Hadisə Tovuzda 14 yaşlı oğlan seldən sonra yaranmış gölməçədə boğulub By Vüsal Rafiqoğlu 25.06.2023 1 Min Read Tovuzda 14 yaşlı yeniyetmə gölməçədə boğulub. APA xəbər verir ki, Əyyublu kənd sakini, 2009-cu il təvəllüdlü Nihat Məmmədov kəndin ərazisində sel nəticəsində yaranmış gölməçədə çimərkən boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.