Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Region universitetlərinə niyə maraq azdır: Səbəb və çıxış yolu – FOTO

By Vüsal Rafiqoğlu
18.04.2023 4 Min Read

Azərbaycanda ali məktəblərə yeni qəbul olan tələbələrin böyük əksəriyyətinin Bakıda məskunlaşması heç kimə sirr deyil. Bunu əyani şəkildə sübut etmək üçün Dövlət Statistika Komitəsinin rəqəmlərinə diqqət edək. Belə ki, 2021-2022-ci tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 212 173 tələbə olub. Onların 159 mindən çoxu Bakıda, 18 minə yaxını isə Sumqayıt və Abşeron rayonlarında qeydə alınıb.

Rəqəmlərdən məlum olur ki, Azərbaycanda tələbələrin 80%-dən çoxu Bakı, Abşeron və Sumqayıtda, 8%-ə yaxını Gəncədə, 4,4%-i isə Naxçıvanda təhsil alır.

Ekspertlərin fikrincə, tələbələrin paytaxt və ətraf bölgələrə üz tutmasının səbəbləri təhsilin keyfiyyəti, daha yaxşı imkanların olmasıdır.

Bəs reallıq nədən xəbər verir? Regionlarda yerləşən ali məktəblərə maraq niyə azdır?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Etibar Əliyev bildirib ki, səbəb regionlarda yerləşən ali təhsil müəssisələrinin tədris keyfiyyətinin qaneedici olmamasıdır.

“Hər bir abituriyent öz biliyinə uyğun olaraq ən prestijli ali məktəbi və ixtisası seçir. Bu isə daha çox Bakıda yerləşən ali təhsil müəssisələrində özünü göstərir. Bu, o deməkdir ki, region ali məktəblərində tədrisin keyfiyyəti onları qane etmir. Maraqlıdır ki, region ali məktəblərində heç ictimai şuralar da yaradılmayıb. Bakıda yerləşən ali məktəblərdə olduğu kimi, region məktəblərində də təhsilin keyfiyyəti normal şəkildə qiymətləndirilməyib. Yəni akkreditasiya aparılmayıb. Bu mənada biz abituriyentlərin seçiminə heç cür müdaxilə edə bilmərik. Abituriyentlər topladıqları bala uyğun olaraq çox vaxt region və özəl ali təhsil müəssisələrini sonuncu yerdə seçirlər. Bunun səbəbi isə onların təhsil almaq niyyətlərini həyata keçirmək istəkləridir”, – deyə deputat vurğulayıb.

Etibar Əliyev qeyd edib ki, region ali məktəblərində təhsilin keyfiyyətinin artırılmasına çox böyük ehtiyac var:

“Abituriyentlərin region ali təhsil müəssisələrini seçməsi üçün onlara professor müəllim heyəti, kitabxanalar, tələbələr üçün yaşayış kompleksi təqdim olunmalıdır. Hər halda biz region ali təhsil müəssisələrində yerlərin boş qalmamasını istəyirik. Yəni daha çox tələbələr ora üz tutsunlar. Amma yenə də qeyd edim ki, bu, tələbələrdən asılı olan məsələ deyil. Onlar keyfiyyətli təhsil almaq istəyirlər. Bu mənada yeganə səbəb region ali məktəblərində təhsilin keyfiyyətidir”.

Deputat Vahid Əhmədov abituriyentlərin Bakıda təhsil almaq istəməsinin səbəbini regionlarda olan işsizlikdən qaynaqlandığını vurğulayıb.

“Regionlarda ali təhsil müəssisələrinin fəaliyyət göstərməsinə baxmayaraq, orada yaşayan insanlar gəlib Bakıda təhsil almağa çalışırlar. Halbuki, Sumqayıtda, Mingəçevirdə, Lənkəranda, Gəncədə və digər bölgələrdə kifayət qədər təhsil müəssisələri var. Birincisi, təhsil səviyyəsi ilə əlaqəli məsələdir. Çünki regionlara kifayət qədər təcrübəli müəllimlər lazımdır. Təcrübəli müəllimlərin əksəriyyəti isə mərkəzdə fəaliyyət göstərir, həmçinin mərkəzdə qalmağa da çalışırlar. Düşünürəm ki, əsas məsələ budur. İkincisi isə, ümumiyyətlə, regionlarda problemin çoxluğudur. Problemlərdən başlıca olaraq işsizliyi qeyd etmək olar. Abituriyentlərin universiteti bitirdikdən sonra işlə təmin olunub-olunmayacağı sual altındadır. Bu ciddi məsələdir. Belə problemlər olduğuna görə insanlar daha çox mərkəzə üz tuturlar. Yəni Bakıda universiteti bitirib, Bakıda da işə düzəlsinlər. Universiteti Bakıda bitirənlər isə hər hansı regiona getmək istəmirlər. Çünki regiondakı şərait onu qane etmir”.

Deputat problemdən həll yolu olaraq xüsusi təşkilati proqramların tərtib edilməli olduğunu bildirib.

“Düşünürəm ki, bu problemin həlli xüsusi təşkilati proqramlar tərtib etməkdir. Belə baxanda əvvəllər regionlarda problemlər çox idi. Amma indi elə də, ciddi problem yoxdur.  Demək olar ki, kommunal məsələlər həll olunur. Amma bu insanların beynində mərkəz məsələsi hələ də qalmağa davam edir. İnsanların daha çox regionlarda qalması, regionlarda işlə təmin edilməsi, təhsil alması üçün regionlarda olan universitetləri canlandırmaq lazımdır. Elm və Təhsil Nazirliyi buna daha çox diqqət yetirməlidir. Eyni zamanda müdafiə məsələlərinə də, baxılmalıdır. Çox sayda insan universiteti regionlarda bitirib, müdafiə üçün Bakıya gəlir. Burada səbəb isə Bakıda müdafiə edib, burada da qalıb işləmək istəyidir. Regionlarda yerləşən universitetlərə diqqət yetirmək lazımdır.  Əvvəlcə təhsil ocaqlarında bütün şəraiti olan komplekslər tikmək lazımdır. Necə ki, Türkiyədə var. Yataqxanası, yeməkxanası, hər şeyi olsun ki, tələbə oradan çıxmasın. Universiteti bitirdikdən sonra da, orada müdafiə edib alimlik dərəcəsi alsınlar. Yəni kompleks şəkildə bunlar həll olunmalıdır”, – deyə Vahid Əhmədov sözlərini yekunlaşdırıb.

Təhsil eksperti Namiq Hacıheydərli isə sözügedən problemin əsas səbəbinin təbliğat olduğunu düşünür:

“Hesab edirəm ki, bunun müxtəlif səbəbləri ola bilər. İlk səbəb təbliğatla bağlıdır. Mətbuatda, radio və televiziyalarımızda yaşamaq, oxumaq, karyera qurmaq üçün ən çox təbliğ olunan bölgə məhz Bakıdır. Eyni zamanda, ölkədə haqqında ən çox mahnı oxunan, filmlərimizdə hadisələrin daha çox cərəyan etdiyi yer, haqqında ən çox sənədli film olan şəhər də Bakıdır. Fikrimcə, nazirliklər, mühüm dövlət orqanları, aparıcı mətbuat, televiziya, məşhur insanlar və ən çox reklam olunan komfortlu həyat şəraiti abituriyentlərin Bakıya meyillənməsinə səbəb olur. Bütün bunlara görə də, abituriyent öz gələcəyini burada görür”.

Onun sözlərinə görə, abituriyentlərin bölgələrdə təhsil alması üçün iş yerlərinin sayı artırılmalıdır:

“Rayonda iş var?” sualı indi ən çox qarşılaşdığımız sualdır. Gənclər rayonlarda öz gələcəyini görə bilmir. Əlbəttə, haqsız da deyillər. Gəncləri bölgələrdə oxumağa meyilləndirmək üçün stimul yaratmaq lazımdır. Həvəsləndirici təkliflər olmalı, bölgələrimizin və bölgələrdə fəaliyyət göstərən ali məktəblərin təbliğatı aparılmalıdır. Ən əsası bölgələrdə iş yerlərinin sayı artırılmalıdır. Bəzi nazirliklər və mühüm dövlət qurumları bölgələrə köçürülməlidir. Məsələn, Mədəniyyət Nazirliyini Şuşaya, Kənd Təsərrüfatı Nazirliyini Salyan-Sabirabad regionuna, Müdafiə Sənayesi Nazirliyini Zəngilana, Təhsil Nazirliyini Şamaxıya və s. köçürmək olar. Bu kimi tədbirlər bölgələrimizin inkişafına, abituriyentlərin bölgə ali məktəblərini daha çox seçməsinə, Bakının hər birimizi narahat edən həddindən artıq sıxlıqdan qurtulmasına səbəb ola bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycana idxal olunan sintetik parçalar gömrük rüsumundan azad edilib

Next

Başlıbeldə ermənilərin öldürdükləri azərbaycanlılar – VİDEO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv