Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Böyük alim, gözlərə nur bəxş edən insan

By Vüsal Rafiqoğlu
15.04.2023 3 Min Read

Görkəmli akademik Zərifə xanım Əliyeva mənim hafizəmdə böyük alim, alicənab insan, Azərbay­can qadınının şərəf və ləyaqət rəmzi kimi qalmış­dır. Bu qənaəti istər tələbə və ya aspirant olduğum illərdə apardığım elmi-tədqiqat işlərinin nəticələ­rinin sınağı zamanı, istərsə də tələbələrin təd­ris-istehsalat təcrübələrinin rəhbəri kimi Bakı Şin Zavodunda, Yod Zavodunda, Sumqayıt Üzvi Sintez İstehsalat Birliyində, Mingəçevir Rezin-Texniki Mə­mulatlar zavodunda və “Azərelektroizolit” Zavo­dunda Zərifə xanımın müayinə etdiyi mühəndis-texniki işçilərdən onun haqqında eşitdiyim xoş xatirələr daha da gücləndirmişdir.

Zərifə xanım Əliyeva gör­kəmli elmi-tədqiqatçı olmaq­la yanaşı, həm də çox böyük praktiki işlər görürdü. O, zə­rərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinədən keçmələrini təşkil etmiş, peşə ilə əlaqədar əmələ gələn göz xəstə­liklərinin yayılma qanunauy­ğunluqlarını aşkarlamaq üçün çoxlu müayinələr apar­mış və görmə orqanlarına mənfi təsir göstərən amilləri diqqətlə araşdırmış, zərərli peşələrin törətdiyi göz xəstə­liklərini elmi surətdə əsas­landırmış, onların qarşısını almaq üçün əməli təkliflər vermişdir. Eyni zamanda, zə­rərli amillərin, məsələn, Bakı Şin Zavodunda və Mingəçe­vir Rezin-Texniki Məmulatlar Zavodunda ağ və qara dudanın, kaptaksın, tiuramin, tiazolların, ksantogenatların, platifikatorların və digər on­larla zəhərli inqredientlərin, Mingəçevir “Azərelektroizolit” Zavodunda fenolun, formaldehidin, Sumqayıt Üz­vü Sintez İstehsalat birliyində diafraqma və civə üsulu ilə qələvi istehsalı, xlorid turşu­su istehsalı, sulfanol istehsalı və başqa üzvi birləşmələrin istehsalı, Gəncə Gil-Torpaq Zavodunda metal tozlarının, o cümlədən boksit şlamının təkcə görmə orqanına deyil, bütövlükdə orqanizmə və onun ayrı-ayrı orqanlarına göstərdiyi təsirləri də öyrən­mişdir. Zərifə Əliyeva yodla uzun müddət əlaqədar olan işçilərin görmə orqanının zədələnməsinin kompleks əlamətlərini də tədqiq etmişdir. Tədqiqatlarının nəticələri göstərmişdir ki, yodla uzun müddət təmasda olan işçilə­rin görmə qabiliyyəti zəiflə­yir, gözün işığa qarşı həssas­lığı pisləşir və göz təzyiqi ar­tır. Görkəmli alim sanki bu istehsalat sahələrində həyə­can təbili çalmışdır. Yuxarı­da göstərilən istehsal sahələ­rində yenidənqurma işlərinin aparıldığı bir vaxtda Zərifə xanımın dəyərli elmi-tədqi­qat işlərinin nəticələri bütün zəhərli istehsal sahələrində nəzərə alınmalı və sənaye ekologiyasına xüsusi diqqət yetirilməlidir.

Alimin elmi-tədqiqat işlə­rinin nəticələri “Şin istehsa­lında gözün peşə patologiya­sı”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologi­ya”, “Yod sənayesində gö­zün peşə xəstəliyinin profi­laktikası” kimi monoqrafiya­larda öz əksini tapmışdır. Bu monoqrafiyalar təkcə tibb iş­çiləri üçün yox, eyni zaman­da, göstərilən istehsal sahələ­rində çalışan insanlar üçün də çox lazımlı əsərlərdir. Zərifə xanımın apardığı elmi-tədqi­qat işlərinin nəticələri “Azərbaycanın kimya səna­yesinin bir sıra müəssisələ­rində işçilərdə görmə orqanı­nın vəziyyəti” mövzusunda dissertasiya işində öz əksini tapmışdır. O, bu mövzuya həsr olunmuş doktorluq dis­sertasiyasını böyük müvəffə­qiyyətlə müdafiə etmiş və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Zərifə xanım üçün elm məqsəd olmamışdır. Onun elmdə seçdiyi yol bunu təs­diqləyir. Xalqına, vətəninə xidmət etmək sevinci onu bu istiqamətdə tədqiqat işləri aparmağa sövq etmişdir. Və­təndaşlıq mövqeyi, elitar zi­yalılıq, parlaq zəka, geniş erudisiya onun elmi fəaliyyətinin səciyyəvi xüsusiy­yətləri idi. O, Azərbaycan oftalmologiya elmini bey­nəlxalq aləmdə tanıtmışdır. Dünyanın tanınmış oftalmoloqları Zərifə xanımın elmi tədqiqatları haqqında yük­sək fikirlər söyləmişlər. Akademik Zərifə xanım Əli­yeva ilk azərbaycanlı qadın­dır ki, beynəlxalq aləmdə ta­nınmış bir mükafata- aka­demik Mixail Averbax adına mükafata layiq görülmüş­dür.

Keçmişə nəzər salmaq la­zımdır, çünki dünən bu gü­nün bünövrəsidir. Tarixən Azərbaycan qadınları həm ağıllı, həm də güclü olublar. Bununla Azərbaycan qa­dınları öz sələfləri ilə fəxr ediblər. Bu gün Azərbaycan qa­dını Zərifə xanım kimi gör­kəmli alim- ləyaqətli qa­dınla fəxr edir. Bugünkü gənc qızlarımız, qadınları­mız Zərifə xanımdan nümu­nə götürməli və gələcək nə­sillərin yad etməsi üçün iz qoymalıdırlar. Zərifə xanım da­im Azərbaycan xalqının yad­daşında həm görkəmli alim, həm də ləyaqətli qadın kimi yaşayacaqdır. Çünki o, vətənpərvər, insanpərvər, sadə, milli dəyərlərimizi qo­ruyan, təbliğ edən bu şəxsiy­yət idi.

Tamilla Naibova,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, k.ü.f.d.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Aqrar sənaye məhsullarının ixracında 56,3 faiz artım qeydə alınıb

Next

Mingəçevirdə narkomaniya ilə bağlı 98 cinayət faktı aşkarlanıb

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv