Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları – YENİLƏNİR

By Vüsal Rafiqoğlu
27.05.2023 6 Min Read

Dünya liderlərindən Azərbaycan Prezidentinə təbrik məktubları gəlməkdə davam edir.

Malta Respublikasının Prezidenti Corc Vella Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Azərbaycanın Müstəqillik Günü münasibətilə Malta xalqı ilə birlikdə Sizə və xalqınıza səmimi təbriklərimizi çatdırırıq.

Malta Respublikası ilə Azərbaycan Respublikası arasında uzunmüddətli ikitərəfli əlaqələr mövcuddur. Əminəm ki, ölkələrimiz əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə ikitərəfli əməkdaşlığın yeni imkanlarını müəyyənləşdirmək üçün bundan sonra da birgə çalışacaqlar.

Malta Azərbaycan ilə regional və çoxtərəfli müstəvidə, o cümlədən BMT və Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində sıx əlaqələri dəstəkləməkdə davam edir.

Qlobal sülhün, təhlükəsizliyin və rifahın təşviqinə sadiq olan Malta hazırda beynəlxalq ictimaiyyətin üzləşdiyi bir sıra çağırışların həlli yollarının tapılacağına inanır. BMT Təhlükəsizlik Şurasının 2023-24-cü illər üçün seçilmiş üzvü kimi Malta təşkilatın Nizamnaməsinin əsas prinsiplərini dəstəkləməklə belə çağırışlara qarşı mübarizədə öz rolunu oynamaqda qərarlıdır.

Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə sülh, tərəqqi və firavanlıq arzularımı çatdırıram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

14:17

Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Mən Bruney ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirir və ikitərəfli əlaqələrimizin, eləcə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığımızın daha da inkişafına ümid edirəm.

Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq nəsib etsin!”

14:06

Latviya Respublikasının Prezidenti Egils Levits Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycan Respublikasına və onun xalqına əbədi sülh və firavanlıq arzulayıram.

Latviya ilə Azərbaycan arasında dostluğa və qarşılıqlı marağa əsaslanan konstruktiv münasibətlər formalaşıb. Sizinlə Bakıda keçirilən son görüşümüzü və fikir mübadiləmizi, eləcə də bu ilin yazında Qlobal Bakı Forumunda iştirakımı ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, ikitərəfli və çoxtərəfli gündəliyimizin daha da inkişafı üçün biz bu müsbət ənənəni uğurla davam etdirəcəyik.

Bu gün Rusiyanın Ukraynaya qarşı müharibəsinin şahidi olduğumuz bir vaxtda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin fundamental prinsipinə əsaslanaraq beynəlxalq təhlükəsizliyi qorumaq üçün birgə çalışmaq həmişəkindən daha vacibdir.

Əminəm ki, biz birlikdə çalışmaqla xalqlarımızın sülh və təhlükəsizlik şəraitində inkişafını təmin edəcəyik.

Zati-aliləri, ən yüksək ehtiramımı bildirir, Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı və rifah arzulayıram”.

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu! Qaraçay-Çərkəz Respublikasının çoxmillətli xalqı adından və şəxsən öz adımdan Sizi və günəşli Azərbaycanın bütün vətəndaşlarını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan əcdadların ənənələrinin müasir həyatda heyrətamiz şəkildə birləşdiyi ölkədir, dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Şübhəsiz ki, bu, təkcə ölkənin çoxşaxəli iqtisadiyyatı və əlverişli coğrafi mövqeyi ilə deyil, həm də onun investorları və turistləri cəlb edən özünəməxsusluğu, insanlarının əməksevərliyi və qonaqpərvərliyi ilə bağlıdır.

Əminəm ki, Azərbaycanın və Qaraçay-Çərkəz Respublikasının ikitərəfli əməkdaşlığı bundan sonra da respublikalarımızın sosial-iqtisadi inkişafına şərait yaradacaqdır.

Sizə və Azərbaycanın bütün vətəndaşlarına səmimi-qəlbdən səadət, uğurlar, əmin-amanlıq və firavanlıq diləyirəm”.

13:21

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü münasibətilə Sizə və xalqınıza təbriklərimi çatdırır, hamınıza sülh və firavanlıq arzulayıram.

Litvaya son səfərinizdə Sizinlə görüşməkdən çox məmnun oldum. Mən bizim iqtisadiyyat, innovasiya və ətraf mühitin mühafizəsi də daxil olmaqla əməkdaşlığımızın genişspektrli məsələləri, o cümlədən Cənubi Qafqazda təhlükəsizliyin vəziyyəti, Rusiya-Ukrayna müharibəsinin nəticələri ilə bağlı apardığımız müzakirələrimizi yüksək qiymətləndirirəm. Ümidvaram ki, bu səfər Sizin üçün də məhsuldar olub və Vilnüsdə imzalanmış müqavilələr ölkələrimiz arasındakı münasibətlərin gələcək inkişafına geniş imkanlar açacaq.

Litva ilə Azərbaycan arasında sıx və məhsuldar tərəfdaşlıq əlaqələri mövcuddur. Litva Avropa İttifaqının Azərbaycanla dialoqunun inkişafına güclü dəstək verir. Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda bizim tərəfdaşlığımız daha da əhəmiyyətlidir. Ümidvaram ki, Ukrayna qalib gələnə qədər ona hərtərəfli dəstək vermək və Rusiyaya qarşı sanksiyaların həyata keçirilməsini təmin etmək istiqamətində əməkdaşlıq fəaliyyətimizi davam etdirəcəyik.

İcazə verin, ikitərəfli qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edim. Litva ilə Azərbaycan arasında informasiya texnologiyaları, istehsal, qida sənayesi və bərpa olunan enerji sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.

Milli bayramınız münasibətilə Sizi bir daha təbrik edirəm. Cənab Prezident, ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də Prezident İlham Əliyevi təbrik edib.

Məktubda deyilir:

“Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan Respublikasının bütün vətəndaşlarına ən səmimi salamlarımı çatdırmaq istəyirəm.

Yoxsulluq və bərabərsizlikdən tutmuş, silahlı münaqişə və iqlim dəyişikliyinə qədər dünyamızın üzləşdiyi təhdidlər həmrəyliyə, qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan birgə fəaliyyət tələb edir.

Daha yaxşı gələcəyə nail olmaq üçün hər bir ölkə öz milli hüdudlarından kənar aləmi də görməyi bacarmalı və harada yaşamasından asılı olmayaraq bütün xalqlar üçün sülhü, insan hüquqlarını, firavanlıq və davamlı inkişafı daha da möhkəmləndirmək səylərini dəstəkləməlidir.

Birləşmiş Millətlər Təşkilatı bu əlamətdar günü qeyd edən Azərbaycan Respublikasının bütün xalqına qoşulur. Biz xalqlar və bütövlükdə planetimiz üçün daha yaxşı, daha sağlam və daha təhlükəsiz gələcəyi təmin etmək uğrunda birgə fəaliyyətimizi davam etdirməyi arzulayırıq.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Əminəm ki, indi iqlim dəyişikliyi, bununla əlaqədar sosial və iqtisadi çağırışlar, enerji qıtlığı, hibrid təhlükələr və həmçinin qlobal təhlükəsizliyə təhdid olan bir sıra amillər beynəlxalq əməkdaşlığa hər zamankından daha çox ehtiyac yaradır.

Hörmətli cənab Prezident, Sizə və Azərbaycan vətəndaşlarına sülh, inkişaf, firavanlıq, tərəqqi arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında münasibətlərin inkişafı xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə uğurla davam edəcəkdir”.

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov da Prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu! Sizi və bütün qardaş Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası tərəqqi və dinamik inkişaf yolu ilə inamla irəliləyir, regional və beynəlxalq proseslərdə mühüm rol oynayır.

Son illər ərzində ölkələrimiz arasında münasibətlərin nəzərəçarpacaq dərəcədə fəallaşmasını, yeni məzmunla zənginləşməsini qeyd etmək fərəhlidir. Əminik ki, Türkmənistan və Azərbaycan Respublikası arasında dostluq, mehriban qonşuluq əlaqələri ümumi rifah naminə bundan sonra da artan xətt üzrə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram”.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu! Sizi və bütün qardaş Azərbaycan xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin ölkəniz bu əlamətdar günü ümummilli birliyə, sosial-iqtisadi inkişafda böyük nailiyyətlərə, beynəlxalq aləmdə yüksək nüfuza malik olan bir dövlət statusunda qarşılayır.

Əminəm ki, Sizin güclü liderliyinizlə Azərbaycan yüksək məqsədlərini və inkişaf edən dövlət quruculuğu vəzifələrini həyata keçirərək dayanıqlı inkişaf yolunda irəliləməyi davam etdirəcək.

Keyfiyyətcə yeni məzmunun əlavə olunduğu, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə tam şəkildə cavab verən Qazaxıstan-Azərbaycan əməkdaşlığının yüksək dinamikasını böyük məmnunluqla qeyd edirəm.

Hörmətli İlham Heydər oğlu, bu təntənəli gündə Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə firavanlıq və tərəqqi diləyirəm”.

12:41

Hindistan Respublikasının Prezidenti Draupadi Murmu Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Zati-aliləri! Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, hökumətinizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Hindistan və Azərbaycan arasında tarixi köklərə söykənən əlaqələr mövcuddur. Son zamanlar Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Ümidvaram ki, əməkdaşlığımız qarşılıqlı hörmət və maraqlar əsasında daha da inkişaf edəcək.

Bu fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

11:53

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Cənab Prezident! Braziliya hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizi Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzulayıram.

Xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizi birləşdirən dostluq əlaqələrini möhkəmləndirmək üçün Braziliyanın Azərbaycanla birgə işləməkdə davam etməyə hazır olduğunu bir daha vurğulayıram.

Möhtərəm cənab Prezident, xahiş edirəm, ən yüksək hörmət və ehtiramımı qəbul edin”.

11:36

Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

President.az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident! Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır və Azərbaycan xalqına firavanlıq arzu edirəm”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyev Kəlbəcər rayonuna səfər edib – FOTO

Next

Anbardan 30 min manat dəyərində ərzaq məhsulları və məişət əşyaları oğurlanıb

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv