Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Valideyn haqlıdır, yoxsa elektron sistem? – TƏHSİL + FOTO

By Vüsal Rafiqoğlu
21.05.2023 4 Min Read

1-ci sinfə və ya məktəbəqədər təhsillə bağlı qəbul hər il olduğu kimi məktəblərin xidmət ərazisinə görə aparılır. Bu məqsədlə tətbiq edilən elektron sistem bəzi valideynlərin narazılığına səbəb olur. Bu məsələdə Elm və Təhsil Nazirliyi ilə həmin valideynlərin mövqeyi isə üst-üstə düşmür.

Artıq bir neçə ildir ki, məktəblərdə 1-ci sinif və məktəbəhazırlıq qruplarına qəbul, şagirdlərin yerdəyişməsi elektron qaydada aparılır. Bu sistem özünü doğrultsa da, valideynlərin ciddi narazılığına səbəb olan məqamlar da az deyil.

Məsələn, şikayətlərdən biri belədir: “Övladımı yaşadığım ünvana yaxın olan 5 nömrəli məktəbdə qeydiyyata salmaq istəyirəm. Lakin sistemdə qeyd edilir ki, ya bacı və qardaşı burada oxumalıdır, ya da valideynlərindən biri orada işləməlidir. Mən nə etməliyəm? Evimin yanında məktəb ola-ola övladımı niyə başqa ünvana aparmalıyam?”.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Digərləri bunun əksinə, övladının evinə yaxın ərazidə deyil, kənar məktəbdə oxumasını istəyir, amma yer olmadığına görə qeydiyyat apara bilmədiyini bildirir. Sistem donduğu üçün övladına məktəb seçə bilməməsindən şikayətlənənlər də var.

Üstünlük yaşayış ərazisinə verilir

Problemə münasibət bildirən Elm və Təhsil naziri Emin Əmrullayev deyir ki, 1-ci sinfə qəbul hər il olduğu kimi məktəblərin xidmət ərazisinə görə aparılır. Nazirin sözlərinə görə, şagirdin qeydiyyatda olduğu ərazidə məktəbə getməyində problem yoxdur: “Sistemin məntiqi budur ki, insan yaşadığı ərazi üzrə qeydiyyatdan keçməlidir. Əgər yaşadığı yer üzrə qeydiyyatı yoxdursa, ilk növbədə qeydiyyatını həll etməlidir. Bu sistemin deyil, fərdlərin problemidir. Həll edə bilmirsə, bizə müraciət edir, buna fərdi qaydada baxırıq”.

Nazir bildirir ki, sistem kifayət qədər liberaldır: “Valideyn övladı üçün mümkün bütün məktəbləri seçə bilir. Biz valideynə nəinki məktəb, müəllimi də seçmək imkanı tanıyırıq. Amma hamı eyni müəllimə gedə bilməz”.

Övladının da işini ləngidən valideynlər

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyir ki, bəzən bu narazılıqlar əsassız şəkildə səsləndirilir. Araşdırdıqda problemin qaynağının elektron qeydiyyatı həyata keçirən valideynin özü olduğu aydınlaşır: “Amma valideyni də anlamaq lazımdır. Çünki elektron xidmət anlayışı nəinki təhsilimiz, cəmiyyətimiz üçün yeni anlayışlardır. Bunun vərdiş halına gəlməsi üçün bizə hələ bir neçə il lazımdır. Məsələ ilə bağlı ilk təklifimiz Alternativ Qeydiyyat Mərkəzlərinin fəaliyyətlərinin yenidən bərpası və gücləndirilməsidir. Elektron qəbulun həyata keçirildiyi ilk ildə Bakı şəhəri üzrə 52 məktəbdə Alternativ Qeydiyyat Mərkəzi (AQM) yaradıldı. AQM-lər valideynləri üzləşdikləri çətinliklərdən xilas edirdi. Sonradan ehtiyac meyarı nəzərə alınaraq, bu mərkəzlərin sayı artırıldı. 2017-2018-ci tədris ilində artıq Bakı şəhəri üzrə 66 məktəbdə AQM fəaliyyət göstərirdi. Məsələnin neqativ tərəfi budur ki, valideynlərə hava-su kimi lazım olan AQM-lər demək olar ki, yalnız paytaxtda vətəndaşlara xidmət göstərirdi. Reallıq budur ki, hazırda texniki bilgiləri o qədər də inkişaf etməyən, xidmətdən düzgün yararlana bilmədiyi üçün övladının da işini ləngidən valideynlər hələ də çoxdur”.

İmtahanlara uyğun alternativ qeydiyyat linkləri

Mütəxəssis vurğulayır ki, ikinci problem texniki göstəricilərin nəzərə alınmamasıdır: “Hər il narazılıqlara səbəb olan ikinci problem texniki nasazlıqlar, donmalardır. Respublikada ümumilikdə 4435 məktəb fəaliyyət göstərir. Ötən il ölkə üzrə birinci siniflərə qəbul olunan şagirdlərin sayı 158.608 nəfər olub. Deməli, ən azı bu qədər valideyn həmin serverdən istifadə edib. Bu qədər təhsilalanın  datalarını özündə qoruyub saxlamalı olan bir server texniki cəhətdən də yüksək standarta cavab verməlidir. Müraciət sayı serverin gücünə adekvat olmalıdır. Ona görə də qurumlar hansısa imtahan və ya ərizə qəbulu üçün qeydiyyata başlayanda müraciətçilərin təxmini statistikasını nəzərə almalıdırlar. Sürət zəif olduqda qeydiyyat növbəsi yaranır ki, belə olan halda saytda müəyyən gecikmələrin baş verməsi normaldır. İmtahanlara uyğun alternativ qeydiyyat linkləri yaradılmalıdır”.

Bəzi məsələlərdə güzəştə gedilməlidir

E.Nurinin sözlərinə görə, ən çox rast gəlinən məsələlərdən biri də mikroərazi prinsipinin tətbiqidir. Qeyd edək ki, bu prinsip bütün ölkə üzrə deyil, yalnız Bakı şəhəri üzrə tətbiq edilib: “Buna səbəb kimi təbəqələşmə, məktəblərdə qruplaşmalar, aztəminatlı ailələrin bəzi məktəblərə yaxın düşə bilməməsi kimi formalaşmış təsəvvürləri dağıtmaq göstərilirdi. Ötən illər ərzində müşahidə olunan bəzi faktlar göstərdi ki, bu islahat bütün təhsil müəssisələrində birmənalı qəbul edilmədi. Hətta bir sıra təhsil müəssisələri xidməti ərazidə yaşayanların qəbulunda bəzi əngəllər də yaratmağa çalışdı. Məsələn, lisey və gimnaziyalarda ərazi prinsipi ilə sözügedən təhsil müəssisəsinə qəbul olunan uşaqların qarşısına müsabiqə tələbi qoyuldu. Belə faktların olmaması üçün ilk növbədə valideynlər diqqətli olmalıdır”.

Valideynlər üçün güzəştlər

Mütəxəssis vurğulayır ki, valideyn prosesi düzgün həyata keçiribsə, sistem avtomatik olaraq onu qeydə alır: “Hər hansı lisey və ya gimnaziyanın xidməti ərazisində yaşayan valideyn “müsabiqəyə yazıl” düyməsini seçibsə, bu, onun özünün yaratdığı problemdir. Yaxud valideyn yaşayış yerinin onun arzuladığı məktəbin xidməti ərazisində olduğunu düşünür. Halbuki onun ünvanı həmin xidməti ərazidə deyil. Belə vəziyyət anlaşılmazlıqlara və bu səbəbdən doğan narazılıqlara meydan açır. Yuxarıda sadalanan detallar məsələnin texniki tərəfinə aiddir, amma narazılığa səbəb olan əsas meyarlar sosial səbəblərdir. Bir çox valideyn yaxınlıqdakı məktəbin tədris keyfiyyətinin o qədər də yaxşı olmadığı, yaxud, uzaq məsafədəki hər hansı təhsil müəssisəsində çalışan müəllimin faydalılığını əsas gətirərək övladının məhz həmin məktəblərə qəbulunu tələb edir. Mikroərazi prinsipi qarışıqlığın qarşısını müəyyən qədər alsa da, tətbiqi zamanı bir neçə məsələlərdə güzəştə gedilməsi arzuolunandır. Birincisi, valideynlərin yaşayış yeri ilə yanaşı iş yerlərinin də nəzərə alınmasıdır. Məsələn, valideyn Yasamal rayonu ərazisində işləyirsə, o, təbii ki, övladının həmin ərazidəki məktəbdə təhsil almasına çalışa bilər. Amma mikroərazi prinsipi təəssüf ki, bu istəyi rədd edir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Türkiyədə zəlzələ baş verib – FOTO

Next

Abşeronda 17 yaşlı gənc qızı avtomobil vurub

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv