Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Tərtər işi”ndə SENSASİON İTTİHAM: 3 gizirlə 1 kapitan yüzlərlə hərbçiyə işgəncə verib və…

By Vüsal Rafiqoğlu
07.06.2023 3 Min Read

“Tərtər işi” üzrə daha bir qrupun işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmə qarşısına daha 4 nəfər – Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılov çıxarılıblar. Bu 4 müttəhim yüzlərlə hərbçiyə işgəncə verməkdə, onlardan bir neçəsinin ölümünə səbəb olmaqda ittiham olunur. Bundan əvvəlki 4 və 5 nəfərdən ibarət 2 qrupun işində olduğu kimi, bunların da işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Lakin məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Məhkəmə qarşısına çıxarılan müttəhimlərin hər biri bundan əvvəl 1 dəfə elə Tərtər hadisələrində hərbçilərə işgəncə verməyə görə həbs olunub. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar haqqında hökm çıxarılıb, hər biri 5 il 6 ay – 6 il azadlıqdan məhrum edilib. 2020-ci ildə azadlığa buraxılıblar, 44 günlük Vətən müharibəsində iştirak ediblər.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərdən 30 yaşlı Ruslan Mikayılov ali hərbi təhsillidir, Tərtərdə N saylı hərbi hissədə leytenant rütbəsində xüsusi təyinatlı qrupun komandiri vəzifəsində xidmət edib.

Sənan Maşıyev, Cabir Qəhrəmanov və Elçin Əliyev isə gizir olub. 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat təzələnəndən bir neçə ay sonra – apreldə adları çəkilən 4 nəfər yenidən həbs olunub. Onlar yeni üzə çıxan hallar üzrə məsuliyyətə cəlb ediliblər. Hazırda onlara qarşı 180-dən çox zərərçəkmiş var. Onların bir qismi işgəncə nəticəsində vəfat edən şəxslərin ailə üzvləridir. Hakim Zeynal Ağayevin sədrliyilə keçirilən ötən məhkəmə iclasında təqsirləndirilən şəxslərdən Ruslan Mikayılov vəsatət qaldıraraq, bu işlə bağlı həqiqətlərin ictimaiyyətə və ölkə başçısına çatdırılması üçün jurnalistlərə prosesdə çəkiliş aparmağa şərait yaradılmasını istəmişdi.

“Hüquq-mühafizə orqanları bu işi qərəzli araşdırıb. Nəticədə zərərçəkənlər o cür bədbəxt eləyiblər, bizi də bu cür. Ölkə başçısı da, ictimaiyyət də bilməlidir ki, orada kimlər olub, bizə kimlər hansı əmrləri verib. Bu işdə hansı nazirlərin, hansı generalların əli var. Ölkə ictimaiyyətində bizim haqqımızda mənfi imic formalaşıb. Xahiş edirəm, media nümayəndələri dəvət olunsun, onlara çəkiliş aparmağa imkan verilsin” deyə təqsirləndirilən bildirmişdi.

Zərərçəkmiş qismində tanınan şəxslər də onun qaldırdığı vəsatəti müdafiə etmişdilər.

“Azərbaycan ictimaiyyəti bilməlidir ki, kimlər göstəriş verib”, – Tərtər hadisələri zamanı dövlətə xəyanət və başqa ağır ittihamlarla həbs olunub, 6 ilə yaxın həbsdə saxlandıqdan sonra dekabrda bəraət alıb azadlığa buraxılmış Müşfiq Ədmədli bildirmişdi.

“Tərtər işi” üzrə Sumqayıt Məhkəmə Kompleksində aparılan digər 2 işdə olduğu kimi, bu iş üzrə də təqsirləndirilən şəxslər və onların vəkilləri istintaqın natamam, qərəzli aparılmasında da şikayətlənirlər. Vəkillər işin yenidən araşdırılması üçün istintaqa qaytarılması haqda vəsatət qaldırıblar.

Zərərçəkən Elçin Əliyevin vəkili Türkel Süleymanlı hakimin diqqətinə çatdırmışdı ki, cinayət işində elə təqdim olunub ki, sanki hərbi prokuror Xanlar Vəliyevə, onun tabeliyində olan müstəntiqlərə, hərbi dəniz qüvvələrinin rəhbəri Zaur Quliyevə, korpus komandiri Hikmət Həsənova adi gizirlər əmr verib Tərtərə gətirmişdi.

“Dövlətə xəyanət ittihamıyla cinayət işi başlanmasını, bu haqda ictimaiyyətə məlumat verilməsini gizirlər göstəriş vermişdi?”, – vəkil bildirmişdi.

Türkel Süleymanlı əlavə etmişdi ki, bu cinayət işi obyektiv, hərtərəfli araşdırılması üçün yenidən istintaqa qaytarılmalıdır.

Təqsirləndirilən Sənan Maşıyevin vəkili bildirmişdi ki, Baş Qərargahın keçmiş rəisi Nəcməddin Sadıkovla yanaşı, hazırda eyni vəzifəni daşıyan şəxsin də adı bu cinayət işində hallanır: “Çox təəssüf ki, bu cinayət işi üzrə istintaq hərtərəfli aparılmayıb. Məsələn, zərərçəkmiş Boris Cəfərova qarşı işgəncə epizodundan məlum olur ki, nəinki keçmiş qərargah rəisi, hətta indiki qərargah rəisi Kərim Vəliyev də orada olubmuş”.

Məhkəmədə əlavə şahidlərin dindirilməsi haqda da vəsatətlər qaldırılmışdı. Məhkəmə əlavə şahidlərin dindirilməsi haqda vəsatətin baxılmamış saxlanmasına qərar verib. Hakim bildirib ki, bu məsələyə əsas şahidlər dindiriləndən sonra baxılacaq. İşin istintaqa qaytarılması haqda vəsatət isə təmin olunmayıb. Hazırda iş üzrə məhkəmə prosesi davam edir.

E.Məmmədəliyev,

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Qaçqınkom” Hesablama Palatasının aşkarladığı maliyyə pozuntularına aydınlıq gətirib

Next

Ərdoğandan Zelenskiyə Kaxovka SES-lə bağlı TƏKLİF

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv