Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycanda bütün millətlər qardaşlıq şəraitində yaşayır”

By Vüsal Rafiqoğlu
06.06.2023 3 Min Read

Deputat: “Ölkəmizdə yaşayan millətlərin nümayəndələri Heydər Əliyevi özlərinin ümummilli lideri qəbul edir”

Ümummilli Lider Heydər Əliyevin dövlətin ideoloji siyasətinə çevirdiyi azərbaycançılıq ideologiyası özündə həmçinin multikulturalizm və tolerantlığı təcəssüm etdirir. Azərbaycanın bütün vətəndaşlarının milli, dini mənsubiyyətindən asılı olmayaraq özünü azərbaycanlı olaraq qəbul etməsi, özünü bu vətənin tamhüquqlu vətəndaşı kimi hissə etməsində azərbaycançılıq ideologiyasının olduqca mühüm əhəmiyyəti danılmazdır.

Milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dövlətinin pasportunu daşıyan vətəndaşların Heydər Əliyevi özünün ümummilli lideri olaraq qəbul etməsi həm də bundan qaynaqlanır. Heydər Əliyevin 100 illik yubileyinin Azərbaycanda ümummilli bayram kimi qeyd edilməsi təsadüfi deyil.  Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda keçirilən tədbirlər Ulu Öndərin müasir dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun tədqiq olunması baxımından olduqca önəmlidir.

Heydər Əliyevin istər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi dövrlərdə respublikamızda digər xalqların nümayəndələri də qarşılıqlı anlaşma şəraitində yaşayır, onların bütün hüquqları qorunmuş, rifah və firavanlığı təmin edilirdi. Hələ SSRİ dönəmində humanizm dəyərlərinə, multikultural ənənələrə söykənən tolerant yanaşma Azərbaycan cəmiyyətinin inkişafını təmin edən mühüm amillərdən biri idi ki, bunda Heydər Əliyev siyasətinin misilsiz rolu var idi. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə isə xalqımızın zəngin milli-mənəvi dəyərlərin daşıyıcısı və çoxəsrlik dövlətçilik ənənələrinə sahib olduğunu, ölkəmizdə müxtəlif etnik və dini köklərə malik xalqların yaşadığını nəzərə alaraq həm milli maraqlara, həm də zamanın çağırışlarına uyğun siyasət həyata keçirildi, multikultural dəyərlərin təşəkkülü təmin edildi və tolerantlıq mühiti gücləndirildi.

Deputat Aydın Hüseynov sosial şəbəkədə barəsində gedən yazıya aydınlıq  gətirdi - FOTO

Aydın Hüseynov

Bu barədə fikirlərini bizimlə bölüşən Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov bildirdi ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinin bərabərhüquqlu vətəndaş kimi cəmiyyətə inteqrasiyası, etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlaması üçün istər hüquqi, istərsə də mənəvi müstəvidə bütün şərtlər təmin edilib: “Ulu Öndərin irəli sürdüyü azərbaycançılıq konsepsiyası birləşdirici ideya kimi mədəniyyət sahəsində yeni çalarlar qazanaraq müasir Azərbaycanın multikulturalizm modelini formalaşdırıb. Respublikamızda multikulturalizmin həm dövlət siyasəti olaraq müəyyənləşdirilməsi, həm də cəmiyyətin həyat tərzi olması Azərbaycanın sabitlik məkanı kimi müstəqillik yolunda inamlı irəliləyişini təmin edir. Bu gün ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini nümayiş etdirir. Heydər Əliyev ideyalarına və Azərbaycan dövlətinin siyasi xəttinə əsaslanan tolerantlıq, multikulturalizm siyasəti Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla həyata keçirilir. Multikulturalizmin, sivilizasiyalararası dialoqun, mədəniyyətlərin inteqrasiyası ideyasının təbliği və təşviqi istiqamətində ardıcıl işlərin görülməsi, mühüm layihələrin reallaşdırılması da həm ölkəmizdə tolerantlıq mühitinin güclənməsinə, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmlənməsinə təkan verir. Bu gün ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri, fərqli dini və etnik mənsubiyyətə malik olan toplumlar Azərbaycanın inkişafına önəmli töhfələr verirlər. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədə ölkəmizdə yaşayan bütün millətlərin payı var. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün millətlər dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha sübut etdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik var. Bu gün Azərbaycanda mövcud olan icmalar cəmiyyət həyatının müxtəlif sahələrində səmərəli fəaliyyət göstərir, vətəndaş həmrəyliyinin, xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayırlar.

Ulu Öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür, biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq. Bu sərvətin qorunması və zənginləşməsi üçün istər Heydər Əliyevin hakimiyyəti dövründə, istərsə də cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü siyasət həyata keçirilib və keçirilir. Ona görə də Azərbaycan xalqı, ölkəmizdə yaşayan millətlərin nümayəndələri Heydər Əliyevi özünün ümummilli lideri qəbul edir, ümummilli liderin əziz xatirəsini ehtiramla yad edir, Ulu Öndərin misilsiz xidmətlərini minnətdarlıqla xatırlayırlar”.

Hazırladı: Etibar SEYİDAĞA

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Eyvazovdan Zakir Həsənovun oğlu ilə bağlı əmr

Next

Yuri Mavaşev: “Paşinyan artıq başa düşür ki, Kremlə arxalana bilməz” – Rusiyadan MÜSAHİBƏ

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv