Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bakıda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib – FOTO

By Vüsal Rafiqoğlu
21.06.2023 4 Min Read

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən daha bir həyət sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 146 a, 148 a, 150 a və Nəcəf Nərimanov 3 ünvanda 750-dən çox sakinin yaşadığı beşmərtəbəli binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, eləcə də müxtəlif yaş qrupları üzrə uşaqların inkişafını dəstəkləyən avadanlıqlar quraşdırılıb və oyun meydançaları salınıb. Bununla yanaşı, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda idmanla məşğulolma vərdişinin yaradılması məqsədilə ərazi müxtəlif idman qurğuları ilə təchiz olunub. Eyni zamanda, həyətyanı sahədə 6 ədəd söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb.

Yaşayış zonasında yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasadı və blokları tam təmir olunub, asfalt və dam örtükləri yenilənib, blokların köhnə pəncərələri yeni plastik pəncərələrlə əvəzlənib, elektrik sistemi yenidən qurulub, avtomobillər üçün avtodayanacaq yaradılıb.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ 388 ağac əkilib, 2540 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə hava çirklənməsinə qarşı yaşıl sədlər (green barriers) yaradılıb.

Yeni həyətin açılışı zamanı ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönləndirmək, ətraf mühitin qorunması və atmosferi oksigenlə zənginləşdirmək məqsədilə əraziyə könüllülərin iştirakı ilə müxtəlif növ ağaclar əkilib.

Qeyd edək ki, sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Abadlaşdırılan həyətin bir neçə sakini öz təəssüratlarını bölüşüb.

Sakin Təbriz Əsgərov uzun müddətdir bu həyətdə yaşadığını, əvvəllər ərazinin bərbad halda olduğunu bildirib. O, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyətdə gözəl abadlıq işlərinin aparıldığını qeyd edib. “Ərazidə uşaqlarımız üçün oyun meydançaları salınıb, onlar çox xoşbəxtdirlər. İnsanların rahatlığı üçün həyətdəki asfalt örtüyü yenilənib. Ərazidə gənclərin idmana həvəsini artırmaq üçün müxtəlif qurğular da var. Dövlətimizin başçısının idmana diqqəti sayəsində Azərbaycan bütün dünyada artıq idman ölkəsi kimi tanınır”, – deyə T. Əsgərov vurğulayıb.

O, ölkəmizin hər yerində geniş abadlıq işlərinin aparıldığını diqqətə çatdırıb.

Abadlaşdırılan həyətin digər sakini Yaşar İmanov 1984-cü ildən bu ərazidə yaşadığını deyib.

“Məhəllənin əvvəlki və indiki vəziyyətini müqayisə edərkən çox sevinirik. Əvvəllər ərazidə çalalar var idi, yağış, qar yağanda palçıq, digər vaxtlar isə toz-torpaq olurdu. Küçələrimiz isə işıqsız idi. İndi belə problemlər həll olunub”, – deyə Y. İmanov qeyd edib.

O, həyata keçirilən abadlıq işlərinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya təşəkkür edib.

Sakin söyləyib ki, uşaqlarını dincəlməyə aparmaq üçün artıq harayasa getməyə ehtiyac yoxdur. Binanın həyətində bütün zəruri şərait yaradılıb.

Otuz ildir burada yaşadığını deyən Mirismayıl Həsənov isə bildirib: “Əvvəlki ilə indiki vəziyyət arasında çox fərq var. Artıq bina ərazisində uşaqların, gənclərin və yaşlıların asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif qurğular qoyulub. Bundan əlavə, ərazidə söhbətgahlar quraşdırılıb, yaşıllıqlar salınıb, ağaclar əkilib. Burada yaşayan insanların təhlükəsizliyi üçün kameralarla müşahidələr aparılır. Görülən işlər təqdirəlayiqdir”.

Görülən işlərə görə dövlətimizin başçısına təşəkkür edən sakin Xalidə Səfərova bildirib ki, abadlaşdırılan həyət insanları çox sevindirir.

O deyib: “Qarabağda bərpa və yenidənqurma işləri aparılır. Buna baxmayaraq, ölkənin hər yerində abadlıq işləri davam etdirilir, insanların rahatlığı üçün tədbirlər görülür. Bu da bizə göstərilən diqqət və qayğının təzahürüdür. Abadlaşdırılaraq bu gün sakinlərin istifadəsinə verilən növbəti həyət hər birimizi sevindirir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Metropolitençilər Ali Məhkəmədə DSMF-yə qalib gəldilər

Next

Azərbaycanın İKT şirkəti AVICOM MMC “Huawei”in Yaxın Şərq və Mərkəzi Asiyada ilin tərəfdaşı oldu – FOTO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv