Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Zəngəzur dəhlizi: Orta Dəhlizin coğrafi mərkəzi

By Vüsal Rafiqoğlu
18.04.2023 5 Min Read

«Biz bu layihəni irəli aparmaq üçün əlimizdən gələni edəcəyik» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkələri birləşdirəcək bu nəqliyyat infrastrukturu əməkdaşlıq körpüsüdür

Qlobal problemlərin ağırlığı ilə seçilən dünya siyasəti heç vaxt indiki qədər gərgin, riskli olmamışdı. Rusiya- Ukrayna müharibəsinin başlanması ilə Avropa ölkələrinin üzləşdikləri problemlərin həlli üçün axtarılan çıxış yolları hələ də «siyasi blokadada» qalmaqdadır. Pandemiyanın yaratdığı fəsadları enerji təhlükəsizliyi ilə bağlı çatışmazlıqları aradan qaldırmağa çalışan dövlətlərin təkrar iqtisadi böhranla üzləşmələri inkişafın başlıca şərti olan enerji, nəqliyyat, infrastruktur layihələrinin həllinə xüsusi diqqətlə yanaşmalarını intensivləşdirir. Son vaxtlar beynəlxalq tədbirlərdə daha çox səslənən Orta Dəhliz amilinin dünyanın siyasi müstəvisində ilk sırada dayanması qlobal ehtiyaclardan yaranan zərurət kimi həllini gözləyir. Bu dəhlizin dünya dövlətləri üçün əhəmiyyətinə Bakıda, ADA Universitetində «Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» mövzusunda keçirilən beynəlxalq konfratsda da aydınlıq gətirildi. Adından da göründüyü kimi, çox mühüm məsələlərin müzakirəsinə, bütün dövlətləri maraqlandıran problemlərdən çıxış yollarının axtarılmasına həsr olunan konfransda maraqlı təkliflər irəli sürüldü, rəylər dinlənildi. Həmişə olduğu kimi, bu konfransda da əhatəli nitqi, günümüzün reallığını əks etdirən məntiqli açıqlamaları ilə diqqət çəkən Prezident İlham Əliyev sualları cavablandırmaqla problemlərin həlli yollarından bəhs etdi. «Lakin mən bu konfransın necə adlandırıldığını gördükdə, – «geosiyasət, təhlükəsizlik və iqtisadiyyat”», – bildim ki, bu nöqteyi-nəzərdən mövzunun əhatəliliyi daha geniş olacaq və bu da təbiidir. Çünki Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalıdır. Əlbəttə, təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir» söyləyən dövlət başçımız uzun illərdir mövcud olan sabitlik sayəsində ölkəmizdə dinamik sürətlə davam edən iqtisadi inkişafın əsas amillərindən söz açıb. Hazırda Azərbaycana beynəlxalq arenada artan maraq ölkəmizin daxili və xarici siyasətinin sabitlik şəraiti ilə paralel davam etməsindən qaynaqlanır. Çünki güclü iqtisadiyyat, dövlətçiliyin dünya siyasətinə uyğun proqnozlaşdırılması ölkələrarası münasibətlərin möhkəm təmələ əsaslandırılması ilə birbaşa əlaqəlidir.

Azərbaycanın illərdən bəridir neft-qaz layihələrinin reallaşması üçün formalaşdırdığı ikitərəfli və çoxtərəfli əməkdaşlıq formulatlarına artan maraq təbiidir. «Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat – bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir» söyləyən Prezident İlham Əliyev hazırda daha sərfəli, qitələri birləşdirən nəqliyyat layihələri arasında əhatəli coğrafiyası ilə seçilən Zəngəzur dəhlizinin əhəmiyyətini bütün səviyyələrdə diqqətə çatdırır.

Zəngəzur dəhlizinin regional, beynəlxalq əhəmiyyəti barədə geniş danışılır, müzakirələr aparılır, bu infrastruktura qoşulmaq istəyənlərin sayı artır. Hazırda Azərbaycanla Ermənistan arasında yenidən gərginləşən vəziyyətin, törədilən təxribatların başlıca səbəbi Zəngəzur dəhlizinin açılması ilə bağlı bəzi qüvvələrin maraqlarının toqquşması, niyyətlərin çarpazlaşması, Cənubi Qafqazda söz sahibi olmaq naminə superdövlətlər arasında güclənən rəqabətdir.

«Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də, biz onlarla danışıqlar apararaq vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq. Yeri gəlmişkən, Rusiya rəsmiləri ilə son təmaslarım zamanı biz Zəngəzur dəhlizini müzakirə etdik. Düşünmürəm ki, Ermənistan bu layihəni əngəlləmək iqtidarında olacaq. İrana gəlincə, yenə də düşünmürəm ki, bu, belə olacaq. Çünki İran özü regional kommunikasiya layihələrində maraqlı olmalıdır, ona görə ki, bu layihələr heç kimə qarşı deyil, hamının xeyrinədir. Beləliklə, əgər biz bütün iştirakçılarla səmimi əməkdaşlıq və qarşılıqlı faydalı yanaşma platforması qurmağa nail olsaq, bu, işə yarayacaq. Əgər olmasa, ola bilsin ki, bu, qismən işləyəcək. Beləliklə, bu, əlbəttə ki, bizim tərəfdaşlarımızla qarşılıqlı əlaqələrimizdən asılı olacaq. Lakin yenə də Azərbaycan bu layihənin coğrafi mərkəzi olaraq və artıq qeyd etdiyim kimi, tam infrastruktura malik ölkə və müxtəlif beynəlxalq iştirakçılarla yaxşı əlaqələri olan ölkə olaraq bu məsuliyyəti başa düşür. Biz bu layihəni irəli aparmaq üçün əlimizdən gələni edəcəyik» sözləri ilə artıq inşası başa çatmaqda olan Zəngəzur dəhlizi ilə bağlı bölgədə yaranan vəziyyətə aydınlıq gətirib.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə yaratdığı reallıqlarla Avrasiyanın geoiqtisadi xəritəsində beynəlxalq nəqliyyat sisteminin yenidən formalaşdırılması tələbatını aktuallaşdırıb. Xüsusilə, Mərkəzi Asiya ölkələri dünya iqtisadiyyatına inteqrasiyalarını, yeni bazarlara ən səmərəli çıxışı Zəngəzur dəhlizindən istifadə etməkdə görürlər.

Mütəxəssislərin bildirdikləri kimi, «Bir kəmər, bir yol» layihəsinin təşəbbüskarı Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınmasının optimal variantı Zəngəzur dəhlizidir. Mətbuatda yaxın dövrdə nəqliyyatla bağlı bir hadisədən bəhs edən informasiyanı xatırladaq. Süveyş kanalında «Evergreen» gəmisinin qəzaya uğraması gün ərzində qərbə daşınan yüklər üzrə 5.1 milyard və şərqə daşınan yüklər üzrə isə 4.5 milyard olmaqla, ümumilikdə 9.6 milyard dollar zərərə səbəb olub. Ümumilikdə dünya ticarətinin təqribən 12 faizinin bu kanal vasitəsilə həyata keçirildiyini nəzərə alsaq, alternativ nəqliyyat arteriyaları, o cümlədən Zəngəzur dəhlizi ilə yükdaşımaların iqtisadi əhəmiyyətini görə bilərik. Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafı və digər dəhlizlərlə birgə fəaliyyətin təmin edilməsi məqsədilə imzalanan Aşqabad müqaviləsinə nəzər salaq. Bu ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bazarlarına çatdırılması Qarabağ və Şərqi Zəngəzur regionlarının iqtisadi potensialının artırılmasında da xüsusi rol oynaya bilər.

Bu baxımdan region dövlətlərinin, eyni zamanda yükdaşımada daha sərfəli vasitə axtaran ölkələrin üstünlük verdikləri Zəngəzur dəhlizinin, dəmir yolunun açılmasının əhəmiyyətini hər kəs təsəvvür edə bilər. Dəhlizin dünyanın nəqliyyat xəritəsində oynadığı rolun əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin Zəngəzur avtomobil və dəmir yolu xətlərinin açılmasında israrlı olmasında da məqsəd beynəlxalq infrastruktur olan dəhlizin əməkdaşlıq körpüsünə çevrilməsidir. Azərbaycanı, Ermənistanı və Gürcüstanı, qonşu ölkələr olan Türkiyəni, Rusiyanı, İranı əhatə edən «3+3”» formatda geosiyasi əməkdaşlıq üçün böyük əhəmiyyətə malik Zəngəzur dəhlizinin, kommunikasiyaların yenidən bərpası ilə Azərbaycan dünyanın ən real nəqliyyat mərkəzinə çevriləcək. Əməkdaşlıq, qardaşlıq xətti olan dəhlizlə yükdaşımalar ən münasib qiymətlərlə hesablanacaq. Bu isə iqtisadi və maliyyə baxımından bütün ölkələr üçün sərfəlidir. Zəngəzur dəhlizi təkcə dəmir yolları deyil, həm də avtomobil yolları sisteminə daxil olduğu üçün əhəmiyyəti daha böyükdür. Bu marşrutun yaradılması ilə Türkiyədən Azərbaycana və əks istiqamətdə malların birbaşa tədarükü asanlaşacaq. Beləliklə, daha bir kommunikasiya xətti ilə türk dövlətləri arasında əməkdaşlıq möhkəmlənəcək. Ermənistanın və dəstəkçiləri Fransanın, İranın bölgədə sabitliyin yaranmasına mane olmalarının başlıca səbəbi qlobal enerji və nəqliyyat xəritələrinin yenilənməsində rolu artan, mövqeyi möhkəmlənən Azərbaycana artan maraqdır. Bu dəhlizin bərpası ilə ölkəmizin iqtisadiyyatı, hərbi qüdrəti daha da inkişaf edəcək, soydaşlarımızın ata yurdları Qərbi Azərbaycana qayıtmaq imkanları da reallaşacaq. Prezident İlham Əliyevin «Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz» sözləri Zəngəzur dəhlizinin bərpasının və soydaşlarımızın doğma ocaqlarına qayıdışının qarantıdır. Zəngəzur dəhlizi İranla Ermənistanın gözünə ox kimi batsa da türk dünyasının birlik və həmrəylik rəmzi olan bu dəhliz mütləq açılacaq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Susub, səssiz qalmayın!

Next

Türkiyə-Azərbaycan qardaşlığı: Uğurdan-uğura gedən yol

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv