Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Heç kim təsadüfən yaxşı insan olmur…

By Vüsal Rafiqoğlu
18.04.2023 5 Min Read

… Əslində, bu yazını martın əvvəlində yazmalıydım. Amma bir gözləntim vardı, ona görə əl saxladım. Fikirləşdim ki, qoy, bu məsələ də olsun, sonra bir şeylər yazım… Nəyi gözlədiyimi bir mən bilirəm, bir də haqqında söhbət açacağım adam. Çünki özünə dedim ki, bəs mən filan məsələyə görə yazımı yubileyindən sonraya saxlayıram… Gülümsədi, sadəcə dedi ki, gözləmə, olmaya da bilər… Həm də yubileyqabağı onun haqqında çox yazan oldu və olacağını da bilirdim … Gözlədiyimin biri də həmin yazılarda onun haqqında mənim düşündüklərimdən, bildiklərimdən daha  kimin bəhs edəcəyini bilmək idi… Çox şeyləri dedilər, yazdılar, ancaq bəzi fikirlər var ki, yazan olmadı. Bunu da mən yazacam… Bu yazıda onun portret cizgilərini olduğu kimi göstərməyə çalışacam…

Əvvəlcədən deyim ki, bu yazıda onun nə Milli Məclisdəki, nə də ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətindəki fəaliyyətini təqdir etmək fikrim yoxdur. Çünki onun hər iki sahədəki fəaliyyəti dövlət rəhbərliyi tərəfindən dəfələrlə yüksək mükafatlara layiq görülüb…

Elə adamlar var ki, onların ömür yolu tək özləri üçün deyil, bütün el üçün, xalq üçün mənalı keçir. İldən-ilə daha da zəngin, daha yaddaqalan olur. Mənim bu yazıda bir insan obrazında xarakterizə etdiyim Novruz Aslan ömrü kimi. Haqqında söhbət açdığım insan bu gün hamının sevimlisinə çevrilən, xalq arasında yaxşı tanınan Novruz Aslanovdur. Onu musiqisevərlər sadəcə, Novruz Aslan kimi tanıyırlar. Gözəl, lirik, qəlbləri duyğulandıran, könülləri riqqətə gətirən bəstələrin müəllifi kimi onu sevənlər saysızdır…

Xalq arasında hamı onu  xeyirxah, mərhəmətli, ədalətli, sədaqətli insan kimi tanıyır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, 2005-ci ildən Milli Məclisin deputatı olan Novruz Aslanov Vətənini, xalqını, Prezidentini, dövlətini, dövlətinin qanunlarını sevir, hörmət edir. O, mərd, yurda, torpağa bağlı, Azərbaycana, elinə, obasına şöhrət gətirən kişilərdəndir. Novruz müəllim xalq üçün, el-oba üçün yaşayan insandır. Onu tanıdığım ilk gündən necə görmüşəmsə, elədir – sadə, mehriban, ədalətli, mərhəmətli, xeyirxah, təvazökar, haqq yolunda inamla addımlayan, haqq işi ilə tanınan, xeyirxahlığı ilə seçilən, yaxşı əməlləri ilə ürəklərə yol tapan, əl tutmağı, yaxşılıq etməyi özünün kredosu bilən…

Novruz Aslan baharın yurdumuza qədəm qoyduğu ilk gündə dünyaya göz açıb. Bu bahar ömrünün 60-cı pilləsindən qalxıb, yeni bir pilləyə qədəm qoydu. Ötüb keçən illər  Novruz müəllimi ucaldıb, desəm, yanılmaram. İllər ötüb keçdikcə Novruz müəllimin müdrikliyi də artıb, səxavəti də, mərhəməti də, humanistliyi də…

Zəruri qeyd:

Novruzəli  Aslanov 1963-cü il mart ayının 22-də Bakı şəhərində yazıçı-dramaturq Davud Aslanın ailəsində anadan olmuşdur. 1970-ci ildə Bakı şəhəri 201 saylı orta məktəbə daxil olmuş, 1980-ci ildə məktəbi bitirmişdir. Həmin il Azərbaycan Texniki Universitetinin (keçmiş  Politexnik İnstitutunun) Avtomatika və elektron hesablama texnikası fakültəsinə daxil olmuş, 1985-ci ildə oranı bitirmişdir. 1985-1990-cı illərdə Elektron Hesablama Maşınları Zavodunda mühəndis, şöbə müdiri, direktor müavini vəsifələrində çalışmışdır.

1990-1999-cu illərdə “Azərağackağız” Səhmdar Cəmiyyətində idarə rəisinin müavini, idarə rəisi, prezidenti vəzifələrində işləyib. 1999-cu ildən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentidir.

2005-ci il, 2010-cu il və 2015-ci il (III, IV və V çağırış) Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Bitərəfdir. Beynəlxalq Eko-Energetika Akademiyasının fəlsəfə doktorudur. 10 ədəbi, elmi-kütləvi kitabın – belə ki, daha çox oxucu auditoriyasına malik olan “Humanitar diplomatiya”, “Mərhəmətin ünvanı”, “Mənim düşüncələrim”, “Qızıl Aypara dünən, bu gün, sabah” bu və ya digər, “Xeyir və Şər”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti zamanın axarında”, “Bir daha insan haqqında”, “İnsan və onun möcüzəli dünyası”, “Əbədi həyat və möcüzəli varlıq” kimi kitabların müəllifidir.

Ailəlidir, 4 övladı var.

2007-ci ildə Parlament Jurnalistləri İctimai Birliyi tərəfindən təsis olunmuş “Seçici hüquqlarını müdafiə edən ən fəal millət vəkili” adına layiq görülüb.

Amerika Bioqrafiya İnstitutu tərəfindən tibb sahəsində göstərdiyi xidmətlərə görə “2008-ci ilin adamı” elan edilib, 2010-cu ildə nümunəvi nailiyyətlər əldə etdiyinə görə “İlin Adamı” medalı ilə təltif olunub.

Novruz Aslanov “Yusif Məmmədəliyev” adına medala layiq görülüb və respublikanın sosial-ictimai həyatındakı xidmətlərinə görə 2005-ci il fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla “Tərəqqi” medalı, 4 mart 2010-cu ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 4 mart 2015-ci ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Düzdür, bu gün Novruz müəllimin saçlarına dən də düşüb, ancaq xasiyyəti, əməli dəyişməz qalıb. Bu illər ərzində ürəklərə ümid, gələcəyə inam, könüllərə nur çiləməsi Novruz Aslanda olduğu kimi qaldığını görmək olur. Hələ lap gənc yaşlarından müdrik insan kimi tanınıb və həmişə imkansızlara arxa durub. Yaxşılığı özünə peşə seçən Novruz Aslan xalqın güvəndiyi adamdır. Hay deyəndə imdada çatan, yardıma möhtac olandan köməyini əsirgəməyəndir. Deputat seçildiyi İsmayıllı rayonunda onun yolunu hər həftə səbirsizliklə gözləyənlər var. Yaxın, uzaq kəndlərdən qəbuluna gələnlər ən müşkül işlərinin həllində Novruz müəllimdən kömək istəyirlər. Heç biri də naümid qayıtmır. Xəstəsinin müalicəsinə köməklik istəyənlər, övladının təhsil haqqını ödəyə bilməyənlər, iş tapmaqda çətinlik çəkənlər və s. hamı ona müraciət edir. Bu, hər adama nəsib olan iş deyil. Yəni, hər adama ümid yeri kimi baxmırlar. Çünki hər adamda Hatəm səxavəti olmur. Hər adam əl tutmağı bacarmır. Novruz Aslan isə səxavəti ilə, nəzakəti ilə adamların güvənc yerinə çevrilib, könüllərdə taxt qurub.

Novruz müəllimin xüsusi qayğısı, diqqəti şəhid ailələrinin, 44 günlük Vətən müharibəsi qazilərinin də üzərindən əskik olmur. Hər bir şəhid ailəsində olur, bütün bayramlarda, özəl günlərdə onların adını anır, ehtiyacları ilə maraqlanır, köməyini əsirgəmir.

Novruz Aslanı bir çoxlarından fərqləndirən, bəlkə də çoxlarında olmayan bir xüsusiyyətini xüsusilə qeyd etmək istəyirəm. Dostluqda çox sədaqətlidir. Biz çoxlarını tanıyırıq ki, həyatda dostluq etdiyi adam dünyadan köçəndən sonra oradaca unudur…

Ancaq Novruz müəllimdə elə bir xüsusiyyət var ki, o, həyatdan köçmüş dostlarını heç vaxt unutmur, ailə üzvlərindən əlaqəsini kəsmir… Hətta onların övladlarının işlə təmin olunmasına yardımçı olur. Hətta bəzilərinin övladını yanında işə götürüb. Dəfələrlə görmüşük ki, dünyadan köçmüş dostlarının məzarlarını ildə iki dəfə: ölüm və doğum günlərində ziyarət edir.

Buna misal olaraq Xalq artistləri İlhamə Quliyeva və Rəfael Dadaşovu göstərə bilərəm.  Musiqisevərlər yaxşı bilirlər ki, Novruz Aslanın bəstələrinin ən gözəl ifaçısı Xalq artisti İlhamə Quliyeva olub və onun ifasında bu mahnılar sevilib. Uzun illər yaradıcılıq əlaqələri davam edib. Novruz müəllim  hər il İlhamə xanımın doğum günündə və ölüm günündə onun sağlığında sevdiyi ağ qızılgüllərdən çələng bağladıb məzarını kollektivi ilə ziyarət edir… Bu, ən yüksək insani keyfiyyətdir. Bunu Novruz müəllimdə çox dəyərləndirirəm.  Heç kim təsadüfən yaxşı insan olmur. Kim orta insandan yüksəkdədirsə, onunla ali şeylər haqqında danışmaq olar. İnsanların ən yaxşısı xalqa daha çox fayda verən adamdır, deyirlər. Bizim tanıdığımız Novruz Aslan da belə adamlardandır.

Bu gün Novruz Aslan təmənnasız bir ömür yaşayır. Gənc yaşlarından özündən kiçiklərə də, böyüklərə də nəsihətləri ilə ürəklərə yol tapıb. Böyük amallarla yaşayan, ömrünü yüksək ideyalara həsr edən, nikbinliyini heç vaxt itirməyən Novruz Aslan hər zaman millətin, xalqın, dövlətin şərəfini qoruyur. Novruz Aslan kimi şəxsiyyətlərdən öyrəniləsi xüsusiyyətlər çoxdur. Vətənə, millətə  gərəkli və layiqli övlad olmaq, həyatda faydalı işlər görmək üçün gərək Novruz müəllim kimi olasan, onun kimi düşünəsən.

İndi Novruz müəllim ömrünün ən coşqun, ən mənalı  çağlarını yaşayır. 60 ili arxada qoyan gözəl ziyalımıza ömür yolunda bundan sonra da yeni-yeni uğurlar diləyirik.

Yubileyin mübarək olsun, Vətən oğlu!

P.S. Yazı çapa hazırlanarkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11 aprel 2023-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanovu Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi.

Novruz müəllimi təbrik edir, cansağlığı, ictimai-siyasi fəaliyyətində uğurlar arzulayırıq.

Şəmsiyyə Musaqızı,
Əməkdar jurnalist

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ərzaq bolluğunun yaradılması strateji hədəflərdəndir

Next

Əflatun Vətənini canından artıq sevirdi

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv