İqtisadçı ekspert Eyyub Kərimli “Yeni Müsavat”a bildirdi ki, problemi aradan qaldırmaq çox çətindir. Ekspert xatırlatdı ki, özəlləşdirmə prosesi başlayanda tələblərdən biri özəlləşdirilən şirkətlərin, yaxud təşkilatların fəaliyyəti üzrə əlavə investisiya qoyulması idi: “Təəssüf ki, bunun əksini gördük. İnvestorlar ya əmlakı, torpaq sahəsini satmaqla digər istiqamət üzrə fəaliyyəti davam etdirdilər, ya da müəssisənin fəaliyyətini tamamilə iflic vəziyyətinə saldılar. Sözsüz ki, bu, çox böyük problem yaradır. Müəssisənin fəaliyyət göstərməsi ilə həm büdcəyə vergi daxil olur, həm də məşğulluq təmin olunur. Problemdən çıxış yolu üçün yenidən təhlillər aparılmalıdır. Hesab edirəm ki, həmin müəssisələrlə bağlı müvafiq inzibati tədbirlər həyata keçirilməlidir, çünki özəlləşdirmə tələblərini yerinə yetirməyiblər. Lazım gələrsə, özəlləşdirmənin yenidən həyata keçirilməsi və bu sahədə həm yerli, həm də xarici investorların cəlb edilməsinə nail olmaq olar. Eyni zamanda dövlət tərəfindən güzəştli kreditlərin, yaxud güzəştli investisiyanın tətbiq edilməsinə şərait yaratmaqla investorlarda maraq yaratmaq, həmçinin sabah daha ciddi nəzarətin həyata keçirilməsi müsbət hal olardı. Bildiyimiz kimi, özəlləşdirməyə baxmayaraq öz fəaliyyətini həyata keçirməyən kifayət qədər müəssisə var. Bu da gələcəkdə dövlət büdcəsinin formalaşması və gəlirlərinə mənfi təsir göstərər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mayda bəxtləri ən çox gətirəcək bürclər

Next

Elşad Miridən Qədr gecəsi ilə bağlı ŞOK ETİRAF

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv