Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Vasif Talıbovun başı qalmaqalda: SENSASİON DETALLAR

By Vüsal Rafiqoğlu
13.06.2023 3 Min Read

“Bu qurumun təşəbbüsləri və Prezidentə müraciətləri cavabsız qalmayacaq”

Naxçıvanlı Zərərçəkmişlər Birliyi yaradılır. TNS xəbər verir ki, belə bir təşəbbüslə Naxçıvan Şəhər Məhkəməsinin sabiq sədri, tanınmış hüquqşünas, vəkil Hüseyn Həsənov çıxışı edib. Birliyin yaradılmasında məqsəd Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə insanlara vurulmuş ziyanın hesablanması və ödənilməsinə nail olmaqdır.

Son 30 il ərzində Vasif Talıbov və onun yaxın adamları tərəfindən minlərlə insanın əmlakı zorla əlindən alınıb, muxtar respublikada və ondan kənarda yaşayan naxçıvanlılara böyük məbləğdə ziyan vurulub. İnsanlara dəymiş zərərin Vasif Talıbovun və yaxın ətrafının şəxsi vəsaiti hesabına ödənilməsi məsələsi qaldırılıb.

Naxçıvanlı Zərərçəkmişlər Birliyi yaradıldıqdan sonra onun üzvləri V.Talıbovun məsuliyyətə cəlb edilməsi üçün ölkə başçısına müraciət edəcək. Birlik Naxçıvan məhkəmələrinin indiyə qədər qəbul etdiyi qanunsuz qərarları da gündəmə gətirəcək.

Bu barədə tanınmış jurnalist Aygün Muradxanlının rəhbəri olduğu Prime TV-nin dünən yayımlanan “Qırmızı masa” proqramında ətraflı bəhs olunub.

Naxçıvan əsilli tanınmış siyasətçilərin bu məsələyə mövqelərini aldıq.

Fazil Mustafa yeni qanun haqqında: "Jurnalist sərbəstliyinə imkan  yaradılmalıdır" - 14.12.2021, Sputnik Azərbaycan

 Fazil Mustafa

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, bu kimi məsələlər insanların hüququdur: “Hər bir insan öz hüququnu qorumaq üçün konstitusiyada verilən imkanlardan istifadə etməlidir. Yəni bir insanın hüququ pozulubsa, öz haqqını istənilən vaxt tələb etmək imkanına sahib olmalıdır. Ona görə də normal bir prosedurdur. İnsanlar öz hüquqlarını qorumaq istiqamətində addımlar atırlarsa, buna qanunvericiliyimiz hər hansı bir şəkildə qadağa qoymur. Yəni qanunvericiliklə tanınan imkanlardır. Ona görə də bütün bu kimi məsələlərlə bağlı fəaliyyətin olması öz hüquqlarını qoruma, pozulmuş hüquqlarını bərpa etmək baxımından bu istiqamətdə problemləri həll etmək imkanı yarada bilər. Hər halda, bu istiqamətdə atılan addımlar müəyyən dərəcədə dövlət qurumları tərəfindən nəzərə alınmalıdır”.

Fərəc Quliyev: “Ekofəallarımız ermənilərin xülyasını puç etdilər”

Fərəc Quliyev

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev bu təşəbbüsün nəticəsiz qalmayacağına inanır: “Ölkədə aparılan bütün islahatların müəllifi ölkə prezidentidir. Naxçıvanda aparılan islahatların da müəllifi odur. Ora səlahiyyətli nümayəndə təyin etməklə Naxçıvanda vəziyyəti sahmana salmaq xətti götürüldü. Qalanları, əlbəttə, detaldır. Həm müxtəlif qurumların ləğv olunması, böyük, şişirdilmiş aparatların ləğv edilməsi, yerində kiçik idarələrin yaradılması, kadr məsələlərinin yenidən qaydaya qoyulması, müxtəlif yanaşmaların dəyişilməsi təqdir olunur. Naxçıvan üzrə təyin olunmuş nümayəndə də öz qurumunda öz kollektivi ilə fəaliyyətini həyata keçirir. Normal təşəbbüslər qəbul olunur. Əhali ilə sıx əlaqə var, görüşlər keçirilir, problemlər dinlənilir, onların uzun illər yığılıb qalmış problemləri həll olunur. İnsanların gözləntiləri çoxdur. Burada zərərçəkmiş çoxlu insanlar var. Bu gün belə bir təşəbbüslə Zərərçəkmişlər Birliyinin yaradılması gözləniləndir. Burada təəccüblü bir şey yoxdur. Çünki xeyli insan zərər çəkib. Əslində dağınıq şəkildə məsələlərə insanların fərdi şəkildə baxmağındansa, bir qurum ümumi olaraq bu məsələləri toplayıb ortaq fikir məcmusu kimi ortaya çıxarması daha normaldır. Bu həm aşağıların, yəni zərərçəkmişlərin xeyrinədir, həm də dövlət tərəfindən bunların sahmana salınması üçün qruplaşdırmaq imkanı yaranır. Ona görə də bu qurumun təşəbbüsləri və Prezidentə müraciətləri təbii ki, cavabsız qalmayacaq. Yaradılmış qurumun tərkibi ilə tanış deyiləm. Amma əgər bu məsələləri özündə ehtiva edən fəaliyyət olacaqsa, çatışmazlıqlar göstəriləcəksə, çıxış yolları önə çəkiləcəksə, buna dövlətimiz laqeyd qalmayacaq. İndinin özündə də Vasif Talıbovun komandasından korrupsiyada ittiham olunanlar, eləcə də həbsdə olanlar var. Araşdırmaılar davam edir. Müxtəlif qurumlarda yoxlamalar aparılır. Bu müraciətlərdən sonra təbii ki, bu yoxlamaların çərçivəsi böyüyəcək. İnsanların böyük gözləntiləri durmadan artır. Bir iki nəfərin varlanması, camaatı əzməsi müqabilində dövlətimiz, dövlət strukturlarımız gözdən salınıb. Buna imkan verməmək üçün təbii ki, bu insanlar cəzalandırılacaq. Bilinməlidir ki, yürüdülən bu xətt bir qrupa aid olub, bunun dövlətlə heç bir əlaqəsi yoxdur. Dövlət baba hər zaman hörmət edilən bir nəsnədir. Ona görə də belə bir ictimai nəzarətin qoyulması, iştirakçılığın təmin olunması çox mühümdür. Prezidentin özü bütün çıxışlarında cəmiyyəti ictimai nəzarətin qurulmasında fəal olmağa çağırıb. Hesab edirəm ki, təşəbbüsləri, sualları, çağırışları nəzərə alınacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ceyhun Bayramov Türkiyənin yeni XİN başçısı ilə görüş keçirir – FOTO

Next

Türkiyə və Azərbaycan dünya tarixində çox mühüm mövqeyi olan bir millət, iki dövlətdir – Yalçın Topçu

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv