Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Dünya

Çin ipində oynayan mehriban düşmənlər: Tehran – Ər-Riyad münasibətlərinin Cənubi Qafqaza sirayəti – TƏHLİL

By Vüsal Rafiqoğlu
22.06.2023 3 Min Read

Bir-birinə düşmən kəsilmiş İranla Səudiyyə Ərəbistanı Çinin vasitəsilə barışdıqdan sonra ikitərəfli münasibətləri keçmişi yaddan çıxarıb, gələcəyə baxmaq prinsipi ilə qurmağa başladılar.

Ancaq strateji “beyin hüceyrələri”ndə keçmişin izləri dərin izlər buraxıb, Tehranla Ər-Riyad bir-birinə qarşı jestlər etsələr də, ölkələrin xarici siyasət doktrinası dəyişməz olaraq qalır.

Bu doktrinanın dəyişəcəyi gözləntilərinə qapılmaq da mənasızdır, sadəcə olaraq, situativ gedişatlar iki dövləti bir-birinə yaxınlaşdırır.

Çin özünün ekspansiya siyasətini həmin yaxınlaşmanın arasına yerləşdirərək maraqlarını böyüdür, İranla Səudiyyə Ərəbistanı da Pekinin boy atan ağaclarının qol-budaqlarından yapışaraq irəliyə getməyi hədəfləyirlər.

Hədəflərə çatmaq üçün Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Tehrana səfər edərək Prezident İbrahim Rəisi və iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşlər keçirdi.

Onun ayağı İran torpaqlarına dəyər-dəyməz Tehranın xarici siyasətindəki radikallığın qülləsi olan SEPAH ölkədəki aksiyaları təşkil edən 20 ölkə içərisində Səudiyyə Ərəbistanının olduğunu da iddia etdi.

Bu açıqlamanın müəllifi SEPAH-ın kəşfiyyat rəisi Məhəmməd Kazemidir, elə bununla da göründü ki, keçmiş gələcək siyasət üçün önəmli faktor olaraq qalır.

İran diplomatiyası üzərinə nizə qaldıran SEPAH üçün normal münasibətlər anlayışı yoxdur, o, öz enerjisini radikal yanaşmalardan və bununla bağlı anlayışlardan alır. SEPAH gücünü sövdələşmələr və İran siyasətindəki səlahiyyətlərin mənimsənilməsi ilə qurduğu imperiya əsasında formalaşdırır. Buraya nəhəng biznes şəbəkəsindən tutmuş qara-qura işlərə qədər böyük bir areal daxildir.

Fərhanın Tehrana səfəri zamanı Əmir-Abdullahianla mətbuat konfransı zamanı insidentin yaşanması xəbərləri də yayılıb, bu qalmaqal, həqiqətən, baş veribsə, səbəbi yenə SEPAH-dır.

“Iran International” yazır ki, iyunun 17-də Fərhanla Əmir-Abdullahian arasında danışıqların yekununda keçiriləcək mətbuat konfransının yeri qəfil dəyişdirilib.

İran XİN otağın dəyişdirilməsinin səbəbini texniki problemlə əlaqələndirir.

%photo%1464815

Hərçənd, sosial şəbəkələrdə müzakirə gedir ki, Səudiyyə Ərəbistanının nümayəndə heyəti SEPAH-ın Qüds Qüvvələrinin həlak olan komandanı Qasım Süleymaninin portretinin asıldığı məkanda media önünə çıxmaqdan imtina edib.

Görünür ki, İranda SEPAH başda olmaqla Səudiyyə Ərəbistanına qarşı istehzalı mövqenin dirçəlməsində maraqlı olanlar var. Səudiyyə Ərəbistanından olan nümayəndə heyətinin həssaslığı nəzərə alınmayaraq Qasım Süleymaninin portretinin asılması da elə radikal qüvvələrin əl işi kimi görünür.

İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdə keçmiş düşmənçiliyə eyham vuran baxışlar qalacaq, Fərhanın Tehrana səfəri regionda sülh yolunda inkişaf kimi qiymətləndirilsə də, tərəflərin Yəmənlə bağlı baxışları dəyişmir. Hərçənd, sülhdən danışmaq da yersizdir, uzun müddətdir Yəməndə bir-birinə qarşı proksi müharibə aparan İranla Səudiyyə Ərəbistanı əks tərəfləri dəstəkləməyə davam edəcəklər.

Yəni münasibətlər “mehriban düşmən” müstəvisində qalacaq, diplomatik münasibətlər bərqərar olsa da, strateji yanaşmalardakı bazalardan əl çəkilməyəcəyini görmək mümkündür.

Çin üçün də mütləq barışıq lazım deyil, idarəolunan nizamlanma prosesi onun genişlənmə siyasəti üçün kifayət edir – ən azından, indi üçün.

Çünki Çin ABŞ-nin Yaxın Şərq siyasətindəki axsamalardan dolayı qlobal nizama alternativ baxış təqdim etməyə çalışır. Buna görə də İranla Səudiyyə Ərəbistanı arasında mübahisələr qalsa da, onları bir araya gətirən formullar Çin üçün diplomatik qələbə sayıla bilər.

Çin-Səudiyyə Ərəbistanı-İran üçbucağındakı diplomatiya Cənubi Qafqaz regionunda da təsirlər yaratmaqdan uzaqda deyil.

Nəzərə almalıyıq ki:

– Səudiyyə Ərəbistanı Azərbaycanın dəstəkçisidir, Ermənistanla münasibətləri yoxdur;

– Çin Azərbaycanın və Gürcüstanın geoiqtisadi önəmlərindən pay götürməyi davam etdirmək niyyətindədir;

– İran Ermənistanı strateji müttəfiqi kimi görür, Gürcüstanda proksi qüvvə formalaşdırmağa cəhd edir;

– İran Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyətinə maneə yaratmaq istəyir.

İranın Cənubi Qafqaz siyasəti Səudiyyə Ərəbistanından fərqli olaraq daha dinamikdir və aktual gündəliyə söykənir, ona görə də Tehran çalışacaq ki, Çini öz tərəfinə çəksin.

Səudiyyə Ərəbistanı isə Azərbaycan-Türkiyə müttəfiqliyindən əldə edəcəyi dividendləri Ermənistanın və İranın maraqları naminə xərcləməkdə maraqlı deyil.

İstənilən vəziyyətdə, Cənubi Qafqaz platforması İranla Səudiyyə Ərəbistanındakı münasibətlərin normallaşması fonunda yeni ssenarilərə hazırlaşmalıdır.

Aqşin Kərimov

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Tərtər taxılçıları bu günədək 12 min 563,8 ton məhsul tədarük ediblər

Next

Şuşada Bülbülün xatirəsi anılıb – FOTO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv