Hadisə Tərtərdə 37 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb By Vüsal Rafiqoğlu 17.05.2023 1 Min Read Tərtər rayonunda 37 yaşlı kişi bıçaqlanıb. “Report”un məlumatına görə, 1986-cı il təvəllüdlü Dəyanət Morux oğlu Əliyev qonşusu ilə dava zamanı bıçaq xəsarəti alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Hadisənin təfərrüatı araşdırılır.