Cəmiyyət Sabunçuda gənc oğlanı avtomobil vurub By Vüsal Rafiqoğlu 06.06.2023 1 Min Read Bakının Sabunçu rayonunda 17 yaşlı piyada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. “Report”un məlumatına görə, 2006-cı il təvəllüdlü Vüsal Novruzəli oğlu Novruzov yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.