Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Heydər Əliyev irsi – Azərbaycan – Avropa Şurası münasibətlərinə tarixi baxış” adlı konfrans keçirildi – FOTO

By Vüsal Rafiqoğlu
12.06.2023 3 Min Read

Fransanın Strasburq şəhərində yerləşən “Sofitel” otelində Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Azərbaycan Fransa Məzunları Assosiasiyası (AAAF) İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev irsi – Azərbaycan – Avropa Şurası münasibətlərinə tarixi baxış” adlı konfrans keçirilib. Qeyd edək ki, 1997-ci ildə Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökümət başçılarının Fransada keçirilən İkinci Zirvə Görüşündə iştirak üçün Strasburq şəhərinə gələn ümummilli lider Heydər Əliyev məhz bu oteldə bir sıra rəsmi görüşlər keçirib.

Oxu.Az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açılış nitqi ilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva açaraq müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin dövlətin ən çətin anlarında onu tənəzzüldən xilas edərək, tərəqqi yoluna çıxardığını vurğulayıb. Səfir Azərbaycan-Fransa diplomatik əlaqələrinin qurulmasının tarixindən və Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı apardığı uğurlu siyasətdən danışıb.

Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün məhz ulu öndər Heydər Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində mümkün olduğunu vurğulayan ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov bu yolda qət edilmiş maneələrdən bəhs edib və Avropa Şurasına üzvlüyümüz vasitəsilə ölkəmizin uzun illər ərzində üzləşdiyi hərbi işğalın beynəlxalq səviyyədə qınanması və habelə ədalətsizliyin ifşa edilməsi istiqamətində əldə olunmuş nailiyyətləri xatırla.

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov öz çıxışında bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün uğurla yerinə yetirilməsinin şahidiyik. Xüsusilə Vətən müharibəsində qələbəmizdə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsas rolu gənclərin oynaması ilə bu uğurlu siyasətin şahidi olduq. Bununla yanaşı, ölkəmizin hüdudlarından kənarda təhsil alan savadlı, bacarıqlı gənclərimiz də xaricdə təhsil aldıqları zaman ölkəmizin maraqlarının müdafiəsində vacib işlər görürlər.

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin üzvü, Azərbaycan Fransa Məzunları Assosiasiyası İctimai Birliyinin sədri və Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov Azərbaycan-Fransa əlaqələrinin qurulmasının tarixindən, beynəlxaq təhsil sferasının inkişafından və gənclərimizin xaricdə təhsil zamanı birliyinin önəmindən danışıb.

Sonda çıxış edən Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Rafael Hacıbəyli azərbaycanlı gənclərin beynəlxalq qurumlarda ölkəmizi layiqincə təmsil etməsi, qərarverici rollarda iştirakının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin əsas nəticəsi olduğundan bəhs edib. ASAP tərəfindən bu yöndə həyata keçirilən layihələrdən söhbət açan Rafael Hacıbəyli hazırda on xarici ölkədə fəaliyyət göstərən ASAP nümayəndəliklərinin gənclərin inkişafına olan müsbət təsirini, gənclərə faydalı layihələrin və nümayəndəliklərin sayının artırılacağını vurğulayıb.

Sonra rəsmi qonaqların iştirakı ilə azərbaycanlı gənclərlə Fransada təhsil, təmsilçilik, yerli icmalarla əlaqələrin qurulması, magistr, doktorantura təhsili zamanı yaranan çətinliklər və ASAP tərəfindən Fransada keçiriləcək yeni layihələrlə bağlı da müzakirələr aparılıb. Onların təhsil aldıqları zaman yaranan problemləri dinlənilib. Ölkəmizin Fransada olan səfirliyi tərəfindən və eləcə də ASAP tərəfindən onlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində isə xarici qonaqlara milli musiqimiz və mətbəximizin ləziz təamları təqdim olunub, bizi birləşdirən dəyərlərimizi, adət-ənənələrimizi nümayiş etdirmək imkanı yaradılıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

SOCAR-ın prezidenti “Oceaneering International” şirkətinin prezidenti ilə görüşdü – FOTO

Next

Sankt-Peterburq hava limanında uçuşlar təxirə salındı: İnsanların təyyarəyə buraxılması təhlükəli hesab edildi

Xəbər lenti

  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv