Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

Paşinyan Qarabağı Zəngəzurla DƏYİŞMƏK İSTƏYİR – İrəvan Kremli ƏLƏ SALIR

By Vüsal Rafiqoğlu
21.06.2023 3 Min Read

Ermənistan dayanmadan Azərbaycanla vəziyyəti gərginləşdirmək üçün bütün “imkanlarından” istifadə etmək qərarına gəlib. Aşkar şəkildə görünür ki, rəsmi İrəvan üçüncü tərəfləri bölgədəki proseslərə qoşmaq, Azərbaycan ilə Ermənistan arasındakı yaratdıqları süni gərginliyə müdaxilə etmələri üçün var gücü ilə çalışır.

Ermənistanın Arazdəyəndə inşa etdiyi metallurgiya zavodunda ötən gün ABŞ və Ermənistan bayraqlarının birgə qaldırılması məhz bu məqsədə xidmət edir. Görünür İrəvanda hesab edirlər ki, Kərkinin azad olunması perspektivinin qarşısını ABŞ bayrağı ilə almaq mümkündür. Lakin Ermənistan hərbi-siyasi rəhbərliyi daha düşünmür ki, şantajor addım – ABŞ bayrağından “xoxan” yaratmaq niyyəti Azərbaycanı öz əraziləri üzərində suveren hüquqlarını bərpa etmək kimi beynəlxalq hüququn norma və prinsiplərinə söykənən ədalətli, haqlı mövqeyindən çəkindirə bilməz.

Ermənistanla Azərbaycan sərhədində vəziyyətin 44 günlük müharibədən bu yana ən gərgin dönəmdə olduğunu deyə bilərik. Hazırda istənilən an bölgədə eskalasiyanın baş verməsi riski çox yüksəkdir. Nəzərə alsaq ki, iki ölkə arasında sülh sazişi imzalanmayıb, sərhəd müəyənləşməyib, Zəngəzur dəhlizi açılmayıb, hadisələrə real yanaşsaq, demək ki, bunun baş verməməsi üçün də ciddi bir əsaslar mövcud deyil.

Həqiqətdir ki, bu vəziyyət ən çox Ermənistanın hamilərinin işinə yarıya bilər. Rəsmi İrəvan isə bu məsələdə yenə də qurban seçilən tərəfdir. Əslində, Ermənistan hökumətinin hansı məntiqlə sərhəddən təxminən 500 metr məsafədə olan ərazidə böyük metallurgiya zavodu inşa etməyə qərar verməsinə anlam qazandırmağın çətin olduğunu düşünmürəm.

Belə qənaətə gəlmək olar ki, Ermənistan tərəfi Zəngəzur dəhlizindən keçəcək dəmiryolu xəttinin bir hissəsinin məhz düşdüyü Arazdəyəndə belə bir zavodu inşa etməsi Azərbaycanla gərginliyə başqa dövlətləri də qatmaq məqsədi daşıyır. Zavodun tikintisində hindlilərin çalışdırılmasından tutmuş, bu zavodun investorlarının ABŞ-dan olması və həmin ərazidə Amerika bayrağının qaldırılmasına kimi bütün bu detallar ondan xəbər verir.

Təəssüflər olsun ki, bu məsələdə məhz kənar qüvvələr də maraqlıdırlar. Görürük ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətnindəki detallar razılaşdırma mərhələsinə yaxınlaşdıqca kənar aktorların geosiyasi ambisiyaları da artmaqdadır.

Bunu Azərbaycan-Ermənistan sərhədi boyunca baş verən insidentlərdən də aydın sezmək mümkündür. Bu insidentlərdə İran və Fransa daha çox Ermənistanın hərbiləşdirilməsi prizmasından ön plana çıxırsa, ABŞ və Rusiya arasında hazırda daha çox bölgədə taktiki savaş apararaq mövqe uğrunda üstünlük əldə etməyə çalışırlar. ABŞ Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində metallurgiya zavodu tikir, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Zəngəzur dəhlizi ilə bağlı açıq qalan məsələlərin razılaşdırıldığını ehtiva edən kompleks sənədin tərtib edildiyini bildirib.

Nəzərə alsaq ki, rəsmi İrəvan son açıqlamalarında açıq şəkildə Overçukun Zəngzəur dəhlizi ilə bağlı Bakı və İrəvan arasında əldə edilən müsbəti irəliləyişləri təkzib etməklə məşğuldur, bu o deməkdir ki, Arazdəyəndə ABŞ bayrağı qaldıran Ermənistan tərəfi bu məsələdə Kremlə növbəti zərbəni endirdi.

Rusiya dəhliz üzrə nəzarət mexanizmi yaratmaqda, nəqliyyat-kommunikasiya yolu boyunca öz qoşun birləşmələrini yerləşdirməkdə maraqlı tərəf kimi görünsə də Ermənistan ABŞ-ın maraqları çərçivəsində hərəkət etməyi daha məqsədəuyğun hesab edir.

Sərhəddə Ermənistan ordusu hazırlıq vəziyyətinə gətirilib, vaxtaşırı təxribatlara əl atır, Xankəndidə Vardanyan Moskvadan aldığı göstərişlə 10 min nəfərlik peşəkar “ordu” yaradır, Rusiya müdafiə nazirliyi separatçıları Çin istehsalı dronlarla təchiz edir, İran separatçıları və Ermənistanı PUA-larla təchiz edir, Azərbaycan isə müharibə ritorikasının əksinə olaraq Qarabağdakı erməni icmasını danışıqlara məcbur etməyə can atır. Qarşı tərəfin daha çox keçmiş ritorikasına qayıtması, bölgədə hər an qığılcım çıxa, münaqişə, hətta müharibə ola biləcək ehtimallarını durmadan artırır.

Lakin Moskvadan İrəvanın bu “qaçışını” qəbul etməyi gözləmək sadəlöhvlükdən başqa bir şey olmaz. Rusiya Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin fəaliyyəti üçün zəminlərin aradan qalxdığını gördükcə və onların mandatının bitməsinə üç ildən daha az bir vaxt qaldığını hiss etdikcə, regional iştirak səviyyəsini fərqli fazaya keçirməyə cəhd edəcək.

Ancaq burada Azərbaycan üçün ən müsbət məqam ondan ibarətdir ki, Rusiya Ukrayna ilə müharibədə çətin günlər yaşadığından qaynaqlanaraq Cənubi Qafqazdakı mövqe savaşını qorumaq üçün daha çox prosesləri Zəngəzur dəhlizi üzərindən planlar qurur. Məhz Zəngəzur dəhlizinə Rusiyanın nəzarət edəcəyi ilə bağlı üçtərəfli bəyanatla razılaşdırılmış müddəalar da imkan verir ki, Moskva güc tətbiqi etmədən Ermənistanı ayağına möhkəm bağlasın. Çünkü Kreml də yaxşı başa düşür ki, Qarabağdan əkini artıq tamamilə üzən Nikol Paşinyan hakimiyyəti, cinahı Zəngəzurla əvəz edir.

Lakin Qarabağ kimi Zəngəzur məsələsində də İrəvanın planlarıının baş tutmayacağını indidən demək olar. İrəvanı indiki halda yalnız Bakı ilə konstruktivlik çərçivəsində müzakirələr xilas edə bilər. Ermənistanla Azərbaycan arasında qeyri-sabit bu vəziyyətin normala dönməsi üçün isə rəsmi İrəvanın boş-boş vədləri kifayət deyil. Gərəkdir ki, Ermənistan siyasi rəhbərliyi, başda Nikol Paşinyan olmaqla rəsmi Bakı ilə sülh dialoqunu məntiqi sonluğa çatdırmaq üçün artıq praktiki addımlar barədə düşünsün.

Çünkü Ermənistan tərəfi konkret addımlar atmayacağı təqdirdə görürük ki, Azərbaycanla Ermənistan razılaşmalara yaxınlaşdıqca sərhəddəki sabitliyin pozulma ehtimalı da artır. Yaxşı olar ki, Nikol Paşinyan ordusunun bu məsələdəki həsasslığını da mütləq şəkildə nəzərə alsın. Çünkü növbəti irimiqyaslı eskalasiya Ermənistanda hərb nöqteyi nəzərdən bütün infrastrukturun tamamilə məhvinə səbəb ola bilər.

Təhməz Əsədov
TREND

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb

Next

Potensial alternativ mənbələrdən biri Azərbaycandır – Sloveniya

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv