Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Adım Ələsgərdi, Göyçə mahalım!

By Vüsal Rafiqoğlu
19.04.2023 3 Min Read

Göyçə mahalı ulu türkün 7 minillik tarixinin şərəfli daşıyıcısıdır və bineyi -qədimdən türk ocağı olub və orada hər bir zaman türklər məskunlaşmışlar. Zümrüd gözlü Göyçə gölü şanlı qədim tariximizə şahidlik edir…Bu yerlərdə ərənlərimiz yağı düşmənləri diz çökdürüblər. Babamız Sultan Alp-Arslan 1067-ci ildə bu gölün sahilində Bizans imperatoru Diojenin xaçlı ordusunu darmadağın edərək doğma azərbaycanlılarını təhlükədən xilas edib. Bu gün onun atının nallarının izi və səsi qalır o torpaqda.

Göyçə mahalı anamız Azərbaycana, böyük türk dünyasına saysız-hesabsız qiymətli övladlar bəxş edib-alimlər, şairlər, filosoflar, hərbçilər, dövlət xadimləri və s. Onlardan biri də Azərbaycan ədəbiyyatında özünün ustadnamələri, müxəmməsləri, qoşmaları, təcnisləri, qıfılbəndləri, dodaqdəyməzləri ilə məşhurlaşmış ulu ozanımız Aşıq Ələsgərdir. Böyük şairimiz Səməd Vurğun onun barəsində demişdi ki, Aşıq Ələsgər yaradıcılığı bütün mövzuları elə əhatə edib ki, bizlərə yazmağa heç nə qalmayıb. Folklorumuzda Aşıq Ələsgərin maraqlı dastanları, rəvayətləri və səfərləri xüsusi yer tutur.

O, hündürboy, iri sümüklü, pəhləvan cüssəli bir adam idi. Sazı sol əli ilə çaldığı üçün şeirlərini bəzən “solaxay aşıq” təxəllüsü ilə də yazırdı. Əsl ilham çeşməsi idi. Fitri istedadı bədahətən şeir deməsinə imkan verirdi. Azərbaycanda böyük aşıq məktəbinin yaradıcısı idi. Şeirlərinin birində fəxrlə deyirdi ki, “Adım Ələsgərdi mərdi-mərdana, on iki şəyirdim işlər hər yana.” Onun baməzə danışığı vardı, baxmayaraq ki, həyatında çoxlu kədərli hadisələr baş vermişdi, hazırcavab və güclü yumor hissinə malik idi. Haqqında indi də el arasında işlənən maraqlı söhbətlər gəzir.

Söhbətlərdən birində nəql edilir ki, bir bölgədə kənd toyunu aparan Aşıq Ələsgər görür ki, onu tanımayan bir neçə cavan oğlan yekə papağına baxıb qımışırlar. Aşəq məsələni təxminən anlayır, amma üstünü vurmur. Həmin oğlanlardan biri ayağa qalxıb:

-Aşıq, səndən bir söz soruşmaq olar?-deyir.

Aşıq Ələsgər:

-Buyur, soruş,-deyir.

-Aşıq sənin qardaşın varmı?- deyə oğlan soruşur.

Aşıq Ələsgər arif adam idi, dərhal başa düşür, bilir ki, oğlanlar ona deyəcəklər ki, papağının yarısını kəs ver qardaşına. Ona görə də kəsə cavab verir:

-Var oğlum, amma onun papağı mənimkindən də yekədir.

Hamı gülüşür, cavanlar da cavabdan razı qalırlar.

Aşıq Ələsgər həmişə, hər yerdə hamı tərəfindən sevilib, hörmətə, nüfuza malik olub. İstər camaatın, istərsə də aşıq və şairlərin dərin hörmətini qazanıb.

1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində dünyaya gələn böyük el aşığı 1926-cı ildə yüz beş yaşında vəfat edib. Şeirlərinin birində böyük iftixarla demişdi: “Adım Ələsgərdi, Göyçə mahalım!” Uzaq səfərlərə çıxanda ruhu Göyçədə qalırdı, səfər bitən kimi, heç yerdə ləngiməzdi, çünki doğma torpaq, uca dağlar, başında qıyya çəkib dolanan qartallı qayalar, səfalı yaylaqlar, sərin bulaqlar üçün darıxardı. Onun Göyçənin əsrarəngiz təbiətinə, igid və comərd adamlarına, gözəllərinə həsr etdiyi çoxlu şeirləri var. Aşıq Ələsgərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır.

Azərbaycanın dahi oğlu Heydər Əliyevin təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə 1972-ci ildə UNESCO-da Aşıq Əlsgərin 150 illik yubileyi olduqca möhtəşəm surətdə keçmiş SSRİ məkanında qeyd olunmuşdu. Bəlkə də o zamana qədər göyçək Göyçə heç bir zaman belə əzəmətli tədbir görməmişdi. Aşığın məzarı üzərində abidəsi qoyulmuşdu. Çal-çağırlı yubiley konsertləri keçirilmiş, qısametrajlı televiziya filmləri çəkilmış, radisüjetlər səsləndirilmişdi. Bu yubiley Azərbaycan xalqının dəyərli oğlu, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim qopuz el sənətinə, Göyçənin sənətkar oğluna verdiyi yüksək dəyərdən xəbər verirdi.  İnsanların, Aşıq Ələsgər şəxsiyyətinə olan istəklərinin bariz nümunəsi o idi ki, gələnlərin sayı- hesabı bilinmirdi. İstər qonaqlar, istərsə də sadə insanlar, ulu Göyçə belə möhtəşəm məclisi uzun illər xatırlayacaqdı. Bəli, xatırlayırıq, heç yadımızdan çıxır ki?!  Təəssüflər olsun ki, bu gün Ələsgərin gözəl Göyçəsi yağılar əlində əsirdir. Nənə- baba məzarlarının, o cümlədən Dədə Ələsgərin uyuduğu məkan qarşısında günahkarıq, hələlik… Ulu Öndər Heydər Əliyev tərəfindən sənətə və sənətkara verilən qiymət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir.

Aşıq Ələsgərin zəngin irsi Azərbaycan xalqı üçün bir folklor dünyasıdır, ləl-cəvahiratla, qiymətli incilərlə dolu mənəviyyat xəzinəsidir. Bizlər bu xəzinənin qədrini bilməli, onu qoruyub saxlamalı və gələcək nəsillərə çatdırmalıyıq. Bu da bizim Ələsgər babamızın ruhuna töhfəmiz olar. İndi şeir-söz xiridarlarının, ədəbi ictimaiyyətin bir arzusu var ki, bu da azman el sənətkarımızın məzarını ziyarət etməkdir.

2021-ci ildə Dədə Ələsgərin 200 illiyi Azərbaycan xalqının heç zaman unutmayacağı Zəfər salnaməsinin yazıldığı bir dövrə təsadüf etdi.  Azərbaycanın rəşadətli Ordusu, Müzəffər Ali Baş Komandan və Azərbaycan xalqının birliyi sayəsində erməni işğalından torpaqlarımız azad edildi. Belə bir möhtəşəm Qələbədən sonra Dədə Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi özü də bu azman aşığımızın müqəddəs ruhuna bir mübarəkbadlıq və müjdə oldu.  Artıq Dədə Ələsgərlə görüşümüzə az qaldı. Günün birində Azərbaycanın Müzəffər Ordusunun Kəlbəcərdən Göyçə mahalına enəcəyi gün sadəcə xəyal  deyil, çünki “Göyçəyə gedən yollar Qarabağdan keçir” deyirik. Biz günbəgün, addım-addım üzü Göyçəyə doğru gedirik. Uğur olsun!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kartof və soğanın qiyməti əl yandırır – VİDEO

Next

Ana dilimizin böyük təəssübkeşi

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv